Fransada 17 yaşlı Naelin polis gülləsi ilə öldürülməsindən sonra ölkəni bürüyən etiraz aksiyaları davam edir. Bəzi yerlərdə komendant saatı elan edilməsinə baxmayaraq polisin müdaxilə etdiyi etirazçılar park edilmiş avtomobilləri və mağazaları yandırırlar, qarət edirlər.
Dünya ictimaiyyətinin yaxından izlədiyi hadisədə Fransa prezidenti Makron təhlükəsizlik tədbirlərinin artırılmasına qərar verib.
Bu arada Fransada etirazları şiddətləndirəcək daha bir ölüm hadisəsi baş verib. Reuters-in məlumatına görə, Marseldə 27 yaşlı nümayişçi sinəsindən polisin rezin gülləsi ilə vurularaq öldürülüb.
Marsel Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Prokurorluğun açıqlamasına görə, 27 yaşlı gəncin döş qəfəsi nahiyəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişdiyi cinayət yeri hələ müəyyən edilməyib. Həmin gecə rayonda nümayişlər və talanlar olsa da, mərhumun bu aksiyalarda iştirak edib-etmədiyi də bəlli deyil.
TAHİR