ABŞ-da daha bir silahlı cinayət törədilib. Belə ki, Texas ştatında festival iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Yerli polis rəsmilərin məlumatına görə, atışma ötən gecə Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində baş verib. Adıçəkilən məhəllədə hər il keçirilən “ComoFest” festivalının iştirakçılarını hədəf alan silahlı hücumla bağlı hələlik heç kimin saxlanılmadığı bildirilir.
Mətləb