Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.
Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub. Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Tələfat və dağıntı olmayıb.
Mətləb