Artıq əksər dünya ölkələri ictimai nəqliyyat kimi velosipedi seçirlər. Xüsusi ilə Avropa ölkələrində Baş nazirlər, deputatlar və digər məmur təbəqələri, eyni zamanda oturaq həyat keçirən ofis əməkdaşları işə velosipedlə gəlib-gedir, velosiped idmanına üstünlük verirlər. Səbəb isə sadədir. Velosiped idmanı ən ucuz və effektli müalicıdir. Qan dövranını normaya salmaq, ürək sağlamlığına sahib olmaq, qarın piylərini əritməklə artıq çəkini bədəndən xaric etmək, diz-ayaq oynaqlarına son vermək kimi sağlamlıq problemlərinin həlli bu iki təkərli pedallarla nizamlanır. Bir sözlə, avropalılar dərman içmək əvəzinə velosiped idmanını seçirlər. Təəsüf ki hələ bizdə bu idman növünün kütləviliyinə, sağlamlıq üçün içdiyimiz dərmanlardan daha çox önəmli olmasını dərk etməyimizə nail olmamışıq. Mətləb Salahov