ABŞ-ın Sabiq prezidenti Donald Tramp hazırkı prezident Co Baydeni hədəf alan fikirlərini davam etdirir.D.Tramp C.Baydeni ABŞ tarixinin ən korrupsioner prezidenti adlandırıb. Hazırkı ABŞ hakimiyyəti tərəfindən bir sıra maddələr üzrə ittiham olunan və məhkəmə skandalı yaşayan sabiq prezident, ABŞ mediasına açıqlamasında yenidən prezident seçilərsə C. Baydenə və ailə üzvlərinə qarşı xüsusi prokuror təyin edəcəyini bəyan edib. D.Tramp C.Baydeni bir sıra məsələlər barədə əsas günahkar adlandırıb. Xatırladaq ki, C. Baydenin oğlu Hanter Ukraynadakı enerji şirkətlərində korrupsiya məsələlərində ittiham olunur.
Mətləb Salahov