Bir ara Avropa məkanında müqəddəs “Qurani-Kərimi” yandırmaq “dəb halını” almışdı. Xüsusilə radikal xristian cərəyanlar və qruplaşmalar bu işdə iyrənc şəkildə fəallıq göstərirdilər. Bu hal Rusiyada da baş vermişdi. Bu ilin may ayının 21-də volqoqradlı tələbə Nikita Juravela “Qurani-Kərimi” yandırmağa cəhd etmiş, bu zaman Çeçenistandan olan sakinlər onun bu addımına kəskin reaksiya verərək etiraz etmişdilər. İndi məlum olub ki, Quranı yandırmaqda təqsirləndirilən volqoqradlı tələbə cəza müddətini Rusiya Federasiyasının müsəlman vilayətlərindən birində yerləşən koloniyada çəkəcək. Ədliyyə nazirinin müvafiq təklifi Vladimir Putin tərəfindən də dəstəklənib. V. Putin hərbi zabitlərlə görüşdə Quranı yandırmaqda ittiham olunan volqoqradlı tələbə Nikita Juraveldən də danışıb. İstintaqın məlumatına görə, dindirilmələr zamanı Juravel “Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə” Quranı yandırdığını etiraf edib. İddialara görə, o, bu mükafata görə 10 min rubl alıb.
Mətləb