Ermənistanda radikal siyasi qruplaşmalarla bağlı şok faktlar ortaya çıxır. Xüsusilə Ermənistanı fəlakətin kəndarına gətirib çıxaran Serj Sarkisyan və Robert Köçəryanın bağlı olduqları kriminal qruplaşmalar yenidən Ermənistan mediasının "diqqətinə" düşüblər. Ermənistanda nəşr olunan "Qraparak" qəzeti S.Sarkisyanın "Respublikaçılar" partiyasından olan keçmiş deputat dostu Mihran Poğosyanla bağlı maraqlı fakt dərc edib. Qəzetin yazdığına görə Ermənistanın sabiq prezidenti S.Sarkisyanla yaxın münasibətləri olan keçmiş deputat nə az, nə çox, düz 1 ton narkotik vasitə olan kokain “ticarəti” ilə məşğul olmaqda ittiham edilir. Qəzet yazır ki, sabiq deputat Rusiyada özünə “yuva” salıb və Ermənistan hüququ mühafizə orqanlarından gizlənir. Qəzetin yazdığına görə Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya tərəfi ilə danışıqlar apararaq, M.Poqosyanı hazırda İrəvandakı həsbsxanada saxlanılan, Rusiya vətəndaşı, amma milliyətcə erməni olan kriminal avtoritetlə “dəyiş-düyüş” etmək çağırışı edib. "Mənbələrimiz deyirlər ki, Rusiya hüquq-mühafizə orqanları ilə bu yaxınlarda Ermənistanda həbs olunan tanınmış kriminal avtoritetlərdən birinin Poqosyana dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Biz məhbusun şəxsiyyətini müəyyən edə bilmədik, o, milliyyətcə ermənidir, lakin Rusiya Federasiyasının vətəndaşıdır və Rusiya üçün onu əldə etmək çox vacibdir, ona görə də mübadilənin baş tutacağı istisna edilmir",-qəzet yazır.
Mətləb