Daha bir ölkə “Bayraktar”la bağlı qərar verib. Belə ki, Küveyt “Bayraktar TB2” pilotsuz uçan zərbə aparatlarının tədarükünə dair Türkiyə ilə müqavilə imzalayıb. Küveytin müdafiə nazirliyi sifariş olunan PUA-ların sayını göstərməsə də, müqavilənin dəyərinin 367 milyon dollar təşkil etdiyini bildirib.
Qeyd edək ki, Küveyt “Bayraktar” PUA-ları almaq üçün müqavilə imzalayan 28-ci ölkə olub.
Mətləb