Polşa mətbuatında Qazaxıstanla bağlı maraqlı məqalə dərc olunub. “İnteriya”nın Polşa nəşrində dərc olunan yazıda Qazaxıstanın Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün petisiya yığılması barədə məlumat yayılıb. Maraqlıdır ki, bu petisiya barədə ilk dəfə (ingilis dilində) Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini, “Sülhməramlı” saytının yaradılmasının təşəbbüskarı Anton Geraşenko məlumat verib. “İnteriya”nın Polşa nəşri açıq-aşkar təəssüflə yazır:
“Rusiyanın təsir orbitində yerləşən Qazaxıstan Qərbin maraq mərkəzinə çevrilib, lakin Mərkəzi Asiyanın ən böyük dövləti hələ də Moskvanın ən yaxın müttəfiqlərindən biridir”.
Nəşr yazır ki, bundan əvvəl EADaily Rusiya mətbuatının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakdan imtina etməsini fəal şəkildə şərh edirdi. Polşa mediasının Qazaxıstanla bağlı son yazdıqları artıq qərb mediasının Rusiyanın keçmiş sovet ərazilərindəki ən yaxın müttəfiqləri ilə bağlı informasiya müharibəsinə başladığını diqqət mərkəzinə gətirir.
Mətləb