Daha bir ölkədə terrorçulara qarşı güclü zərbə endirilib. Belə ki, Nigeriyanın Borno əyalətində terror təşkilatı “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında təşkilatın 100-dən çox üzvü zərərsizləşdirilib. Milli medianın məlumatına görə, hərbçilər Boko Haram üzvlərinin görüşü zamanı Borno əyalətindəki Mandara dağına hava hücumu həyata keçirib. Əməliyyatda 100-dən çox terrorçu öldürülüb, çoxlu sayda terrorçu yaralanaraq qaçıb.
Mətləb