Bazar günü günü, 08 noyabr 2026
     

Ukraynada rus ordu rəhbərliyilə Priqojinin intriqaları kəskinləşdi...

Image


Ukraynanın barəsində çoxdan bəhs edilən əks hücumu artıq başlayıb. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks-hücuma keçdiklərini təsdiqləyib. Hazırda Ukrayna qoşunları şərqdə Baxmut, cənubda isə Zaporojye yaxınlığında irəliləyir və Rusiya hədəflərinə uzaq məsafədən hücumlar təşkil edir.

Ukraynalı hərbi komandirlərin müsbət əhval-ruhiyyədə olduğunu qeyd edən Ukrayna lideri "Bunu Putinə çatdırın" deyib.

Düzdür, Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir. Rusiya prezidenti Vladimir Putin də Ukrayna qüvvələrinin hücuma başladığını, lakin irəliləyiş cəhdlərinin uğursuzluğa düçar olduğunu və ağır itki verəcəyini bildirib. Rusiya rəsmiləri bildiriblər ki, son günlər əsas Zaporojye bölgəsində toqquşmalar artıb. Ukrayna qüvvələrinin Rusiyanı Krımla birləşdirən işğal olunmuş əraziləri yarmaq və Rusiya qüvvələrini iki yerə bölmək üçün cənuba doğru irəliləməyə çalışdığı güman edilir. Artıq o da bəllidir ki, Kaxovka bəndinin dağılmasından sonra ölkənin cənubunda baş vermiş böyük daşqın Ukraynanın regionda irəliləyişlə bağlı ümidlərini puça çıxara bilər. Adətən cari hərbi əməliyyatları şərh etməyən Ukrayna rəsmiləri indi bir sıra maraqlı fikirlər səsləndirir. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya qoşunları Zaporojyedən təxminən 65 kilometr cənub-şərqdə, Orexov şəhəri ətrafındakı ərazidə aktiv müdafiəyə keçiblər. O, həmçinin, Uqledarın qərbindəki Donetsk vilayətində yerləşən Velikaya Novoselka qəsəbəsi ərazisində döyüşlərin getdiyini təsdiqləyib. Orexov və Velikaya Novoselka cəbhə xəttinin möhkəmləndirilmiş hissəsinin qərb və şərq çıxışında yerləşir. Bir çox analitiklərə görə, Ukrayna Rusiya xətlərini məhz buradan yarmağa çalışa bilər. Belə bir vaxtda ABŞ və Avropa İttifaqı rəsmilərinin Ukraynanın əks-hücumundan gözləntiləri bəlli olub. “The New York Times” yazır ki, ABŞ və Avropa əks-hücumun münaqişədə dönüş nöqtəsi ola biləcəyinə inanır: “Bununla belə, yeni hərbi addımın Ukraynaya gələcək dəstəklə bağlı müzakirələrə, eləcə də onun gələcəyini necə təmin etmək barədə müzakirələrə təsir edəcəyinə şübhə yoxdur. ABŞ və Avropa rəsmiləri etiraf edirlər ki, bütün Rusiya qüvvələrini sıxışdırıb çıxarmaq mümkün deyil. Ukrayna Silahlı Qüvvələri tərəfindən 24 fevral 2022-ci ilə qədər sərhədlər daxilində ərazilərin qaytarılması və saxlanması, eyni zamanda hərbi əməliyyatın gələcəyi barədə düşünməyə vadar edən zərbə uğurlu sayıla bilər”. Belə bir vaxtda Rusiya ordusu daxilində baş verənlər də xüsusi diqqət cəlb edir.

Söhbət ondan gedir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün “könüllü dəstələri” iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edən fərman imzalayıb. Sənəddə söhbətin hansı “könüllü dəstə”lərdən getdiyi göstərilmir, lakin Rusiya Müdafiə nazirliyi öz məlumatlarında “Vaqner” qrupunun döyüşçülərini “könüllülər” adlandırır. Müdafiə nazirinin müavini Nikolay Pankovun dediyinə görə, belə bir qərar könüllü birləşmələrə lazımi hüquqi statusun verilməsinə imkan verməklə yanaşı, həm də ordunun imkanlarını genişləndirəcək. Nazir müavininin sözlərinə görə, vətəndaşların dövlətlə müqavilə bağlaması, ilk növbədə, dövlət tərəfindən onlara, eləcə də ailə üzvlərinə müəyyən edilmiş sosial müdafiə və dəstək tədbirlərinin genişləndirilməsidir. Rusiyada hərbi könüllü dəstələrin sayının 40-dan artıq olduğu və həmin birləşmələrə qoşulanların sayının getdikcə çoxaldığı bildirilir. “Vagner” özəl hərbi birləşməsinin təsisçisi Yevqeni Priqojin müdafiə nazirinin yeni imzaladığı sənədə cavab olaraq deyib ki, Şoyqu ilə heç bir müqavilə bağlamayacaq. Priqojin “Vaqner”i öz hərəkətlərini ölkə Silahlı Qüvvələrinin komandirləri ilə əlaqələndirən yüksək effektiv struktur adlandırıb: “Təəssüf ki, əksər hərbi hissələrin belə səmərəliliyi yoxdur və məhz bu, Şoyqunun hərbi birləşmələri normal idarə edə bilməməsi ilə bağlıdır. Bu əmrdən sonra nə baş verə bilər - bizə silah və sursat verilməyəcək - biz bunu anlayacağıq, necə deyərlər, göy gurultusu başlayanda onlar qaçaraq gəlib silah və sursat gətirərək “kömək” istəyəcəklər”. Priqojin dəfələrlə Rusiya Müdafiə Nazirliyini və şəxsən nazir Sergey Şoyqunu açıq şəkildə tənqid edib. Xüsusilə 2023-cü ilin ilk aylarında Priqojin bir neçə dəfə Müdafiə Nazirliyini “Vaqner”ə silah-sursat verməkdən imtinada ittiham edib. “Vaqner”dən fərqli olaraq, Rusiya Müdafiə Nazirliyi Çeçenistan prezidenti Ramzan Kadırovun “Axmat” xüsusi təyinatlı dəstəsi ilə ilk müqaviləni imzalayıb. Dəstənin komandiri Aptı Alaudinov qeyd edib ki, bu müqavilə "Axmat" xüsusi təyinatlıları və Rusiya Silahlı Qüvvələrini sosial paket və təminat baxımından bərabərhüquqlu edəcək. Onu da xatırladaq ki, Ramzan Kadırovun yaxın çevrəsinə daxil Duma deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin sədri Maqomed Daudov da son günlərdə Yevgeni Priqojini tənqid ediblər. Delimxanov Priqojini sursat çatışmazlığı ilə bağlı problemi böyütməkdə ittiham edib və bildirib ki, Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdə böyük itkilərə görə onun şəxsən özü məsuliyyət daşıyır. O bildirib ki, onu, xüsusilə də Priqojinin “kadırovçuların nə ilə məşğul olduqlarını bilmirəm” deməsi qəzəbləndirib. Delimxanov Priqojini “problemlər barədə bütün dünyaya car çəkən bloger” adlandırıb: “Rusiya Müdafiə Nazirliyi Vaqner döyüşçülərinə lazımi köməyi edib. Biz hamımız bilirik, 7-8 ayda Baxmut istiqamətində nə qədər adamı qurban vermisən. Bi hamımız onu da bilirik ki, bu 7-8 ayda Müdafiə Nazirliyi sənə nə qədər dəstək verib. Sənə hamıdan çox kömək edilib. Buna baxmayaraq, nə qədər qurban verilib. Bəsdir çərənlədin”. Çeçenistan parlamentinin sədri Maqomed Daudovun dedikləri isə bir qədər hədə kimi səslənib. O, Priqojinə müraciətlə deyib ki, belə davam etsə, bundan yaxşı bir nəticə alınmayacaq.

Xatırladaq ki, Priqojin Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini və mövqeləri Müdafiə Nazirlyinin nizami qoşunlarına təhvil verdiyini elan etdikdən sonra ölkə boyunca tura çıxıb. O, müxtəlif şəhərləri gəzərək çıxışlar edir. Bu çıxışlarda, bir qayda olaraq, Müdafiə Nazirliyi tənqid olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ