Türkiyə müxalifətində “yarpaq tökümü” davam edir. İYİ Partiyasında daha bir istefa gerçəkləşib. Partiyanın qurucularından sayılan keçmiş dövlət naziri və İYİ Partiyadan seçilmiş keçmiş deputat Ahat Andıcan qurucusu olduğu partiyadan istefa verib. Türkiyə mətbuatının yazdığına görə, bu barədə A.Andıcan sosial şəbəkə paylaşımında bildirib.
"Bu gündən etibarən qurucusu və millət vəkili olmaqdan şərəf duyduğum İYİ Partiya üzvlüyünə son verdim", - deyə paylaşımda vurğulanır. Keçmiş depuatat “Partiyasız müxalifət” sıralarına qoşulduğunu bəyan edib.
Mətləb