Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Osman Kavala ilə bağlı çağırış edən 10 ölkənin Ankaradakı səfirinin "persona non qrata" elan olunması barədə Xarici İşlər Nazirliyinə göstəriş verdiyini deyib.
Baki-xeber.com xəbər verir ki, Ərdoğan bunu Əskişəhirdə çıxışı zamanı deyib
"Yatırlar, qalxırlar, Kavala. Kavala Sorosun Türkiyə qoludur. 10 səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir.
Türkiyəni tanıyacaq, başa düşəcəklər. Türkiyəni tanımadıqları və başa düşmədikləri gün buranı tərk edəcəklər.
Xarici işlər nazirimizə göstəriş verdim. “Bu 10 səfirin persona-non-qrata elan olunması üçün dərhal tədbir görəcəksiniz” dedim" – Ərdoğan bildirib.
Qeyd edək ki, oktyabrın 19-da ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Osman Kavalanın məhkəməsi haqqında sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.
TAHİR