Türkiyədən 'Mustafa Akıncı' iddialarına qəti təkzib gəldi - "Bu yalandır, NÖQTƏ!"

img

Türkiyə Cumhuriyyətinin Daxili İşlər Nazirliyinin sözçüsü İsmail Çataklı sosial media hesabında paylaşım edərək, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) sabiq prezidenti Mustafa Akıncının Türkiyəyə girişinə qadağa qoyulması ilə bağlı səslənən iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Xatırladaq ki, ŞKTC-də yayımlanan Avropa qəzetinin manşet xəbərində Türkiyənin, keçmiş ŞKTC prezidenti Akıncı da daxil olmaqla, 42 nəfərin girişini qadağan etdiyi iddia edilmişdi. Qəzet bu şəxslərin "Türkiyənin milli təhlükəsizliyinə təhdid yaratdıqları" səbəbilə 5 il müddətinə Türkiyəyə girişinin qadağan edildiyini iddia etmişdi.

TC Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı Twitter sosial şəbəkəsindəki hesabında açıqlama verərək "Bu yalandır, NÖQTƏ!" deyə paylaşım edib.

SAMİRƏ

Son xəbərlər