Türkiyəyə iki casus göndərən İran kəşfiyyatı ifşa edildi – ƏMƏLİYYATIN ŞOK GÖRÜNTÜLƏRİ…

img

Türkiyənin Van şəhərində İran casus şəbəkəsi ifşa edilib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Van şəhərində yaşayan iranlı keçmiş hərbçini qaçırmaq üçün göndərilən 2-si İran agenti olmaqla 8 nəfər sentyabrın sonlarında Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis tərəfindən saxlanıb.

Qeyd edilir ki, MİT İran casuslarının iranlı keçmiş hərbçini qaçırmaq üçün Vana 30 min dollarla gəldiyini və burada şəbəkə yaratmağa çalışdıqlarını müəyyənləşdirib.

MİT və polis tərəfindən izlənən şəbəkə üzvləri qaçırmaq istədikləri keçmiş əsgərin həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif ediblər. Təklifi qəbul etməyəcəyi təqdirdə isə onu İranda yaşayan ailəsini öldürməklə təhdid ediblər.

İran kəşfiyyatının keçmiş hərbçini qaçırıb bu ölkəyə aparmaq üçün Vana 2 casus göndərdiyi barədə məlumat əldə edən MİT və Van polisi isə şəbəkə üzvlərini cinayət başında yaxalayıblar.

Belə ki, sentyabrın 24-də saat axşam saatlarında sözügedən keçmiş hərbçini qaçırmaq üçün qaldığı evə girmək istəyən biri İran vətəndaşı iki nəfər cinayət başında yaxalanıb.

Əməliyyat nəticəsində şəbəkə üzvü 6 Türkiyə vətəndaşı da saxlanıb.

TAHİR

Son xəbərlər