Cümə günü, 06 noyabr 2026
     

Şagirdlər buraxılış xarici dil imtahanında ciddi qüsur tapdılar...

Image


Kamran Əsədov: “Metodoloji baxımdan da dinləmə tapşırıqlarında bir sıra problemlər var”

Azərbaycanda buraxılış imtahanlarında xarici dil üzrə dinləmə tapşırıqları mühüm yer tutur. Bu mərhələdə şagirdlərdən səsləndirilən mətni başa düşmək tələb olunur və bunun üçün xüsusi texniki qurğulardan istifadə edilir. Lakin bir çox abituriyent dinləmə zamanı səsin aydın eşidilmədiyini və bu halln nəticələrə mənfi təsir etdiyini bildirir.

Məsələnin aktuallığı texniki təminatla yanaşı, metodoloji və təşkilati yanaşmaların da təkmilləşdirilməsini gündəmə gətirir.

“… dinləmə tapşırıqları dərslik mövzularına yaxınlaşdırılmalı, suallar şagirdin eşitdiyini təhlil etməsinə əsaslanmalı, çətin və mücərrəd anlayışlardan uzaq durulmalıdır”

Təhsil eksperi Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda buraxılış imtahanları çərçivəsində tətbiq olunan dinləmə tapşırıqları, xüsusilə də xarici dil fənni üzrə, şagirdlərin kommunikativ dil bacarıqlarını qiymətləndirmək baxımından müasir tədris standartlarına cavab verən alət kimi nəzərdə tutulub. Lakin bu mərhələnin tətbiqi prosesində texniki təminat, metodoloji uyğunluq və təşkilati planlaşdırma sahələrində müşahidə olunan çatışmazlıqlar nəticələrin obyektivliyini və ümumi qiymətləndirmənin etibarlılığını ciddi şəkildə sual altına alır: “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18.1-ci maddəsində qeyd olunur ki, təhsilalanların bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi onların təhsil pilləsi üzrə təlim nəticələrinə uyğun aparılmalıdır. Həmin qanunun 26.1-ci maddəsində isə imtahanların təşkili zamanı “bərabər imkanlar” və “ədalət prinsipləri”nin qorunması dövlətin məsuliyyəti kimi vurğulanır. Lakin xarici dil üzrə dinləmə mərhələsində yaranan problemlər göstərir ki, bu prinsiplər praktikada hələ də tam şəkildə təmin olunmur. Buraxılış imtahanlarında dinləmə tapşırıqları zamanı səsin keyfiyyətsiz verilməsi, akustik şəraitin qeyri-adekvat olması, avadanlıqların nasaz və ya köhnəlmiş olması səbəbilə çoxsaylı şagirdlər dinlənilən mətnin məzmununu tam anlamır və nəticədə real bilikləri ölçülmür. 2024-cü ildə keçirilən imtahanlarla bağlı sosial şəbəkələrdə və mediada yayımlanan məlumatlara əsasən, dinləmə mərhələsində iştirak edən şagirdlərin təxminən 23%-i suallara ya heç cavab verməyib, ya da təsadüfi cavablar qeyd edib. Bu isə qiymətləndirmənin keyfiyyətində ciddi narahatlıq doğurur. Həmçinin, bəzi imtahan mərkəzlərində səsin bərabər yayılmadığı, qırıq-qırıq və zəif eşidildiyi, bəzi hallarda isə texniki səbəbdən mətndə pauzaların düşdüyü məlum olub. Müsbət cəhət kimi qeyd etmək lazımdır ki, dinləmə komponentinin ümumiyyətlə tətbiq olunması – şagirdin yalnız yazılı deyil, eyni zamanda dinləmə bacarığını da ölçmək niyyəti – müasir təhsil yanaşmalarına uyğun addımdır. Bu komponent dilin funksional istifadəsinə yönəlir və şagirdin dildə passiv yox, aktiv istifadə qabiliyyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Bu istiqamət CEFR (Common European Framework of Reference for Languages) – Avropa Dildə Təlim Ümumi Çərçivə Standartlarına uyğunlaşdırılma baxımından da irəliləyiş hesab edilə bilər. Lakin təcrübə göstərir ki, texniki və təşkilati zəiflik bu müsbət niyyəti puç edir. İmtahanlar keçirilən məktəblərin çoxunda səs sistemi eyni səviyyədə deyil. Səs gücləndiriciləri və ya audio aparatları bəzi məktəblərdə köhnə, bəzilərində isə ümumiyyətlə uyğun deyil. Bu isə qiymətləndirmədə bərabərliyi pozur. Əgər şagirdlərdən biri səsi aydın eşidir, digəri isə səsin keyfiyyətinə görə mətni başa düşmürsə, burada artıq qiymətləndirmə yox, təsadüfi nəticə ilə üzləşirik”.

Ekspert onu da əlavə etdi ki, metodoloji baxımdan da dinləmə tapşırıqlarında bir sıra problemlər var. Səsləndirilən mətnlərin lüğət tərkibi çox zaman dərsliklərdəki mövzu və səviyyədən kənar olur. Aksent, danışıq sürəti və vurğu baxımından mətni izləmək çətinləşir: “Şagirdə mətni yalnız bir dəfə dinləmə imkanı verilməsi də onun psixoloji vəziyyətinə, stresə və diqqət səviyyəsinə görə fərqli nəticələrə səbəb olur. Bu, şagirdin dinləmə bacarığını ölçmək əvəzinə onun streslə mübarizə gücünü yoxlayan mexanizmə çevrilir. Halbuki beynəlxalq təcrübədə, məsələn, IELTS, TOEFL, DELF kimi dil imtahanlarında dinləmə iki dəfə təqdim edilir və suallar dinləmə mərhələsinə paralel olaraq verilir. Bu, şagirdə hər hansı texniki və ya psixoloji səbəbdən yaranan çətinliyi kompensasiya etməyə imkan verir. Təşkilati yanaşmada isə ən böyük boşluq imtahan mərkəzlərinin əvvəlcədən texniki baxışdan keçirilməməsi və personalın dinləmə texnologiyalarının istifadəsində peşəkar hazırlığa malik olmamasıdır. Bu sahədə mərkəzləşdirilmiş texniki yoxlama sistemi qurulmadığı üçün hər il eyni problemlər təkrarlanır. Bəzi hallarda müəllimlər və nəzarətçilər belə audio cihazı necə işə salmağı, səsi necə tənzimləməyi dəqiq bilmədiklərinə görə imtahanın gedişində səsin gec başlaması və ya təkrar verilməsi kimi hallara rast gəlinir. Bu isə normativlərə və qaydalara ziddir və imtahanın nəticəsinə birbaşa təsir edir. Bu problemlərin aradan qaldırılması üçün bir sıra dəyişikliklər zəruridir. Texniki baxımdan hər bir imtahan mərkəzində vahid akustik sistemlər tətbiq olunmalı, portativ və zəif keyfiyyətli dinləmə avadanlıqları mərhələli şəkildə istifadədən çıxarılmalıdır. Səsyazma materiallarının keyfiyyəti və səsləndirmə mətnlərinin fonetik uyğunluğu da mütəxəssislər tərəfindən təsdiq olunmalı, səs effektləri və musiqi fonları ilə yüklənmiş materiallardan imtina edilməlidir. Eyni zamanda, şagirdə ən azı iki dəfə dinləmə imkanı verilməsi praktikası tətbiq olunmalıdır ki, bu, həm obyektivliyi, həm də psixoloji rahatlığı təmin etsin. Metodoloji yanaşmada isə dinləmə tapşırıqları dərslik mövzularına yaxınlaşdırılmalı, suallar şagirdin eşitdiyini təhlil etməsinə əsaslanmalı, çətin və mücərrəd anlayışlardan uzaq durulmalıdır. Müəllimlərin təlimlərində dinləmə bacarığına hazırlıq metodikası genişləndirilməli, sinifdə audio resurslardan istifadə standart hala çevrilməlidir. Təşkilati baxımdan isə imtahan mərkəzlərində audio sınaqlar, texniki yoxlamalar və imtahan personalının təlimi əvvəlcədən həyata keçirilməlidir. Bu dəyişikliklər tətbiq edildiyi təqdirdə dinləmə tapşırıqları funksional qiymətləndirmə alətinə çevriləcək və artıq texniki problem və metodoloji uyğunsuzluq səbəbindən şagirdlərin gələcəyi risq altına düşməyəcək. Əgər bu sahəyə yalnız formal mexanizm kimi yanaşılarsa, dinləmə mərhələsi təhsilin keyfiyyətini artırmaq əvəzinə, etimadı sarsıdan, nəticəni təsadüfi edən bir mərhələyə çevriləcək. Məqsəd isə sadəcə dinləmə yox, anlamaq və ədalətlə qiymətləndirmək olmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:49
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ