Cümə günü, 06 noyabr 2026
     

Şəhid baş leytenantı 31 ildir gözləyirik - Ağdərədə 12 əsgərlə itkin düşmüşdü...

Image


Afina Qurbanova: “Nə şəhid olduğu bilinir, nə yaşadığı məlumdur, nə də mənə təsəlli olacaq bir məzarı var ki, gedib ziyarət edib başına dolanım”

Bir məzarı olmadı ki, gedib başına dolansın, daşına üzünü sürtsün, ürəyinin ağrısına, acısına məlhəm tapsın, təsəlli bulsun. Birinci Qarabağ müharibəsində Ağdərədə itkin düşən baş leytenat Telman Qara oğlu Qurbanovun ömür-gün yoldaşı Afina xanım illərdir ki, canının parçasını, ömrünün parasını axtarıb gəzir, amma ondan nə səs var, nə də soraq. İki balasını və vəfalı həyat yoldaşını arxasında buraxıb vətənin müdafiəsinə yollanan T.Qurbanovun bir məqsədi olub - Qarabağı düşmən tapdağından azad edib müzəffər zabit kimi evinə, ocağına qayıtsın, ailəsinə simsar olsun. Sonuncu gəlişində “mütləq geri qayıdacağam” deyib Afina xanıma ümid versə də, düz 31 ildir ki, baş leytenantdan bir xəbər yoxdur...

Afina Qurbanova illər boyu çəkdiyi həsrəti misralara çevirir, itkin həyat yoldaşına şeirlər qoşur...

Yanımda yoxsan boyunu sevim

Qəbrin yox gedib daşını sevim.

Toxunum mən hara de səni sevim.

Ay sevgisi ürəyimi öldürən canım...

Ağrı-acı bitməyəndə, həsrət sona yetməyəndə təsəlli üçün sözə üz tuturlar. Afina xanım da 31 illik nisgilini sözlə, şeirlə ovudur, gözü yaşlı şeirlər yazır.

Müharibədə itkin düşən Telman Qurbanova artıq şəhid statusu verilsə də, Afina xanım yenə də onun yolunu ümidlə gözləyir. Onunla Respublika Xatirə Kitabı Redaksiyasında həmsöhbət olduq. Bütün şəhid yaxınları kimi Afina xanım da bir təsəlli ünvanı kimi Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədlinin yanına gəlmişdi.

“Həyat yoldaşım 12 əsgəri ilə birgə itkin düşüb...”

Afina Qurbanova “Bakı-Xəbər”ə bildirdi ki, Telman Qurbanov 1958-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonun Darvaz kəndində müəllim ailəsində doğulub, ailədə 5 qardaş, 5 bacı olublar: “Telman 9-10-cu sinfi Xırdalan şəhəri 2 nömrəli məktəbdə oxuyub, burdan məzun olub. İndiki Texniki Universiteti bitirdikdən sonra təyinatla Xırdalan Pivə Zavodunda mühəndis kimi fəaliyyətə başlayıb. Tanışlığımıza gəlincə, mən də Darvaz kəndində doğulmuşam, orda böyümüşəm, mənim atam da müəllim idi. Telman Bakıda oxuduğu, yaşadığı üçün nə o məni, nə də mən onu tanımışam. Ailələrimizin məsləhəti ilə evlənmişik. Sevib evlənməmişik, amma yaşadığımız 9 illik ailə həyatında bir-birimizi sevmişik. Özü də elə böyük sevgi yaranıb ki, bu gün də o sevgi yaşayır. 1983-cü ildə evləndik. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qarabağın müdafiəsi ilə bağlı çağırış etdi. Həyat yoldaşım da onun çağrışına səs verənlərdən olub və cəbhəyə gedib. 1994-cü ilin fevral ayının 18-də Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşüb, indiyə qədər ondan bir məlumat ala bilmirik, yaşadığı, yaxud şəhid olduğu haqda məlumatımız yoxdur. Nə şəhid olduğu bilinir, nə yaşadığı məlumdur, nə də mənə təsəlli olacaq bir məzarı var ki, gedib ziyarət edib başına dolanım. Bu çox ağrılıdır, bu həsrətlə yaşamaq çox çətindir. Həyat yoldaşımın itkisi mənə çox ağır təsir etdi, nəticədə xəstə düşdüm, indiyə qədər müalicə ilə yaşayıram...”

Baş leytenantın döyüş yolunun Beyləqan, Tərtər və Ağdərədən keçdiyini deyən Afina xanım xatırlayır ki, həyat yoldaşıgili birinci Beyləqana aparıblar, sonra geri qaytarıblar, bir müddət keçib və yenidən cəbhə bölgəsinə aparıblar. İki övladının yadigar qaldığını deyən Afina xanım qeyd etdi ki, Telman Qurbanov müharibəyə könüllü gedib və o gedərkən ona “getmə” deməyib, çünki vətənin belə oğullara ehtiyacı olduğunu yaxından dərk edib. Hər bir azərbaycanlı kimi onun da ən böyük arzusu düşmənin məğlub edilib torpaqlarımızdan çıxarılması olub. “Çox yüksək əhval-ruhiyyə ilə yola saldıq. Tərtər-Ağdərə istiqamətində döyüşüb. Müharibəyə 1993-cü ilin yayında gedib, 1994-cü ilin fevral ayının 18-də itkin düşüb. Evə bir dəfə gəldi. Dekabrın17-si ad günü idi, gəldi ad gününü keçirdik. Bir dəfə də 1994-cü ildə yanvar ayının 20-də Tərtərdən bir bank işçisinin evindən zəng vurub qızımızın ad gününü təbrik edib. Telefonla danışanda “gələcəyəm” dedi. Sonuncu dəfə səsini onda eşitdim. Fevralın 6-sı anamın ili idi, o da gəlməli idi və birgə ilə getməli idik. Amma gəlmədi. O gəlmədiyi üçün mən də anamın ilinə getmədim, onu gözlədim. Düşündüm ki, Telman əhdinə vəfalı, sözünə bütöv bir insandır, görəsən niyə gəlmədi? Nə oldu ki, sözünü tutmadı?

Telmanın itkin düşməsini qayınlarım biliblər, amma bir neçə ay bunu məndən gizlədiblər. Özləri onu axtarmağa gedirlər, onlara deyirlər ki, baş leytenat Telman Qurbanov və 12 əsgərindən hər hansı bir xəbər yoxdur. Həyat yoldaşım 12 əsgəri ilə birgə itkin düşüb və indiyə qədər də bir xəbərləri yoxdur. Bunlar itkin şəhidlərdir. Bugünə kimi də onlardan bir xəbər yoxdur.

Düşünürdüm ki, müharibə gedir, yəqin imkan olmur zəng vurmağa. Təsəllim yalnız bu idi. Amma onun hadisəsini yuxumda görmüşdüm. Gördüm ki, onları zorla quyuya aparıb orda basdırmaq istəyirlər, mən də qışqırıram ki, o mənim həyat yoldaşımdır, onunla getməliyəm, “yox sən getmirsən” deyib məni itələyirlər yıxılıram və yuxudan oyanıram. Həmin gördüyüm yuxunu oyandıqdan sonra evdə divar kağızının üzərinə yazmışdım...

Uzun illər axtarmışıq, qayınlarım dəfələrlə Gürcüstana, Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndinə gediblər. Hətta Bakıda olan bir erməni əsirinin atası ilə də görüşmüşdülər, o demişdi ki, siz mənim oğlumu tapın, mən də sizin qardaşınızı tapım. Sonra bizimkilər Müdafiə Nazirliyinə getdilər və ordan bildirdilər ki, həmin erməni əsgər ölüb. Daha qaynımgil gedib o erməni ilə ikinci dəfə görüşmədilər ki, birdən Telman sağ olar, o da gedib onu öldürər.

Hər zaman içimdə bir ümid var ki, Telman şəhid olmayıb, yaşayır, elə bir gün yoxdur onu gözləməyim. O mənim ürəyimdən, həyatımdan heç zaman çıxmadı. Telmanın axtarışı heç bir nəticə vermədikdə qarşıma məqsəd qoydum ki, intihar edim, yaşamaq istəmirdim. Düşünürdüm ki, onsuz yaşamağa dəyməz, həyatım Telmansız bir zindandır. Deyirdim ki, mən intihar etsəm onsuz da qardaşım, bacım, qayınlarım, baldızların uşaqlarıma yaxşı baxacaqlar, buna qəti şübhəm yox idi. Telmanın yoxluğuna heç cür alışa bilmədim, hətta intihara da cəhd etdim. Gündüzdən balkondan yerə baxdım ki, görüm harda beton daha qalındır, özümü onun üstünə atım. Uşaqları yatızdırdım və balkona çıxdım. Qarşımda başı əmmaməli saqqalı bir kişi görüm, “hara gedirsən” dedi, “yaşamaq istəmirəm” dedim. Bəlkə də bunu mənə kimsə danışsa qəribə baxaram, “bu nə danışır” deyərəm. O mənim üzümə bir şillə vurdu və qeyri-ixtiyari başım arxaya tərəf çevrildi, otağın qapısı açıldı, görüdm ki, yoldaşım və iki uşağımız çarpayının üstündə oynayırlar. Həmin adam dedi ki, onu sənə verən də, səndən alan da bizik, hər gecə yuxunda onu sənə qaytaracağıq, sən onu yuxunda görəcəksən. Məni otağa qoyub qapını örtdü. O hadisədən sonra 11-12 il hər gecə həyat yoldaşımı yuxuda gördüm, hətta səhər baş verəcək hər hansı bir hadisəni yoldaşım gecə yuxunda mənə deyirdi ki, ay Afina, filan şey olacaq, qorxma...

Uzun illər həyətdə bir maşın saxlayanda qorxmuşam, ayağım tutulub, “nəsə oldumu həyətə maşın gəlib” deyirdim. Uzun illər qapımız döyüləndə həyəcandan, qorxudan ayaqlarım tutulub, gedib qapını aça bilməmişəm, elə bilmişəm qara xəbər gəlib. Bir dəfə həyətimizə maşınla şəhid gətirdilər, ondan sonra məndə bu qorxu yarandı”.

Övladlarının ikisinin də ali təhsilli olduğunu deyən Afina xanım bildirdi ki, şəhid ailəsi kimi indiyə qədər heç bir dövlət qurumunun, bir kimsənin qapısını döyməyib, balaları da heç vaxt şəhidin adından istifadə etməyib. “Telmana şəhidlik statusunu gec almışıq. 1998-ci ildə aldıq. Yoldaşıma şəhidlik statusu alandan 4-5 il sonraya qədər hətta uşaqlarım üçün pensiya düzəldilməsinə imkan verməmişəm. Demişəm ki, Telman şəhid deyil, sağdır gələcək”.

Afina xanım deyir ki, həyat yoldaşı itkin düşdükdən illər sonra onun əsgərlərindən biri erməni əsirliyindən qayıdıb: “Bir neçə ildən sonra həyat yoldaşımın Tərlan adlı əsgəri əsirlikdən qayıtdı. Dövlətimiz onu çox yaxşı qarşıladı, ev verdi və sair. Qaynımgil gedib həmin şəxslə görüşdülər. Telman zabit olduğu üçün ratsiyası vardı. Tərlan deyib ki, komandirin özünü görmədim, amma onun ratsiyasını erməninin əlində gördüm. Əsirlikdən gələn əsgərin iddia etdiyi kimi həmin döyüşdə partlayış olmuşdusa, Telmangil orda şəhid olmuşdularsa onda gərək onun ratsiyası da ələ gəlməyəydi. Qayınlarım nə qədər israr etsə də ondan başqa məlumat ala bilmədilər. Bu hadisənin üstündən bir neçə il keçdikdən sonra Ermənistandan başqa bir əsir də gəldi. O, Tərlanın ermənilərə işlədiyini, ermənilərlə oturub-durduğunu, azərbaycanlı əsirlərə ağır işgəncələr verdiyini dedi. Sonra həmin Tərlanı həbs etdilər, məhkəməsinə qaynımgil də getmişdi.

Sonra Qızıl Aypara Cəmiyyətindən bizə nümayəndələr gəlmişdi, mən də hadisəni danışdım, onlar gedib həbsxanada Tərlanla görüşmüşdülər, o, bizə dediklərini onlara da demişdi...”

Afina xanım bildirdi ki, Xırdalan Pivə Zavodunun 4 əməkdaşı Birinci Qarabağ müharibəsində şəhid olub, onların xatirəsini əbədiləşdirmək məqsədilə zavodun həyətində abidə kompleksi ucaldılıb. Zavodun kollektivindən razılıq etdiyini deyən Afina xanım bildirdi ki, onlar Telman Qurbanovun xatirəsini həmişə hörmətlə yad edirlər.

Afina Qurbanova cəmiyyətdə narahatlıq doğuran bir məsələni də dilə gətirərək təəssüflə qeyd etdi ki, əksər hallarda bəzi dövlət qurumlarında, təşkilatlarda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə, onların ailələrinə qarşı ayrıseçkilik var. “Şəhidin bir adı var, o da şəhiddir. Çox təəssüf ki, bu. şəhidlərimizin ruhuna sayğısızlıq olmaqla yanaşı, həm də onları Vətənin müdafiəsinə səfərbər edən ulu öndərin ruhuna hörmətsizlikdir. Onlar ulu öndərin səsinə səs verib müharibəyə gediblər. Bu gün şəhidlər arasında fərq qoyan bəzi nazirlər, bəzi dövlət işçiləri, bəzi deputatlar bu hərəkətləri ilə hörmətsizlik sərgiləyirlər. Bu da bizə çox pis təsir edir. Heç kəsdən heç nə ummamışam. Mənim maddi dəstəyə yox, mənəvi dəstəyə ehtiyacım var. Sağ olsunlar, yaxın qohumlarımız, qardaş-bacım, qayınlarım, baldızlarım övladlarıma çox yaxşı baxıblar, bizi korluq çəkməyə qoymayıblar.

Xatirəsinin əbədiləşdirilməsinə gəlincə, Abşeron Rayon İcra Hakimiyyətinin qarşındakı şəhidlərə həsr edilıən lövhədə Telmanın da fotosu var. İcra Hakimiyyətinə müraciət etmişəm ki, oxuduğu 2 saylı məktəbdə sinif otaqlarından birinə Telmanın adı verilsin. Amma bugünə qədər heç bir cavab verməyiblər. Çox istərdim ki, bu arzum gerçəkləşsin”.

Gözləri yollardadır, ümidi ürəyində Afina xanımın. Bəlkə də bir gün yollar yarını, ürəyinin parasını gətirəcək ona, bəlkə bir gün qovuşacaqlar... Bəlkə...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ