Bazar günü günü, 16 avqust 2026
     

Ləyişdə “Əhli Beyt” məscidi və köhnə şəhid məzarlığı məhv edilmək üzrədir - Rəna xanımın döymədiyi qapı qalmayıb...

Image


Rəna Əliyeva: “Vaxtında reaksiya verilsəydi, o məscidi bərpa etmək mümkün idi, amma indi tamamilə acınacaqlı durumdadır”

1851-ci ildə Bakının Balaxanı kəndində anadan olan neft maqnatı, milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşiminin (Haşımov) tariximizdə ayrıca bir yeri var. Bakıda və Bakı kəndlərində Hacı Sultanəlidən miras qalan məscidlər, binalar bu xalqın toxunulmaz irsidir. Onun paytaxtın indiki Yasamal rayonu ərazisində inşa etdirdiyi Hacı Sultanəli məscidi bu gün də inanclı insanların ibadət yeri olaraq bilinir.

Hacı Sultanəli Haşiminin məşhur Ləyiş bağları deyilən ərazidə tikdirdiyi “Əhli Beyt” məscidinin hazırkı vəziyyəti isə acınacaqlıdır. Məscid “ömrünün son günlərini” yaşayır desək, yəqin ki, mübaliğə etmiş olmarıq.

“Çox arzu edərdim ki, Mədəniyyət Nazirliyi və digər əlaqədar qurumlar “Əhli Beyt” məscidini və 1918-ci il şəhidlərinin dəfn etdiyi məzarlığı bərpa etsinlər”

Hacı Sultanəli Haşiminin nəvəsi Rəna Nadir qızı Əliyeva redaksiyamıza gələrək, sözügedən məscidin və onun ətrafında yerləşən 1918-ci il şəhidlərinin dəfn edildiyi tarixi məzarlığın dağılmaq ərəfsində olduğunu bildirdi, məscidin keçmiş və indiki vəziyyətini əks etdirən fotoşəkillər təqdim etdi. Rəna xanım “Bakı-Xəbər”ə bildirdi ki, babasının Ləyiş bağlarında tikdirdiyi məscidin ətrafında məzarlıq da var, amma o da məscid kimi yox olmaq təhlükəsi ilə üzləşib. “Ulu babam Haşimi Hacı Sultanəli Haşım oğlu orda “Əhli Beyt” (Pənc Ali-Əba)

məscidi tikdirməyi qərara alıb. Bu məscid təxminən 1890-cı ildə tikilib və inanclı insanların istifadəsinə verilib. “Əhli Beyt” məscidi Həzrəti Məhəmmədin, Həzrəti Fatimənin, Həzrəti Əlinin, İmam Həsənin və İmam Hüseynin adına tikilib.

Bu gün isə “Əhli Beyt” məscidinin acınacaqlı vəziyyətdə olması ürəyimi ağrıdır. Yerli tarixi abidə kimi xüsusi əhəmiyyəti olan bu məscidin bərpa edilməsi üçün Mədəniyyət Nazirliyi başda olmaqla bütün aidiyyəti qurumlara müraciət etmişəm.

2014-cü ildə “Azərbərpa ETLİ” MMC tərəfindən Sabunçu rayonu, Ləyiş bağları ərazisindəki “Əhli Beyt” məscidinin bərpa layihəsi hazırlansa da, təəssüflər olsun ki, hələ də məcsid bərpa edilməyib. Məscidin və ətrafındakı qəbiristanlığın, eləcə də Hacı Sultanəli Haşiminin məzarının bərpa edilməsi üçün heç bir addım atılmayıb, rəsmi qurumlar müraciətlərimə, çağırışlarıma əməli fəaliyyətlə cavab vermir. Bir sözlə, döymədiyim qapı qalmayıb, amma hələ də “Əhli Beyt” məscidi bərpa edilməyib, dağılmaq təhlükəsi altında qalmaqda davam edir.

Məscidin ətrafındakı əski məzarlıqda 1918-ci ildə şəhid olan türk əsgərləri və yerli insanlar dəfn edilib, onları orda babam dəfn etdirib. Çox arzu edərdim ki, Mədəniyyət Nazirliyi və digər əlaqədar qurumlar “Əhli Beyt” məscidini və 1918-ci il şəhidlərinin dəfn edildiyi məzarlığı bərpa etsinlər. O məzarlığa şəhidlərin xatirəsinə abidə ucaldılsın, babamın məzarı da abadlaşdırılsın. Çünki vəziyyətləri o qədər acınacaqlıdır ki, bərpa edilməsələr mütləq məhv olub gedəcəklər. Bu bizim tariximizdir, tarixi irsimizdir. O məzarlıq erməni vəhşiliyini, daşnakların xalqımıza qarşı törətdiyi soyqırım aktlarının bir parçasını özündə ifadə edir.

“Əhli Beyt” məscidi acınacaqlı vəziyyətdədir, onun dağılmış və baxımsız vəziyyəti insanları məyus edir. Bu məscid yolun kənarında yerləşdiyi üçün onun vəziyyəti ordan keçən insanların narahatlığına səbəb olur.

Çoxsaylı müraciətlərimə müsbət cavab almadığım üçün “Əhli Beyt” məscidinin acınacaqlı vəziyyətini sizin qəzetiniz vasitəsilə ictimailəşdirmək istədim, ona görə də sizə müraciət etdim. Çarəsiz qaldığım üçün kömək üçün ölkə rəhbərliyinə yenidən müraciət edirəm, xahişim odur ki, bu tarixi məcsid tamamilə məhv olmaqdan xilas olunsun. Ümid edirəm ki, bərpa layihəsi 2014-cü ildən hazır olan məcsidin bərpasına dəstək göstəriləcək”.

Rəna xanım istəyir ki, o məscidin bərbad vəziyyətindən xalqın xəbəri olun: “Ən böyük arzum odur ki, ulu babamdan yadigar qalan bu əsər - Həzrəti Məhəmmədin adına olan məscid bərpa olunsun və xalqın ixtiyarına verilsin.

İndiyə qədər Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə, Sabunçu rayon İcra Hakimiyyətinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etmişəm, məktublarıma cavab verilib və müraciətim Sabunçu rayon İcra Hakimiyyətinə yönəldilib. İcra Hakimiyyətindən də mənə mənasız bir cavab göndəriblər. Mənim məqsədim odur ki, 1905-ci, 1918-ci il şəhidlərinin dəfn edildiyi məzarlıq və məscid bərpa olunsun. Onlar xalqın ziyarət yerinə çevrilsin. O ərazi tamamilə müfafizəsiz vəziyyətdədir, nə qorunubsa onu da mən qorumuşam, ordakı əski daşları mühafizə etmişəm. Bu barədə xalqın xəbəri olsun. Babamın məzarının da bərpaya ehtiyacı var”.

Ulu babasının Məhəmməd Peyğəmbərin nəsilindən gəldiyini deyən Rəna xanım bildirdi ki, Hacı Sultanəli Haşimi övladıdır. “Ulu babam o dövrkü incəsənət xadimlərinə, şairlərə, yazıçılara, bəstəkarlara maddi-mənəvi dəstək göstərib. Şollar suyunu Bakıya gətirib, düzdür, onun ətrafında başqa adamlar da olub, amma onlara liderliyi Hacı Sultanəli edib. Balaxanı kəndində ilk neft quyularını babam qazdırıb, ora buruqlar salıb. Bütün arxiv sənədləri əlimdədir və dediyim hər bir sözü fakta istinad edib deyirəm. Bakıda ilk telefon nömrəsi (1-11) onun adına olub. Hacı Sultanəli Haşimi 3 vətəgə sahibi olub. Gördüyü xeyriyyə işlərinə, xoş əməllərinə görə 1910-cu ildə Çar tərəfindən fəxri ada layiq görülüb. Ana tərəfdən olan Loğman babamı da Çar fəxri ada layiq görüb. Bakıda indiki Yasamal rayonu ərazisində də böyük məscid tikdirib, Hacı Sultanəli məscidi “Nizami” metrosunun arxasında yerləşir. Nizami metrosu da ulu babamın mülkündə tikilib.

Onun əsas məqsədi dini dəyərlərin inkişafına dəstək olmaqla yanaşı, həm də milli maarifçiliyinin tərəqqi etməsi olub, bu yolda çox böyük işlər görüb. Qızlar və oğlanlar gimnaziyalarının tikilməsində rolu olub, Mirzə Ələkbər Sabir məktəbinin açılması onun adı ilə bağlıdır. Mirzə Ələkbər Sabir Şamaxıdan Bakıya gəlib və ciyərləri xəstə olub. Hacı Sultanəli babam Ləyiş bağındakı mülkündə loğmanların əli ilə Sabiri müalicə etdirib, sonra onu Balaxanıya gətirib və ona yaşamaq üçün ev verib, bir evində də məktəb açdırıb ki, millətimizin balaları savadlansın, oxuyub bilik əldə etsinlər”.

Rəna xanım dedi ki, indiki Nizami metrosunun yerində ulu babasının mülkü olub: “Hacı Sultanəlinin oğlu olan Möhtəşəm babam o imarətə nənəm Şirvanxanımı İçərişəhərdən gəlin gətirib. Nənəm də köklü ailədən olub, Loğman Yusifovun qızı idi”.

R.Əliyevanın sözlərinə görə, “Əhli Beyt” məscidinin üzərindəki kitabənin bir hissəsi onda olsa da, ikinci hissəsi nəməlum şəxslər tərəfindən oğurlanıb, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və faktla bağlı araşdırma gedir: “Məscidin kitabəsinin bir hissəsi 2024-cü ildə oğurlanıb. Bu barədə polisə müracət etdim, Mədəniyyət Nazirliyinə müraciət etdim, hadisə qeydə alındı və proses gedir. Bu tarixi abidənin ərazisinə iki dəfə müdaxilə olunub. Bir dəfə 2024-cü ildə müdaxilə olunub və yenə də polisə, eyni zamanda da Mədəniyyət Nazirliyinə məlumat vermişəm, nəticədə orda aparılan qanunsuz iş dayandırılıb. Ardınca da qəbiristanlıq tərəfə tarktor salınıb, bununla bağlı da polisə müraciət etdim, araşdırma gedir. Yəni mümkün qədər mən o ərazini qoruyuram, amma o yerli əhəmiyyətli abidədir (3181 reyestr nömrəsi), onun dövlət qurumları tərəfindən qorunması lazımdır. Mədəniyyət Nazirliyi o abidəni qoruduğunu deyir, amma orda qorunmaq adına heç nə yoxdur. Nazirliyə səslənib “sizə yazıqlar olsun” deyirəm. İllərdi ki, bu abidə acınacaqlı durumdadır, bu normal hal deyil. Köhnə şəklindən də görürsüz ki, vaxtında reaksiya verilsəydi o məscidi bərpa etmək mümkün idi, amma indi tamamilə acınacaqlı durumdadır.

Mən 2005-2006-cı illərdə nazirliyə müraciət edəndə onlar bu yöndə iş görsəydilər məscidi qorumaq mümkün olardı. Bu məscid indi “yox” kimidir”.

R.Əliyeva qeyd etdi ki, 2005-ci ildə Mədəniyyət Nazirliyinə müraciət etdikdə Ləyiş bağları massivində yerləşən “Əhli-Beyt” məscidinin mühafizə zolağının planı işlənib, bu sənəd Polad Bülbüloğlunun imzası ilə təsdilənib. O, sonda qeyd etdi ki, bütün lazımı sənədlər və məscidin bərpa layihəsi əlindədir, Mədəniyyət Nazirliyinin bu məsələyə reaksiya verəcəyinə ümid edir.

Biz də ümid edirik ki, bu tarixi abidənin, şəhid məzarlığının və xeyriyyəçi, milyonçu Hacı Sultanəli Haşiminin məzarının bərpası istiqamətində əlaqadar qurumlar hərəkətə keçəcək, xalqımızın bu tarixi irsini yenidən özünə qaytaracaqlar...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ