Cümə günü, 06 noyabr 2026
     

Universitet müəllimləri də MİQ imtahanlarından keçməli olacaq? - Dedi-qodular doğrulsa...

Image


Kamran Əsədov: “MİQ modeli ali təhsil sistemi üçün uyğun bir vasitə deyil”

Məlumdur ki, orta məktəb müəllimləri işə müəllimlərin işə qəbulu (MİQ) mexanizmi ilə qəbul olunur. Bu proses müəyyən narazılığa səbəb olur. Əsasən də ali məktəblərin nüfuzunu aşağı salır. MİQ-dən keçə bilməyən müəllim kimi çalışa bilmir. Bu da həmin pedaqoji təhsil ocaqlarının prestijini, hörmətini aşağı salır.

Son vaxtlar təhsil cameəsi arasında belə bir fikir yayılıb ki, müəllimlərin işə qəbulu (MİQ) mexanizmi ali təhsil müəssisələrinə də tətbiq olunacaq. Hesab edilir ki, universitetlərdə də MİQ formatına uyğun mərkəzləşdirilmiş imtahan keçirilsə, bu, ali məktəblərə müəllim qəbulu prosesində şəffaflığı və obyektivliyi artıra bilər.Bu fikir təhsil ictimaiyyəti arasında fikir ayrılığına səbəb olub. Kimisi bu təklifi dəstəkləyir, bəziləri isə qarşı çıxır. Onların fikrincə, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq ixtisaslaşmış, elmi-tədqiqat yönümlü və akademik azadlığa əsaslanan bir strukturdur. MİQ isə əsasən standart bilikləri ölçən test mərhələsinə və inzibati qərarlara söykəndiyi üçün universitet mühitinə uyğun gəlmir.

“Universitetlərdə müəllim qəbulu ilə bağlı islahat aparılacaqsa, bu islahat MİQ-in tətbiqi deyil, daha çox akademik göstəricilərə əsaslanan…”

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ali təhsil müəssisələrində müəllimlərin işə qəbulu prosesinin şəffaflaşdırılması məqsədilə son vaxtlar orta ümumtəhsil sistemində tətbiq olunan MİQ (Müəllimlərin İşə Qəbulu) modelinin universitetlərə də tətbiqi ideyası müzakirə edilir: “Bu təşəbbüs ilk baxışda obyektivlik və şəffaflıq kimi cəmiyyətin haqlı gözləntilərinə cavab versə də, ali təhsilin struktur funksiyası, hüquqi çərçivəsi, elmi və akademik prinsipləri nəzərə alındıqda, MİQ modelinin eyni məntiq və mexanizmlə universitetlərə tətbiqi ciddi suallar doğurur. Təhlil göstərir ki, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq standart bilik yoxlaması deyil, daha çox elmi, tədqiqat və yaradıcılıq yönümlü göstəricilərə əsaslanan bir sistemdir. Bu isə inzibati və mərkəzləşdirilmiş test mexanizmlərinin bu müstəviyə uyğun gəlmədiyini sübut edir. Hazırda ali təhsil müəssisələrində akademik heyətin seçimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsi və “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi” ilə tənzimlənir. Qanunvericiliyə əsasən, ali məktəblərdə pedaqoji vəzifələrə (müəllim, baş müəllim, dosent, professor) qəbul açıq müsabiqə əsasında həyata keçirilir. Müsabiqə zamanı namizədin elmi dərəcəsi, tədqiqat fəaliyyəti, tədris təcrübəsi, elmi əsərləri, metodik tövsiyələri və beynəlxalq jurnallarda dərc olunmuş məqalələri əsas qiymətləndirmə meyarları kimi çıxış edir. Bu struktur öz mahiyyəti etibarilə akademik azadlıq və tədqiqat müstəqilliyinə əsaslanır və ali təhsilin fundamental mahiyyəti olan bilik istehsalına xidmət edir. Bu yanaşma ilə müqayisədə MİQ imtahanı inzibati proseslərə əsaslanan, məhdud zamanlı və əsasən test formatında həyata keçirilən bir prosedurdur. MİQ-in məqsədi təhsilin məzmununu deyil, daha çox standart bilik və fənn çərçivəsində müəyyən bacarıqları ölçməkdir. Halbuki, ali məktəblərdə bir müəllimin əsas funksiyası yalnız dərs demək deyil, həm də elmi yenilik yaratmaq, tədqiqat aparmaq, elmi rəhbərlik etmək, məqalə və monoqrafiyalar dərc etdirmək və beynəlxalq layihələrdə iştirak etmək kimi çoxşaxəli fəaliyyətləri əhatə edir. Belə olan halda, vahid mərkəzdə hazırlanmış test imtahanı ilə bu bacarıqların obyektiv ölçülməsi mümkün deyil. 2023-cü ildə ölkədə fəaliyyət göstərən 51 dövlət və 11 özəl ali təhsil müəssisəsində 20 000-dən çox müəllim çalışır. Onların 52%-i elmi dərəcəyə malikdir. Bu fakt göstərir ki, ali məktəblərdə çalışan akademik heyət artıq əvvəlcədən elmi mərhələlərdən keçmiş və müvafiq sahədə ixtisaslaşmış kadrlar qismində fəaliyyət göstərir. Onların işə qəbulu zamanı tətbiq ediləcək yeni mexanizmlər bu təcrübəni və elmi dəyəri nəzərə almadan tətbiq olunarsa, bu, sistemin özünü iflic edə bilər. Belə ki, uzun illər ərzində elmi fəaliyyətlə məşğul olmuş, nüfuzlu jurnallarda məqalələri olan bir alimi test imtahanına cəlb etmək akademik mühitin prestijini və cazibəsini azalda bilər”.

Ekspert hesab edir ki, MİQ modelinin ali təhsilə tətbiqinin mümkün olan müsbət tərəfi şəffaflıq və korrupsiyaya qarşı mübarizə çərçivəsində müəyyən fayda verə bilər. Hazırda bəzən bəzi ali məktəblərdə vakansiyaların formal elan olunması, lakin faktiki olaraq müəyyən şəxslərə yönəldilməsi kimi hallar cəmiyyətdə haqlı narazılıqlar yaradır. Lakin bu problemi inzibati test imtahanı ilə deyil, elmi obyektivlik əsaslı müsabiqə mexanizmlərinin təkmilləşdirilməsi ilə aradan qaldırmaq mümkündür: “Məsələn, kafedra səviyyəsində yaradılan komissiyalara kənar mütəxəssislərin cəlb olunması, namizədlərin elmi portfoliolarının beynəlxalq ekspertiza ilə qiymətləndirilməsi, təqdimat və nümunə dərslərin videoyazı ilə sənədləşdirilməsi şəffaflıq baxımından daha uyğun və effektiv yanaşma ola bilər. Beynəlxalq təcrübə də bu fikri təsdiqləyir. ABŞ universitetlərində “tenure track” sistemi ilə akademik heyət uzunmüddətli müqavilə və performans göstəriciləri əsasında seçilir. İngiltərədə “Research Excellence Framework (REF)” adlı mexanizm vasitəsilə müəllimlərin elmi nəticələri 6-7 illik dövrdə ölçülərək universitetin reytinqinə və maliyyələşməsinə təsir göstərir. Almaniyada isə hər bir universitet akademik muxtariyyət çərçivəsində vakansiya elan edir, lakin namizədin elmi-pedaqoji fəaliyyəti öncədən elmi şura və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilir. Bu sistemlərin heç birində vahid və mərkəzləşdirilmiş test üsuluna rast gəlinmir. Azərbaycanda universitetlərdə müəllim qəbulu ilə bağlı islahat aparılacaqsa, bu islahat MİQ-in tətbiqi deyil, daha çox akademik göstəricilərə əsaslanan müsabiqə modelinin hüquqi və texniki baxımdan təkmilləşdirilməsi istiqamətində olmalıdır. Elmi məqalə sayı, istinad göstəriciləri, layihə rəhbərliyi, pedaqoji bacarıq və metodik hazırlıq obyektiv meyarlar olaraq nəzərdə tutulmalı və bütün ali məktəblərdə vahid minimum tələblər müəyyən edilməlidir. Bununla yanaşı, universitetlər üçün vakansiya elanlarında şəffaflıq, nəticələrin ictimai əsaslandırılması və apellyasiya mexanizmlərinin yaradılması vacib şərtdir. Ali təhsildə akademik heyətin keyfiyyəti təhsilin məzmununa, tədqiqatın səviyyəsinə və universitetlərin beynəlxalq reytinqlərinə birbaşa təsir göstərir. Əgər bu sahədə mexanizmlər düzgün qurulmasa, elmi mühitdən uzaq, yalnız testlərə hazırlaşan, amma yaradıcılıq qabiliyyəti olmayan texniki kadrların artması riski yaranacaq. Belə bir tendensiya isə universitetlərin elmi dəyərini və rəqabət qabiliyyətini azaldacaq. Nəticə etibarilə, MİQ modeli ali təhsil sistemi üçün uyğun bir vasitə deyil. Əvəzində ali təhsildə akademik heyətin işə qəbulu üçün dərinləşdirilmiş və şəffaflaşdırılmış müsabiqə modeli, beynəlxalq standartlara uyğun qiymətləndirmə çərçivəsi, elmi məhsuldarlıq əsaslı təhlil sistemi və ictimai hesabatlılıq mexanizmi tətbiq olunmalıdır. Ancaq bu halda həm şəffaflıq təmin olunacaq, həm də universitetlərin elmi səviyyəsi yüksələcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ