Cümə günü, 06 noyabr 2026
     

Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

Image


Hun-Quz-Oğuz-Sak... etnokökənli birliyin şəcərə xələfləri sırasında Türküstan diyarının Xan Tanrı/Xan Tenqri dağlıq silsilənin hövzəsində yurd salan Qırğız xalqının (Cənubi Sibir çöllərinin əski tayfaları) təkcə 1916-cı ilin avqust ayında soyqırım faciələri rəsmi məlumatlara görə 200 mindən 1 milyon nəfərə qədər dinc sakinlərin həyatı bahasına yaşanmışdır.

Sincan-Uyğur bölgəsinə can atan və daimi buz örtüklü uca dağ aşırımlarında, soyuq dağ çaylarında donaraq həlak olan Qırğızlar...barədə tam dəqiq məlumatlarin olmaması (ümumiyyətlə, bu Soyqırıma hələ də, siyasi və hüquqi qiymət verilməyib, dünya ictimaiyyəti məlumatlandırılmayıb) faciə sərhədlərinin və ərazilərinin xeyli geniş, qurbanlarının sayının çox olduğunu bildirir.

2015-ci ilin noyabr ayında paytaxt Bişkek şəhərində 1916-cı ildə Qırğız xalqına qarşı çar Rusiyası tərəfindən törədilən Soyqırım faciələrinin araşdırılmasına dair keçirilən elmi-praktiki konfransda araşdırıcı İctimai Komissiyanın sədri Əzimbəy Anarqulu oğlu Bəynəzərov (1956, Milli-Dirçəliş “Əsabə”partiyasının sədri, 2019-2022-ci illərdə Malaziyada səfir olmuş), qurumun üzvü Məhəmmədyunus Əbilov bildirmişlər ki, keçən əsrin əvvəllərində Türküstan diyarının Çuy, İssık-kul və Narın bölgələrində yerli Qırğız xalqına qarşı çar Rusiyasının ordu birləşmələri tərəfindən amansız qətliamlar törədilmiş, dinc sakinlər (250 min-1 milyon nəfər arası) Soyqırım faciələrinin qurbanı olmuş, bu facələrdən qurtulmaq istəyənlər Şərqi Türküstana/Sincan-Uyğur diyarına keçmək istəyəndə Xan-Tanrı/Tenqri dağının qarlı-buzlu, sıldırmlı-keçilməz, daimi donuşluqlu aşırımlarında donaraq, yollarda açlıq və xəstəliklərdən həlak olmuşlar.

Türküstan diyarının mərkəzində bu qədim Türk xalqına qarşı amansız qətliamlara səbəb isə çar Rusiyasının milli-müstəmləkə siyasəti (yerli dövlət-idarəetmə sistemində rus siyasi-hərbi nümayəndələrinin özbaşınalığı, kökənli mənəvi-dini dəyərlərin, minilliklərlə təşəkkül tapmış gələnəklərin təhqir edilməsi, koorupsiya şəbəkəsinin şaxələnməsi, köçürülmüş rus ailələrinin münbit və bərəkətli torpaqlarda yerləşdirilməsi..) olduğundan siyasi-hüquqi məsuliyyəti çar II Nikolay (1848-1918) daşımışsa (25 iyun 1916-cı il tarixli Fərmanı-Türküstanın canlı qüvvəsinin və iqtisadi imkanlarının çar Rusiyasının nəfinə I Dünya müharibəsinə cəlb edilməsi narazılıqla qarşılanmışdır), hərbi-inzibati cinayət isə həmin ildə hökumətin sədri, eyni zamanda daxili və xarici işlər naziri olmuş B.V.Ştyurmerin (1848-1917), general-qubernator A.N.Kuropatkinin (1848-1925, XIX əsrin 70-80-ci illərində Türküstanın işğalında fəal iştirak etmişdir), eləcə də, onların yerlərdəki əlaltılarından-hərbi qubernator M.A.Folbaum (1866-1916, 1908-ci ildə Bakı şəhər rəisi olub), qəza rəisi, polkovnik B.N.Rukin (1861-1912), hərbi zabit, kapitan P.D.Zotoqlov...kimilərinin üzərinə düşmüşdür.

Sovet hakimiyyəti illərində qapalı/gizli saxlanılmış, əsaslı tarixi dəlillər gizlədilmiş və haqqında mövcud olan sənədli məlumatların işıqlandırılması yüksək səviyyədə yasaq edilmiş Qırğız xalqının Soyqırım faciəsinə siyasi-hüquqi qiymət verilməsi, elmi-nəzəri baxımdan geniş araşdırılması və 2016-cı ildə 100 illiyinin Anım mərasiminin keçirilməsi barədə ölkə prezidenti Almazbəy Atambəyovun 2015-ci ilin may ayında Fərmanı verilmiş və bu məqsədlə alimlərdən, siyasi və ictimai xadimlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət araşdırıcı İctimai Komissiya yaradılmışdır.

1916-cı ilin isti yay günlərindən soyuq qış fəslinədək İssık-Kul gölü hövzəsində milli-istiqlal uğrunda, siyasi-iqtisadi hüquqları qoruması naminə, imperialist siyasətə qarşı...Qırğız xalqının hərakatını “dövlət əlehinə üsyan”, “çar hakimiyyətinə itaətsizlik” adı ilə qan çanağında amansız qətliamlarla yatırılmış, milli, dini, irqi, əqidə...mənsubiyyətinə görə 1 milyon nəfərə qədər dinc sakin soyqırım faciəsi ilə üzləşmiş, sakit həyatları amansızlıqla qurban verilmişdir.

Haşiyə. İmperialist Rusiyası I Dünya müharibəsində Türk-Müsəlman xalqlarının zəngin etnodemoqrafik, iqtisadi, fiziki qüvvə, təbii sərvət...imkanlarından yararlanaraq hərbi-dövlət quruluşunu qorumaq üçün, Çöl və Türküstan diyarına köçürülən rus əhalisinin iqtisadi-demoqrafik vəziyyətinin yaxşılaşdırılması...məqsədilə 250 min nəfərə qədər Qazax-Qırğız Türklərinin Orduya (arxa cəbhəyə) çağırılması xalqın narazılığı ilə qarşılanmış və müqavimət hərəkatına (Əbdürəhman Xoca Əbducabbar oğlu-Dəvəçi, Nazir Xoca və Muxtar Xoca başçılığı ilə) səbəb olmuşdur.

1917-ci il məlumatına görə Türküstan diyarında yaşayan əhalinin sayı təqribən 7 milyon nəfər olub, onlardan rus mənşəlilər 542509 min nəfər idi.

Soyqırım qurbanları sırasında canını qurtarmaq istəyən İssık-Kul gölü hövzəsində yaşayan yerli əhali-Ağsu Qırğızları Xan-Tanrı dağnna (1801 m hündürlükdə yerləşən Narın-Kol ərazisi, Daşlı Oğuz nahiyəsi, İli çayı, Bədəl aşırımını keçərək) üz tutur ki, keçilməz yolları, piada, at-dəvə yükləri və quru canları ilə keçib Uyğurstana, Turfan bölgəsinə pənah aparsınlar. Amma bu yolda da amansız faciələr onların yarıdan çoxunu məhv etmişdir. Həmin hadisələrin şahidlərinin söylədiklərini qələm alan sosial elmlər namizədi, dosent C.K.Bokontayeva 19 noyabr 2019-cu il tarixli məqaləsində bəzi tarixi-sənədli faktları şərh etməklə bildirmişdir:

- silahlı rus-kazak birləşmələri yurtları dağıdır, silahsız sakinləri doğma ocaqlarından qovur, qətl və qarətlərinin həddi-hüdudu olmayıb;

- rus əsgərləri arxadan onları izləyərək rəhm etmədən dinc sakinləri (yaşından və cinsindən asılı olmayaraq) gülləbaran, çoxlarını sulara qərq etmişlər;

- qəflətən edilən bu həmlələrdən qorxaraq özlərini çaya atanların sayı bilinməmişdir;

- qarşılarına çıxan rus sərhədçiləri qadınların-qızların bütün zinyət əşyalarını, eləcə də, qiymətli mal-mülkü rəhm etmədən qarət etmişlər...

2020-ci ildə Bişkek şəhərində A.Marrison və G.Aytpayevanın redaktorluğu ilə “1916-cı il hadisələrinin öyrənilməsi: Mərkəzi Asiya üsyanı haqqında yeni siyasi və humanizm baxışı” monoqrafiyası çap edilib.

Türk-Müsəlman xalqına qarşı bu soyqırım qətliamlarını törədən silahlı, nizami rus-kazak əsgər və zabitlərinə (Sibir kazaklarının başçısı P.P.İvanov-Rinov (1857-1922), podpolkovnik D.N.Vodopyanov...) rəhbərlik etmiş general M.R.Erofeyevin (1857-1941) daxili işlər naziri A.A.Xvostova (1857-1922) 6 avqust 1916-cı il tarixli teleqramında bildirmişdir: “..günahsız rus xalqına qarşı vəhşi hücumun qarşısı alınmışdır...”.

Çar Rusiyasının işğalçılıq siyasətinə dəstək verənlər sırasında Türküstanda yerləşmiş pravoslav kilsəsinin nümayəndəsi E.V.Malaxovskinin (1880-1918) Türk-Müsəlman əhalisinin ruslara qarşı guya “dini ayrı-seçkilik münasibəti göstərməsi barədə” uydurma, saxta məlumatları da bu soyqırım faciələrinə az səbəb olmamışdır.

Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

R.S. Qırğız-Qazax xalqına qarşı Soyqırım faciələrinin araşdırılmasına dair araşdırıcı İctimai Komissiyanın bir müzakirəsi də 11 avqust 2015-ci ildə respublikanın Oğuz nahiyəsinin Barskoon Ceti kəndində keçirilmişdir.

R.S.S. 1916-cı ilinin soyqırım qətliamları Çöl Türklərinin də (Türkay/Turqay çöllərinin) həyatında izsiz ötüşməyib. Bu bölgənin milli-azadlıq hərakatına və rus işğalçılarına qarşı mübarizəyə A.U.İmanov (1893-1919) və A.Canbasınoğlu (1870-1919) başçılıq etmişlər.

(Bu barədə növbəti yazılarda)



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ