Cümə günü, 06 noyabr 2026
     

Səsi yayılan direktorun məsələsini kim araşdırmalıdır - Bakı Təhsil, ya kriminalistlər?...

Image


Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyiblinin (Y.Müseyibli işdən çıxarılıb-İ.S) yayılan səs yazısından sonra indi də Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Sosial şəbəkələrdə paylaşılan səs yazısında direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək, keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səs yazısı ilə bağlı araşdırma aparılır. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Mətbuatda gedən məlumata görə, Svetlana Hüseynova 2023-cü ildə işdən çıxarılıb və işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə direktor Afaq Əliyevanı məhkəməyə verib.

Afaq Əliyeva 51 yaşındadır. Gəncə Dövlət Pedoqoji İnstitutu, Azərbaycan Respublikası Təhsil problemləri institutunu bitirib.

O, 2022-ci ildən məktəbə rəhbərlik edir.

Qeyd olunduğu kimi, məktəb direktoruna aid olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısının mahiyyətinə görə, direktor məktəbin müəllimlərindən birini təşviq edir ki, keçmiş direktor müavininin əleyhinə yalançı şahidlik etsin. Yalançı şahidliyə vadar etmə cinayət tərkibli məsələdir, əməldir. Bununla bağlı Cinayət Məcəlləsində ayrıca maddə var. Bu mənada, bu məsələnin araşdırılması ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi niyə məşğul olmalıdır? Bu cinayət tərkibli məsələdir. Burda audivizual kriminalistik araşdırma getməlidir, o səs yazısının həqiqətən ona aid olub-olmadığı araşdırılmalıdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nə kimi vəsaitləri var, nə qədər hüquqi inzibati imkanları var bu məsələni araşdırsın ki, doğrudan da bu səs yazısı Afaq Əliyevaya məxsusdur? Bəlkə kimsə quraşdırıb? İndi süni intellektlə hər şey edə bilirlər. Bunu müəyyənləşdirmək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işi deyil, bunu müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir, ona görə də bu cür məsələlərlə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməlidir, bu barədə polis, prokurorluq apaşdırma aparmalıdır. Onların hər cür vəsaiti var ki, səs yazısını araşdırıb həqiqi, yoxsa qondarma olduğunu müəyyən etsin

Məzahir Məmmədli: “Bu məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır, səsin məktəb direktoruna aid olub-olmadığını müəyyən etməlidir”

Təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə həm səsin yazılması, həm videonun çəkilməsi Cinayət Prosessual Məcəlləsinə görə razılaşdırılmalıdır: “Yox, əgər bu adam gizli səs yazıbsa, deməli o da cinayət edib. Bütün hallarda bu işlərin hər ikisi cinayət tərkiblidir”.

M.Məmmədli dedi ki, iddia olunduğu kimi, əgər məktəb direktoru məktəbin əməkdaşını yalançı şahidliyə vadar edirsə, burda da cinayət tərkibi var.

“Hesab edirəm ki, bu məsələni bütün hallarda hüquq-mühafizə orqanları araşdırmalıdır. Amma iddia sübut olunarsa, bu halda hər iki şəxsin cəzası verilməlidir. İndi elə tendensiya yaranıb ki, istənilən adam əlinə bir smart telefon alıb, cibinə gizli səsyazma qurğusu qoyub ya şantaj üsulu ilə, yaxud hansısa bir məsələni guya aydınlaşdırırmış kimi kiminsə səsini yazır. Bilirsiz ki, qanunvericilikdə bunun qadağan olunduğu nəzərdə tutulub. Yox, əgər bu məsələ ilə bağlı məhkəmənin qəraı varsa və bu razılaşdırılıbsa, bu da məhkəmə yolu ilə araşdırılmalıdır. Bu o səsi yazanın özü üçün də müəyyən məsuliyyət yaradır.

Bu, təhsil sistemi üçün çox pis, eybəcər bir tendensiya yaradır. Yəni bu cür tamaşaları, oyunları qurtarmaq lazımdır.

Əgər sənin problemin varsa əvvəlcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, sonra MÜTDA-ya və Elm və Təhsil Nazirliyinə müraciət etməlisən. Gördün ki, bu imkanların hamısı tükənib, o halda hüquq-mühafizə orqanlarına müraciət et və məsələnin araşdırılmasını istə. Yoxsa səs yazmaq, şantaj etməyin özü də bir cinayət əməlidir və buna görə tərəflərin hamısı qanun qarşısında cavab verməlidir.

Bir daha qeyd edirəm ki, bu məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır, səsin məktəb direktoruna aid olub-olmadığını müəyyən etməlidir. Burda cinayət tərkibi varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır” - deyə M.Məmmədli əlavə etdi.

Elyar İslamoğlu: “Hüquq-mühafizə orqanlarının belə məsələləri araşdırmaq üçün kifayət qədər resursları var, onlar bu işdə peşəkardırlar”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu da “Bakı-Xəbər”ə bildirdi ki, sosial şəbəkələrdə o da həmin səs yazısını eşidib: “Əslində, belə hadisələr baş verən zaman dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır. Çünki indi ortaya xeyli sayda səs yazısı və videolar da çıxa bilir ki, onlar süni intellekt vasitəsilə düzəldilir. Səs yazısını, videonu elə düzəldirlər ki, hər kəs elə bilir doğrudan da video, səs yazısı hansısa bir şəxsə aiddir, amma sonradan onun süni intellektlə hazırlandığı məlum olur. Yaxşı olar ki, belə müraciətlər olanda BŞTİ özü araşdırma aparmasın, hüquq-mühafizə orqanlarına müraciət etsin. Çünki hüquq-mühafizə orqanlarının belə məsələləri araşdırmaq üçün kifayət qədər resursları var, onlar bu işdə peşəkardırlar. Bu həm müəllimin, direktorun nüfuzunun qorunmasına xidmət edər, həm də hansısa bir qurum özünə aid olmayan işlə məşğul olmaz”.

E.İslamoğlu qeyd etdi ki, BŞTİ təhsil məsələləri ilə bağlı məşğul olsa daha yaxşıdır, nəinki kriminalistlər kimi hansısa bir məsələnin araşdırılmasına vaxt sərf etsinlər. E.İslamoğlu hesab edir ki, belə hadisələr baş verən zaman həm məktəb rəhbərliyi, həm də BŞTİ hüquq-mühafizə orqanlarından dəstək istəməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ