Cümə günü, 06 noyabr 2026
     

8 günlük Qarabağ döyüşünün şəhidi, özü sağ qala bilərdi, yaralı yoldaşına köməyə getdi - Babək Namazov... - FOTO

Image


Azərbaycan igidləri üçün Vətən anadan, atadan, yar-yoldaşdan, bacı-qardaşdan əziz olub həmişə. Vətəni canından da əziz bilən oğullardan biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri şəhid Babək Sahman oğlu Namazovdur.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə redaksiya əməkdaşları-Vüqar Əsgərov, Kamilə Dilbazi, Hikmət Məlikzadə, Aynurə Murad, Salatın Dəmirova, Sevinc Əsgərova, tanınmış şair-publisist Rəfael Tağızadə, şəhidin qohumu və Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova, yazıçı-rejissor Vüsal Nuru ilə birlikdə şəhid Babək Namazovun ruhunun işığını tutub Respublika Xatirə Kitabı Redaksiyası ilə “Bakı Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr olunan Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirmək üçün üzü Şəmkirə gedirik.

Bir ana gözləyir bizi, gözü yaşlı, qəlbi qubarlı, bir ata yollarımıza göz dikib - içi param-parça olan bir ata.

Tanınmış şair-publisist Hikmət Məlikzadənin qələmə aldığı kitabda Babək Namazovun Vətən sevgisi, torpaq andı, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər əzmi geniş anlamda xarakterizə edilib. Kitab sözün əsl mənasında onun ailəsi və yaxınları üçün böyük töhfədir. Redaksiya bu qiymətli töhfəni böyük zəhmət və şəhidin ruhuna sevgi ilə ərsəyə gətirib.

Bildirim ki, 1994-cü il mayın 15-də Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olan şəhidin həm də cənnətdəki ad günü idi, yaşasaydı, 31 yaşını qeyd edəcəkdi.

Şəhidin ailə üzvlərinin, yaxınlarının, rayon ictimaiyyətinin, oxuduğu məktəbin rəhbərliyinin və müəllimlərinin iştirakı ilə YAP Şəmkir rayon Təşkilatının binasında “Cəsur Vətən oğlu” kitabının təqdimatı bir dəqiqəlik sükutla şəhidlərimizin ruhunu yad etməklə başladı.

“Babək Namazovun qəhrəmanlığı, şücaəti gənc nəslə böyük örnəkdir”

Tədbiri açan şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verdi və bildirdi ki, 44 günlük Vətən müharibəsində Babək Namazov da digər Vətən oğulları kimi son damla qanına kimi qəhrəmanlıqla döyüşüb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Babək Namazov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarışlardan sonra Babək Namazovun nəşi 20 fevral 2021-ci ildə tapılaraq ailəsinə təhvil verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad edilməsinə görə” və “Şücaətə görə” və başqa medallarla, o cümlədən də Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. Şəhidin 6 medalı, bir ordeni var.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, 331 şəmkirli canını vətən yolunda qurban verərək şəhidlik zirvəsinə ucalıb: “Şəhidlərimiz bizim ən uca zirvəmizdir.

Babək Namazovun qəhrəmanlığı, şücaəti gənc nəslə böyük örnəkdir. Qəhrəman şəhid 6 medalla və Azərbaycan Bayrağı ordeni ilə təltif edilib”.
“Bu kitab gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün böyük əhəmiyyət kəsb edəcək”

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında məlumat verdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir: “Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Bu kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. Elə hazırda təqdimatına yığışdığımız “Cəsur Vətən oğlu” kitabı da məhz bu layihə əsasında hazırlanıb. Kitab Vətən müharibəsi şəhidi, XTQ giziri Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edir, burada Babək Namazovun Vətən sevgisi, torpaq andı, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər əzmi geniş anlamda xarakterizə edilib. Ümid edirik ki, bu kitab gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün böyük əhəmiyyət kəsb edəcək”.

N.Məmmədova bildirdi ki, Respublika Xatirə Kitabı redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin hamısı geniş ictimaiyyətə təqdim olunub (filmlərin layihə müəllifi Nəzakət Məmmədova, rejissoru isə Vüsal Nurudur-İ.S).

“Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Yaşasın Azərbaycan xalqı!”-deyə N.Məmmədova çıxışını bitirdi.

“Şəhidin valideynlərinə demək istəyirəm ki...”

Kitabın müəllifi Hikmət Məlikzadə də çıxışında bildirdi ki, şəhidlərinin adını əbədiləşdirmək hər birimizin mənəvi borcudur. O, bu kitabın ərsəyə gəlməsində Nəzakət Məmmədovaya və şəhidin əmisi Mehman Namazova təşəkkür etdi. “Şəhidin valideynlərinə demək istəyirəm ki, bu kitabı bir orden və medal kimi qəbul edin".
Şəhidin atası Sahman Namazov bildirdi ki, əvvəllər oğul ataya görə tanınırdı, amma indi atalar şəhid oğullara görə tanınır.
Şəhid Babəkin anası Mehriban Namazova isə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etdi.
“Bu kitab təkcə Babək Namazova deyil, Azərbaycan şəhidlərinə verilən qiymətin təzahürüdür”

Kitabın ərsəyə gəlməsinə təşəbbüs göstərən şəhidin əmisi Mehman Namazov bildirdi ki, ona Babək haqqında keşmiş zamanda danışmaq çox çətindir: "Deyirdim, necə edim ki, Babəkin adı tarixdə qalsın. O dəfn edildiyi gündən içimdə bu ağırlıq vardı ki, necə edim bir iş görüm. Sonra Xatirə Kitabı Redaksiyasına getdim və Nəzakət xanımla görüşdük, kitab yazılmağa başladı".

M.Namazov onu da dedi ki, Babək həmin gecə ağır yaralı imiş və müalicə olunurmuş, amma o, həkimlərin ciddi tapşırıqlarına baxmayaraq gecə ilə pəncərədən düşüb döyüş yoldaşlarının harayına çatıb, qəhrəmanlıqla döyüşüb, həmin gecədən də 5 ay ondan bir xəbər çıxmayıb, günlərin birində onun nəşini ailəsinə təhvil veriblər: “Bu kitab təkcə Babək Namazova deyil, Azərbaycan şəhidlərinə verilən qiymətin təzahürüdür”.
Tarixçi İradə Abuzərli bildirdi ki, Babəkin qəhrəmanlığı ilə fəxr edir və onun həyat və döyüş yolu haqda məqalə hazırlayıb.
Şəhidin döyüş yoldaşı, baş leytenant Nurəhməd İdrisov bildirdi ki, Babək həqiqətən də böyük döyüş yolu keçib, irəlidə gedən hərbi qulluqçu olub və bütün döyüş yoldaşları onunla fəxr edir.
Şəhidin qohumu və Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova bildirdi ki, bu kitabda Babəkin qısa və mənalı ömrü əks olunub.
A.Qəmbərova fədakar fəaliyyətə görə, başda Nəzakət Məmmədova olmaqla, Xatirə Kitabı Redaksiyası kollektivinə təşəkkür etdi.
B.Namazovun bibisi Zərnigar xanım çıxışında bildirdi ki, oğullar Vətən torpağını azad etmək uğrunda canlarını qurban verib və qardaşı oğlu ilə daim qürur duyur.
Şəmkir rayon Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanovaya söz verildi, o bildirdi ki, bu kitab xalqımızın qüruru olan Babək Namazovu xalqa tanıdır.
Məktəbli Rəşad Hüseynov şəhidə həsr olunan şeir söylədi.
Şəhid haqqında danışan Orxan Məmmədov bildirdi ki, Babək qısa və mənalı həyat və döyüş yolu keçib.
Tədbirin sonunda şəhidə həsr olunmuş kitab onun ailəsinə və tədbir iştirakçılarına təqdim olundu.

Tədbir iştirakçıları şəhidin Əliyaqublu kəndindəki məzarını ziyarət etdikdən sonra isə Babəkin tikdirdiyi, lakin ömrü kimi yarımçıq qalan, qardaşının təmir etdirdiyi evinə getdik. Bu evdə hər yer dil açıb Babəkdən danışırdı, foto şəkilləri, şəkilləri bəzəyən küskün çiçəklər onun yasını tuturdu...

“Hər gün yolunu gözləyirəm”

Şəhidin anası Mehriban Namazova “Bakı-Xəbər”ə bildirdi ki, oğlu ilə fəxr edir: “Babək ilk övladımız olub. Həmişə çalışırdı ki, özündən kiçik qardaş və bacısına dayaq olsun. Həddindən artıq cəld uşaq idi. Bir yerdə çox oturmağa səbri çatmazdı, daim hərəkətdə idi. Oğlumun canı Vətənə bağlı idi. 26 yaşında şəhid oldu. Azərbaycan Texniki Universitetini bitirmişdi. Onunla eyni gündə şəhid olan Raul balamız da o ali məktəbin məzunu idi. Mənə elə gəlir ki, o ali məktəbin həmin fakültəsini bitirənlər XTQ-də xidmət edirdi. Babək Xüsusi Təyinatlı Qüvvələrdə bir il deyil, il yarım xidmət etdi. Son altı ay onun həyatının hərbiyə bağlanmasına səbəb oldu. 2020-ci ilin yanvarında tərxis olunmalı idi, amma onun son sözü belə oldu: “Mən özümü hərbidə görürəm. Həqiqətən də o, hərbiçi olmaq üçün yaranmışdı.

Əvvəllər biz ona “evlən” deyəndə “elə söhbət etməyin” deyirdi. Amma son bir ildə fikrini dəyişmişdi. Özünə ev tikməyə, şərait yaratmağa çalışırdı, evlənmək astanasında idi. Amma qız seçməmişdi. Özünə ev tikdi, amma arzuları kimi evi də yarımçıq qalmışdı, sonra qardaşı evi başa gətirdi.

Sözün düzü, mən oğlumun tezliklə şəhid olacağına heç inanmırdım. Mən elə bilirdim ki, o daha irəli gedəcək, işğalda olan torpaqlarımızın hamısının azad olunmasında iştirak edəcək və sağ-salamat evə qayıdacaq. Həmişə özümü buna inandırırdım. Amma o, şəhid oldu. Məni ən çox yandıran şəhid olduqdan sonra onun nəşinin tapılmaması oldu. Nəşi beş aydan sonra tapılıb bizə təhvil verildi. Cəbrayılda “Vışka” altında çox ağır döyüş olub, o, oktyabrın 5-də orda şəhid olub. Hər gün yolunu gözləyirəm, bütün analar gözləyir ki, bir gün övladları geri dönəcək...Biz gözləyirik, hər gün gözümüz yollardadır”...

Mehriban ananı boğan göz yaşları və hıçqırıq onu daha danışmağa qoymadı. Danışa bilmədi ana...Yanağını yandıran göz yaşları onun acısına dərman oldumu, bilmirəm. Amma sinəsinə sıxdığı oğul şəkli bəlkə də ürəyinə bir az təsəlli çilədi...

...Yağmurlu bir gündə igidlər oylağı Şəmkirdən ayrılıb üzü Bakıya gəlirik. Yol boyu yazın bu gözəl vədəsində çöllərə yayılan lalələrə baxırıq, zəmilərin içində ürkək-ürkək gözərən bağrı kösöv lalələr şəhid analarına bənzəyir...O lalələr şəhid qanından doğulub, o lalələr yarası qan verən anaların özüdür.

Lalə bağrı kösöv olmuş anadır

Bu torpağın hər qarışı, hər yeri...

Şəhidlərin al qırmızı qanıdır

Bu vətənin alov üzlü dan yeri...

İradə SARIYEVA
Şəmkir-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ