Bazar günü günü, 08 noyabr 2026
     

Elmə ayrılan vəsaitin optimal həddini kim və necə hesablamalıdır?

Image


Vüsalə Ağabəyli: "Məsələ təkcə ayrılan vəsaitdə deyil, həmin vəsaiti kapitala çevirə biləcək kadrdadır" 

Müasir Azərbaycanda elm sahəsinin inkişafı dövlətin əsas proritetlərindən biridir. Prezident İlham Əliyev çıxışlarında və alimlərlə görüşlərində dəfələrlə bəyan edib ki, elm sahəsindən gözləntiləri çoxdur. 

Prezident Əliyev bu fikri açıq mətnlə bəyan etməklə həm də uzun illər elm aləmində yaşanan ətalətin, hərəkətsizliyin aradan qaldırılmalı olduğuna işarə edib. Böyük bir zaman ərzində ölkənin baş elmi qurumu rolunu oynayan  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarında böyük elmi nəticələri dövlət də, cəmiyyət də görmək istəyib. 

AMEA-nın fundamental və təbiət elmləri ilə məşğul olan elmi-tədqiqat institutları artıq xeyli müddətdir ki, Elm və Təhsil Nazirliyinin balasında fəaliyyətlərini davam etdirirlər. Cəmiyyətin də, dövlətin də elmdən gözləntiləri həddən artıq çoxdur. Məsələ burasındadır ki, biz elmin ləng inkişaf etməsi məsələsini müzakirəyə çıxararkən həmişə bir fikirlə qarşılaşmışıq ki, elmə ayrılan vəsait kifayət qədər deyil, azdır. Məlum, elm sahəsi birmənalı olaraq dövlət büdcəsindən asılıdır və hələ Azərbaycanda elm sahəsi ölkəyə vəsait, kapital gətirmir. Əlbəttə, dövlət lazım bildiyi həcmdə elm sahəsinə vəsait ayırır, amma elmə rəhbərlik edənlər bu vəsaiti yetərli saymır. 

Elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarından birində "Azərbaycanda elmə ayrılan maliyyə çox azdır" fikrini işlədib.  

Nazir "Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq. İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur" – deyə bildirib.

Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib: "Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək".

Elmə ayrılan vəsaitin optimal həddini kim və necə hesablamalıdır?  Elmə nə qədər vəsait ayrılmalıdır ki, lazımı nəticələr əldə olunsun? Kifayət qədər pul ayrılmaması bizi hansı nəticələrdən, uğurlardan məhrum etdi? Elmə kifayət qədər vəsait ayrılsa, bu, elmin inkişafına təkan ola bilərmi? Bəzən belə iddialar olur ki, elmi tədqiqat işlərinə ayrılan vəsaitin, qrantların müəyyən bir hissəsi o sahəyə xərclənmir, ciblərə axır. Bu məsələyə ekspertlərin münasibəti necədir?

"Elmə ayrılan vəsaitin planlı şəkildə sərf edilməsi və alınan nəticələr təhlil edilməlidir"

Filologiya üzrə fəlsəfə doktoru, dosent, elm üzrə ekspert Vüsalə Ağabəyli "Bakı-Xəbər"ə şərhində "Elm və təhsil naziri Emin Əmrullayevin fikri ilə razıyam, Azərbaycan elminin inkişafı və beynəlxalq məkana inteqrasiyası üçün kifayət qədər vəsait ayrılmalıdır. Lakin missiya sadəcə vəsait ayırmaqla bitməməlidir. Elm və elmi istiqamət üzrə strateji məqsədlər və hədəfləri bəlirləyə biləcək kadrlar fəaliyyətə cəlb edilməlidir. Sağlam və yaradıcı düşüncəli, azərbaycançılıq məfkurəsini dünyaya tanıda biləcək, inkişaf yönümlü mütəxəssislər fəaliyyətə cəlb olunmasa ayrılan vəsaitlər hədər olacaq, kimlərinsə cibinə gedəcək. Məsələ təkcə ayrılan vəsaitdə deyil həmin vəsaiti kapitala çevirə biləcək kadrdadır"-deyə bildirdi. 

V.Ağabəylinin sözlərinə görə, bugün dünya reytinqində rəqabətə girən bir sıra ali təhsil müəssisələri var ki, onlar xüsusi vəsait sərf edir. "Lakin onların xüsusi metodologiyası var. Bu metodologiya vasitəsilə reytinq üçün sərf edilən vəsaitin daha artığını gəlirə çevirə bilirlər. Bizim ataların "Əvvəl ad qazan, sonra ad özü sənin üçün qazanacaq" prinsipini qabaqcıl ölkələrin elm və təhsil müəssisələri praktikaya çevirməyi bacarıblar, biz isə yox. Hazırda tədris də, elm də bazara xidmət edir. Biz Azərbaycan elminin həm də düzgün reklamını qurmağı bacarmalıyıq. Öncə qeyd etdiyim fəaliyyətə cəlb olunan mütəxəssislər qrupunun hədəflərə uyğun planı olmalıdır, həmin planın zəif və güclü tərəfləri müzakirə edilməlidir. Ən önəmlisi isə hesabatlılıq olmalıdır. Elmə ayrılan vəsaitin planlı şəkildə sərf edilməsi və alınan nəticələr təhlil edilmədir. Yoxsa pərakəndə şəkildə hər kəs özü üçün dar çərçivədə tədqiqat aparır. Hazırda ölkəmizdə doktorantların hamısı elmi dərəcə və elmi ad almaq üçün beynəlxalq xülasələndirmə və indeksləşmə bazalarında Q1, Q2, Q3, Q4 nəşrləri ilə çıxış edirlər. Tədqiqatçıların böyük əksəriyyəti buna kifayət qədər maddi vəsait sərf edir. Əgər belə tədqiqatçılara maddi və mənəvi dəstək ola bilmiriksə, onun verdiyi töhfə də yarımçıq qalır. Azərbaycan elminin inkişafı və inteqrasiyasını düşünürüksə, bunu sistemli şəkildə etmək mütləqdir. Elmi tədqiqat işlərinin istiqaməti və təklifi elmə ayrılan maliyyəni planlı şəkildə sərf edəcək mütəxəssisdən gəlməlidir"-deyə V.Ağabəyli qeyd etdi.

"Elmə ayrılan vəsaitin optimal həddini kim və necə hesablamalıdır" sualına gəlincə, V.Ağabəyli hesab edir ki, bununla məşğul olan aidiyyəti qurumlar və onların istifadə etdiyi metodlar var, hesablama da xüsusi standartlar üzrə aparılmalıdır. Amma bütün hallarda ekspert hesab edir ki, həcmindən asılı olmayaraq, elmə ayrılan vəsaitin düzgün idarə olunması əsas şərtdir. O əlavə etdi ki, bu hesablamaları aparan qurumlar elm sahəsinə vəsaiti hansı üsullarla artırmalı olduqlarını müəyyən edib bu işi həyata keçirməlidir, sonra isə onun hesabatlılığı təmin olunmalıdır. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ