Bazar günü günü, 08 noyabr 2026
     

“Mən onda bildim ki, İslamın qardaşı da hərbçidir” - Beşinci yazı

Image


Şəhid Əli Əhmədovun şairlik qabiliyyəti var idi. Ara-sıra şeirlər yazırdı. Şeirlərini kimsəyə oxumazdı. Bunu xoş­lamırdı... (Bu fikri Sevinc xanım da təsdiqlədi). Ancaq biz onun şeirlərindən bir neçəsini əbədiyyət naminə - ha­mımıza bir xatirə olsun deyə haqlarında yazdığımız kitaba salmaq istədik.

Tələsmə, ölüm...

Nə qışım, nə baharım var,

Getməliyəm, qərarım var, 

Gözü yaşlı nigarım var,

İnsaf elə, gəlmə, ölüm. 

 

Ürəyimdən atmadığım,

Gözlər məni, satmadığım,

Bir arzum var çatmadığım,

Hələ gəlmə, gəlmə, ölüm.

 

Elə bilmə uzaqdayam, 

Uzaq deyil, yaxındayam,

Çırpınıram, torundayam,

Bir az yuban, gəlmə, ölüm.

 

Yollarını izləyirdim,

Qışqıraraq səsləyirdim, 

Səni dünən gözləyirdim,

Amma, bu gün gəlmə, ölüm!

 

Ay ağam

 

Artıq qiyamətdi, yetiş, ay ağam,

Çox az insanların qalıbdır arı.

Kimidə ar gedib, var pulu-zadı,

Qızlar geyinirsə oğlan paltarı,

Bu, bir əlamətdi, yetiş, ay ağam.

 

Bu millət çörəyi ayaqlayırsa,

Molla naməhrəmi qucaqlayırsa,

Nahaqlar haqları qabaqlayırsa,

Yetişmək fürsətdi yetiş, ay ağam.

          

Sən gəl ki, ərisin qəlbimdə buzlar,

Gəlməsən, ürəyim ağlayar, sızlar,

Dərsə buraxılmır hicablı qızlar,

Bu, axı dəhşətdi, yetiş, ay ağam.

 

Əgər səhv oldusa mənim sözlərim,

Allah bağışlayar, odur ən kərim,

Əliyəm, qəm ilə dolub gözlərim,

Yolunda həsrətdi, yetiş, ay ağam.

 

Dünya 

 

Bu dünya da ədalətin itirib,

Məzlumu, kasıbı talayır dünya.

Kişilər qadına meylin itirib,

Kişini kişiyə tay salır dünya.

 

Dost var ki, dostuna eşqini dikir,

Dost da var, vecinə deyildir dünya,

Dost var ki, dostunun üzünə gülür,

Sonradan qəlbinə kin salır dünya.

 

Ey bəşər övladı, acizləşmisən,

Qəlbinə həsəddən tor salır dünya,

Şeytanın gözündə şirinləşmisən,

İndidən Bərzəxə yol salır dünya.

 

Ah dünya… 

 

Ah dünya, sən nə fanisən!?

Ruhları alan canisən. 

Səndən soruşuram, kimsən?

Sən möminin zindanısan.

 

Kimi uyub sənə gedir,

Kimi duyub yenə gedir,

Kimi araq vurur gedir,

Ah dünya, sən nə fanisən!?

 

Şeytan olub dostun sənin,

Mömin olub qəsdin sənin,

Elə bilmə əbədisən,

Ah dünya, sən nə fanisən!?

 

Kimi səndən küsüb gedir,

Kimi boyun əyib gedir,

Kimi şəhid olub gedir,

Sanma, hər an güləsisən,

Ah dünya, sən nə fanisən!?

 

Bu şeirlər Əli Əhmədovun həyat eşqi, xəyalları idi. Hər sətirdə onun iç dünyasının xoş təzahürləri, gileyi, narahatlığı əks olunub. Dediyi bütün fikirlərdə öz dünyasını, öz sabahını və öz "yoxluğu"nu ifadə edib... 

Fanilikdə təcəssüm tapan hər şey batində bir boşluqdur. Əli (ara-sıra) qələmə aldığı şeirlərdə məhz həmin boşluğu təqdir etməyə çalışıb. 

Bu şeirlərdə biz Əlinin ruhu ilə baş-başa, duyğuları ilə qabaq-qənşərik. 

Allah sənə rəhmət eləsin, Vətən oğlu!

***

Vətən müharibəsinin ilk günü idi. Füzuli istiqamətində taktiki gedişlər başlamışdı. Atışma şiddətlənmişdi. İslamın da olduğu tabor üzərlərinə qoyulan tapşırığa əsasən cəbhə xəttini yarmalı idi. O, idarə etdiyi BMP-ni düşmənə sarı tuşlamışdı. Döyüşə ilk atılanlardan idi. Havada güllə yağışı vardı. Top və minamyotların atəşi ətrafı lərzəyə gətirir, mərmilər torpağın bağrını deşirdi. İslam ard-arda öz tankı ilə erməni tərəfə atəş açır, hər dəfə də hədəfi düzgün ni­şan alırdı. Bu minvalla, ermənilərin bir neçə döyüş texnikasını sıradan çıxardı, həmin an da uşaq kimi sevindi. Ancaq bir müddətdən sonra İslamın tankı vuruldu. O, tankdan çıxıb arxa tərəfə keçdi. Qapını açaraq içəridəki desantı düşürtməyə çalışdı. Ona dedilər ki, hədəfdəsən, ərazi çox təhlükəlidir. Onu sonra düşürdərsən. İslam heç kimə qu­laq asmadı. Döyüş yoldaşlarından birinə dedi ki, sağını gözlə, snayperə tuşsan. Yanmaqda olan tankın qapısını aç­ma­ğa davam etdi. Bir-iki dəqiqədən sonra tankın üstündən  iri bir alovun gəldiyini gördülər. Bu, top mərmisi idi. Mər­mi qaynar zəhmi ilə İslamın yaxınlığına düşdü. Mərminin tə­sirindən yaranan güclü dalğa İslamı BMP-yə çırpdı. Qəlpələr onun başının bir tərəfini apardı. Döyüş yoldaşları onu bir qırağa çəkdilər. İslam aram-aram nəfəs alırdı. Su istədi. Amma kimsə ona su verə bilmədi... 

Çünki döyüş daha da güclənmişdi. Yuxarı səmtə - er­mə­­nilərin olduğu istiqamətə baxmaq mümkün deyildi. On­lar sanki güllələri daş kimi aşağı diyirlədirdilər. 

Tale işi idi, ya həyat acısı idi, kimsə fərqinə varmadı, ermənilər hərtərəfli hücuma keçdi, atışma vahiməyə çevrildi. Bir saat çəkdi, iki saat çəkdi, bilən olmadı, tabordakılar mühasirədə olduqlarını zənn etdilər. Neytral zonada həlak olmuş əsgərlərimiz çox idi. Onları götürmək üçün hələ imkan yox idi. Üstəlik, ermənilər şəhid olmuş oğullarımızn meyitini götürmək istəyirdilər. Taborumuz buna ma­ne oldu. Bir müddət də bunun üçün döyüş getdi. Nə mühasirədə olmaq, nə də ermənilərin artan həmləsi əsgər­lə­rimizi qorxutmadı. Bir azdan döyüş səngidi, ermənilər çoxlu itki verdiyindən geri çəkilməyə məcbur oldular. Yalnız o zaman əsgərlərdən bir neçəsi İslamın vurulduğu yerə gələ bildi. Artıq gec idi, İslam şəhid olmuşdu. Əsgər yol­daşlarından biri onun torpağın üzərində qırmızı rəngə çalan nəşinə baxıb təəssüfləndi və dedi:

- İslam ilk şəhidlərimizdəndir. O, mərd, heç nədən qorx­mayan, cəsur ürəkli döyüşçü idi. Allah rəhmət eləsin!

Xeyli müddətdən sonra xəbər tutdular ki, İslamın qardaşı Əli də şəhid olub...

...Komandirinin dediklərindən:

- Gördüm, İslam başqa istiqamətdən gəlir. Soruşdum ki, İslam, bu görkəmdə, bu əhvalda hardan gəlirsən? Dedi ki, burda qardaşım var. Onun­la görüşməyə getmişdim... 

Mən onda bildim ki, İslamın hərbidə qardaşı var...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ