Bazar günü günü, 08 noyabr 2026
     

19 yaşı tamam olan gün döyüşə atıldı - Qarasaqqallı kənd şəhidinin anası danışır...

Image


Rəfiqə Dadaşova: "19 yaşı tamam olan gün müharibəyə qatıldı, əsgərliyinin 1 ili tamam olduğu gün isə şəhid oldu"

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.

Budəfəki müsahibimiz  27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olan və Vətən müharibəsinin ilk günündən döyüşə atılan, torpaqlarımızın bütüövlüyü uğrunda canını fəda edən şəhid Nurlan Səyyad oğlu Dadaşovun anası Rəfiqə Dadaşovadır. Şəhidimiz 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb, müharibə başlayanda o 11 ayın əsgəri olub. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 2-də orada da şəhidlik zirvəsinə ucalıb. 

"İnanmıram ki, oğlum şəhid olub, elə bilirəm yenə əsgərlikdədir, vaxtı bitəndə evə gələcək"

- Oğlum xüsusi təyinatlı əsgəri idi. 19 yaşı tamam olan gün müharibəyə qatıldı, əsgərliyinin 1 ili tamam olduğu gün isə şəhid oldu. Əsgəri xidmətdə idi, şəhid olduğu gün - oktyabrın 2-də bir il idi ki, əsgər idi. Şəhid olanda 19 yaşı vardı. Sentyabrın 27-də 19 yaşı tamam olmuşdu. Həmin gün də müharibə başladı və o döyüşə başladı.

- Neçə övladınız vardı?

- Üç oğlum vardı, sonbeşiyim Nurlan idi. Böyük qardaşlarının ikisi də hərbiçidir. Böyük oğlum Dadaşov Novruz Aprel döyüşlərində iştirak edib, gizirdir.   

- Oğlunuzun şəhid xəbərini necə eşitdiniz?

- Bizə xəbər vermişdilər. 2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə şəhid olmuşdu və ayın 3-2 gündüz nəşini  rayona gətirmişdilər, 4 oktyabrda da Qarasaqqal kəndində  dəfn olundu.

- Oğlunuzun hərbiyə marağı vardımı?

- Çox böyük marağı vardı. Fikri vardı ki, həqiqi hərbi xidmətini başa vurduqdan sonra orduda qalıb işləsin. Oğlumun hərbiyə çox böyük sevgisi vardı, hərbi paltarı çox sevirdi. Özü də çox məsuliyyətli, çox zəhmətkeş uşaq idi. 

- Orta məktəbdə necə oxuyurdu?

- Əlaçı deyildi, orta səviyyədə oxuyurdu. 

- Nurlan şəhid olandan sonra həyatınızda nə dəyişdi?

- Çox şey dəyişdi. Bizimlə yanaşı oxuduğu məktəbdə də onu xatırlayırlar həmişə. Nurlan çox yaxşı, mehriban, sözəbaxan, istiqanlı, hamı ilə dil tapıb yola gedən uşaq olub.

- Nişanlı idi, yoxsa istədiyi qız vardı?

- Məktəb vaxtı olmuşdu, uşaq idi. Heç ona istəmək demək olmazdı. Nişanlı deyildi.

- Nuralanın nədən xoşu gəlirdi?

- Nurlan at sürməyi, balıq tutmağı, ov ovlamağı çox sevirdi. Yaşının az olmasına  baxmayaraq, əlindən gəlməyən iş də yox idi. Özü də yaşından böyük düşünürdü. Oturub danışanda elə bil ki, 40-50 yaşlı bir kişi ilə danışırdın. Çox ünsiyyətcil, çoxsöhbətcil idi.

- Son beşiyiniz idi Nurlan. Heç olurmu ki, onun şəhid olduğuna inanmayasanız?

- Gözüm həmişə onu axtarır. İnanmıram ki, oğlum şəhid olub, elə bilirəm yenə əsgərlikdədir, vaxtı bitəndə evə gələcək. Oğlum Cəbrayılda şəhid olub. Döyüş yolu Murovdan, Kəlbəcərdən, başqa yerlərdən keçib. Oğlum xüsusi təyinatlı kəşfiyyat bölümündə idi. Ən çətin yerlərdən keçiblər, çətinliklərlə üzləşiblər. İki gün Kəlbəcərdə mühasirədə olublar, sonra mühasirədən çıxıb Cəbrayıla gəlib. Nurlan Cəbrayılda 16 nəfərlə birgə şəhid olub.  

- Komandiri, əsgər yoldaşları Nurlan barədə nə danışırdılar?

- Biz komandiri görə bilmədik. Çünki Nurlangilin komandiri də müharibənin axırına yaxın şəhid olub. 

Müharibədən əvvəl oğlumgilə İsmayıllı dağlarında təlim keçirdilər, amma hərbi xidmətdə Cəlilabadda idi. Həmin təlimdə  də onların komandiri oğlum da daxil olmaqla 22 nəfər uşaq seçib götürüb. Deyib ki, bu uşaqlarla mən filan yerlərə gedəcəyəm. Həmin o 22 uşağın 11-i şəhid olub. Dörd-beş nəfər hərbidə qalıb işləyir, qalanlar da qazidir. Onlarla əlaqəmiz var, sağ olsunlar, gəlib-gedirlər, bizə baş çəkirlər. 

- Döyüşə gedərkən oğlunuz özü zəng etmişdi?

- Hə, etmişdi. Oktyabrın 1-dən 2-nə keçən gecə bizimlə xeyli danışdı. Dedim bala, telefonla yerinizi bilərlər. Dedi narahat olma gizlənmişik. 2 saata gəlməlidilər, gəlməsələr burdan yolumuzu dəyişib başqa istiqamətə gedəcəyik. Bunlar gündüz atışmada olurmuşlar, gecə də kəşfiyyata çıxırmışlar. 

- Son sözü nə oldu?

- Mənimlə danışanda atasını mənə, atası ilə danışanda da məni atasına tapşırmışdı. Məndən soruşdu ki, ana, kəndə şəhid gəlib? Dedim yox. Yaralını soruşdu, dedim şükür salamatçılıqdır. Qayıtdı ki, hər dəqiqəsi...Dedim, hər dəqiqəsi nə? Dedi heç, özüm elə deyirəm, özünüzdən muğayat olun, hər şey yaxşı olacaq. O, "hər dəqiqəsi ölümdür" demək istəyirdi, amma demədi. Deyirdi arxadan kömək gəlsə 15 günə bunları kürüyüb atarıq. Yerin altı elə bir siçovul yuvasıdır, qırırıq qurtarmırlar. Sonra böyük oğlum gəlib dedi ki, yerin altı tamamilə tuneldir. 30 ildə onlar orda tunellər qazmışdılar, hər cinayətlər işləyiblər. 

- Nurlanın təltifləri varmı? 

- Prezidenti İlham Əliyevin Sərəncamı ilə oğlum Nurlan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Bundan "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.  Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Oğlum üçüncü dərəcəli "Rəşadət" ordeninə də layiq görülüb. 

Təsəllimiz odur ki, dövlət övladımı unutmur. Xatirə Kitabı Redaksiyası da övladlarımızın xatirəsini əbədiləşdirir. Bu bizə böyük təsəllidir. 

İradə SARIYEVA  




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ