Bazar günü günü, 08 noyabr 2026
     

14 yaşlı azərbaycanlı erməni əsirliyində saxlandığı otağı bu cür xatırlayır… - MÜSAHİBƏ

Image


Mürvət Məmmədov: "Təcridxanaya gedəndə 6 gün girov saxlandığım otağa da girdim"

Xocalı soyqırımı təkcə onun uşaqlığını güllələyib məhv etmədi, həm də atasını, qardaşlarını, qonşularını, yaxınlarını, bütün tanıdığı xocalılıları əlindən aldı. 

O qarlı, şaxtalı qış günü, faciələrin yaşandığı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Mürvət Məmmədovun yaddaşında heç zaman silinməsi mümkün olmayan vəhşətli, dəhşətli bir iz buraxıb, o izdən hər gün qan axır, o nahaq qan gecələr yuxusunu, gündüzlər xəyallarını bələyir... 

Mürvət Məmmədov o qanlı gecədə 14 yaşlı bir uşaq idi, gələcəyə, arzularına qovuşmağa can atan bir uşaq, atalı idi, qardaşları, dostları yanında idi...Amma o məşum gecə atasını da əlindən aldı, qardaşlarını da. 

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Xocalı işğaldan azad edildi, əsir Xocalı yenidən nəfəsini nəfəsimizə qatdı. Bax onda Mürvətin də, anası Narxanım ananın da ürəklərindəki yaraların üzünə bir az sığal çəkildi, ürəklərinin qırışığı açıldı, doğma Xocalıya sarı qanadlandılar... 

"Avtomatın lüləsini uşağın əlinin içinə qoyub  güllələdilər ki, "qoy bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun"

Bu barədə Mürvət Məmmədov özü "Bakı-Xəbər"ə danışdı. 

- Xocalı işğaldan azad edildikdən sonra ora  nə vaxt getdiniz?

- Siz mənim hekayəmi yaxşı bilirsiniz, sizinlə bu barədə əvvəllər də danışmışıq. Bilirsiz ki, Xocalı soyqırımı zamanı erməni separatçıları, daşnakları bizim ailəni də girov götürmüşdü. Bizimlə çox amansız davranırdılar, bu gün də o günləri düşünəndə dəhşətə gəlirəm. Xocalı soyqırımı zamanı 

6 gün girovluqda qaldım və erməni vəhşiliyinin hər üzünü gördüm, onlar həqiqətən də bir yırtıcı idilər. Girov götürüləndə 14 yaşım vardı, indi 45 yaşındayam. 77 yaşlı anam Narxanım Məmmədova ilə düz 32 ildən sonra - 2024-cü il yanvarın 29-da Xocalıya getdik. 

- Necə bir hiss idi?

- Bu hissi dilə gətirmək, təsvir etmək olduqca çətindir. Amma içimizdə sevinc hissi də vardı ki, qisas qiyamətə qalmadı. 32 ildən sonra haqq-ədalət öz yerini tapdı. Biz qalib insanlar kimi Xocalıya getdik. Xocalı soyqırımı qurbanlarının ruhu şad oldu. Ümumiyyətlə, Xocalı işğaldan azad olunandan sonra bir neçə dəfə getmişəm... Vaxtilə işgəncə gördüyümüz, şəhidlərimizin qanları ilə suvarılan müqəddəs torpağa yenidən qədəm basmağımız təsvirəgəlməz  idi. Ağrı-acımız da, iztirabımız da, kədərimiz də öz yerində. Müqəddəs torpağa ayaq basmaq bizə qəhər içində göz yaşları bəxş etdi. Baxdıq Xocalıya, hey baxdıq, hər yerdən şəhidlərimizin, itirdiyimiz doğmalarımızın ruhlarını hiss edirdik. 

- Haralara getdiniz?

- Xocalıya anam Narxanım Məmmədova ilə getdik. 14 yaşımda girovluqda olarkən işgəncələr gördüyüm, faciələr yaşadığım ünvana - Əsgəran polis şöbəsinin keçmiş qanlı təcridxanasına gedib baş çəkdim. O qanlı təcridxanaya bu dəfə girov kimi yox, qisasları alınmış  xocalılılar kimi ayaq basdıq...  

- O qanlı gecənin kabusu yəqin ki, sizdən əl çəkmədi...

- O faciəli gün kino lenti kimi gözlərim önündə canlandı. Qeyri-ixtiyari olaraq soyqırımın baş verdiyi o faciəvi günlərə qayıtdım, dəhşətli günləri yada saldım. Əslində, heç o günlər yaddaşımdan çıxmayıb ki. Təsəvvür edin ki, təcridxanaya gedəndə 6 gün girov saxlandığım otağa da girdim. Bizi orada saxlayırdılar. Bu otağın divarlarına, döşəməsinə, qapı-pəncərəsinə şəhidlərimizin ah-naləsi çöküb. 

- Dəhşətli yaşantılardır. Mürvət bəy, sizi ailəlikcə girov götürmüşdülər...

- Bəli. 1992-ci il fevralın 26-da  Əsgəran polis şöbəsinə gətirilən xocalılı girovları arasında bizim ailəmizin  səkkiz nəfərlik üzvü də vardı. Ata-anamla yanaşı mən və qardaşlarım da girov götürülmüşdü. Ən böyüyümüzün 17, ən kiçiyimizin isə 3 yaşı vardı. Heç kəsə rəhm etmirdi erməni daşnakları. Atam-anam və biz 6 övlad digər xocalılar kimi zillət çəkirdik. Erməni qaniçənləri atamız  47 yaşlı Məmmədlə iki qardaşımı - 17 yaşlı Söhbəti və 16 yaşlı Möhləti digər ailə üzvlərimizdən   zorla ayıraraq harasa apardılar, biz onları bir daha görmədik. İllər boyu onların naməlum taleyindən bir xəbər almaq ümidi ilə gözlədik, yaşadıq. 

- Bəs onlardan nə zaman soraq aldınız?

- 2007-ci ildə atam Məmməd, qardaşlarım Söhbət və Möhlətin faciəvi taleyi ilə bağlı qara xəbər aldıq...İllər sonra öyrəndik ki, onları öldürüblər. 

- Sizin ailəniz təkcə Xocalıda deyil, ondan əvvəl də  erməni vəhşiliyinə düçar olub...Bildiyim qədər, əslən Xocalıdan deyilsiz, düz məlumatdır?

- Bəli.1988-ci ildə ailəmiz Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşdü. Erməni zülmündən baş götürüb qaçan zaman böyük qardaşım, 1973-cü il təvəllüdlü Sərvər çayda boğularaq şəhid oldu...
 Qardaşımın ölümündən dəhşətli sarsıntı keçirən ailəmizin digər 8 nəfərlik üzvü Xocalı şəhərinə pənah gətirdi. Amma Xocalıda da rahat yaşaya bilmədik. Demə, qara günlərimiz hələ qabaqda imiş...
 1992-ci ilin fevralına qədər Xocalı blokadada qaldı. Erməni vəhşiliyinin şahidi olan atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Yadımdadır, Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra hər yerlə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında birtəhər yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi.
 Ermənilər, demək olar ki, hər gün şəhəri atəşə tuturdular və bu bizim üçün adi hala çevrilmişdi. İkimərtəbəli evimiz paneldən idi. Atışma olanda adətən qonşu qadınlar, uşaqlar da bizə yığışırdılar ki, mərmi düşsə, çardaq yanana qədər çıxıb qaça bilək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi... 

- Siz girovluqda olarkən qardaşlarınızdan birinin ad günü imiş. O ad günü barədə nə danışmaq olar?

- Fevralın 26-sı səhər bizi gətirdilər Əsgəran rayon polis şöbəsinə. Baxdıq ki, burada xeyli insan var. Kimisini meşədə don vurub, kimisinin yanında mərmi partlayıb qolu yoxdur, kimisinin də güllə başına girib beyninin qapağını qaldırıb can verir... İnsan naləsi hər yeri bürümüşdü, qan, irinləmiş yaraların üfunət iyindən baş çatlayırdı... 

Ermənilər içəri girərək başladılar qadınların, qızların boynundan, qulaqlarından qızıl zinət əşyalarını vəhşi kimi dartıb qoparmağa. Buna dözməyən qardaşım Möhlət erməninin birini itələyərək dedi ki, "onsuz da özləri nə qır-qızıl varsa verirlər də, niyə belə vəhşilik edirsən?" Bundan sonra onlar atamı, qardaşlarım Söhbət və Möhləti bizdən ayırıb harasa apardılar... 

Sonra seçim edərək əli silah tutanları bir, cavanları bir, yaralıları, vəziyyəti pis olanları isə, 80-90 nəfərə yaxın yaralı var idi, digər otağa yığdılar. Onların arasında mənim də 5 nəfərlik ailə üzvlərim var idi. Yaralıların çoxu ölümcül idi. Uşaq idim, anlamırdım, amma görürdüm ki, qadınlar yanlarında kiminsə gözünü bağlayır, sığayır...

Ermənilər açıq nəfəslikdən avtomatı içəri salıb divarlara atəş açırdılar, oradan qopan toz-torpaq yaralarımıza dolur, yandırırdı. Vəhşilər bundan zövq alırdılar. Bir gün biz uşaqları bayıra çıxarıb sıraya düzdülər və dedilər ki, hamınız dik baxın. Xocalıda ahısqa türkləri var idi, onlar da qaçqın kimi gəlmişdilər. Onlardan Əhməd adlı döyüşçünü də əsir tutmuşdular və başını kəsmişdilər. Deyirdilər ki, ona baxaq. Torpaq gətirib yedizdirir, məcbur etmək istəyirdilər deyək ki, bu torpaq onlarındır... Bizə bu cür psixoloji işgəncələr verir, mənən də sındırmaq istəyirdilər...

Ermənilər bildilər ki, balaca qardaşım, o zaman 11 yaşı olan Əhmədin doğum günüdür. Dedilər ki, "silah versək, atarsan?" O dedi ki, hə... Avtomatın lüləsini uşağın əlinin içinə qoyub  güllələdilər ki, "qoy bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun". Güllə qardaşım Əhmədin əlinin üstünü parça-parça elədi. Çay dəmləyib içirdilər, onu götürüb Əhmədin yaralı əlinə tökürdülər ki, o daha da əzab çəksin... Bax, o günlər belə dəhşətli idi...

- Bəs atanızı və qardaşlarınızı necə öldürüblər, məlumatınız varmı? 

- Dediyim kimi, atamla iki qardaşımı ilk gündən bizdən ayırdıqları üçün talelərinin necə olduğunu bilmirdik... Düz 15 il atamdan, qardaşlarımdan bir xəbər almaq üçün hər yerə müraciət etdik. Qırmızı Aypara Cəmiyyəti, mətbuat vasitəsilə ilə onları axtardıq, amma heç bir xəbər ala bilmədik. 2007-ci ildə Xocalı şahidlərinin iştirakı ilə televiziya kanallarımızdan birinin Milli Təhlükəsizlik Nazirliyi ilə birgə hazırladığı sənədli film çəkilirdi. Bizi də dəvət etmişdilər. O zaman bir Xocalı şahidinin dediklərindən məlum oldu ki, atamı və iki qardaşımı apararaq erməni qəbri üstündə başlarını kəsiblər... Bizim girovlara da deyiblər ki, burada bir xəndək qazın, onların üstünü basdırın...

İllər idi ki, azacıq da olsa, ümidlə atamın, qardaşlarımın yolunu gözləyirdik, amma aldığımız bu dəhşətli xəbərlə dünyamız birdəfəlik qaraldı...

Xocalıdan sonra anam Narxanım bir daha özünə gələ bilmədi, biz onun göz yaşının quruduğu, üzünün güldüyü bir günü də görmədik... Elə hey nalə çəkdi, itirdiyi balalarına, ömür-gün yoldaşına ağı dedi... 

İllər boyu Allahdan ən böyük arzum atamın, qardaşlarımın gəzdiyi, ruhu dolaşan torpaqları görmək olub. Sonuncu gün bir-birimizə sarılıb necə ayrılmağımız heç zaman gözümün önündən getmir...

32 ildən sonra biz Xocalıya qayıtdıq, ayağımız o əziz, müqəddəs torpağa dəydi, biz orada atamın və qardaşımın ruhları ilə qucaqlaşdıq...

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ