Bazar günü günü, 08 noyabr 2026
     

Qlobal istiləşmə insanlar, heyvanlar və bitkilər üçün daha böyük təhdidə çevrilir

Image


Ekoloqlar onilliklərdir qlobal iqlim dəyişikliyindən danışırlar. Bu, orta illik temperaturun artmasına, buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olub. Qlobal istiləşmə kimi bir fenomenin nəticələrinə populyasiyaların azalması, bəzi heyvan növlərinin nəsli kəsilməsi və hətta insanların ölümü də daxil ola bilər.

Dünya alimlərinin proqnozlaşdırdığı ssenariləridən belə bəlli olur ki, qlobal istiləşmə indiki templə davam edərsə, Avropada 2080-ci ilə qədər arı növlərinin, demək olar ki, 80%-nin yayılma sahəsi üçdə bir həcmdə azaldıla bilər. Elm adamları bunu digər məsələlərlə yanaşı, qlobal istiləşmə ilə əlaqələndirirlər. Hesablamalar göstərir ki, tədqiq edilmiş və hazırda nəsli kəsilmək təhlükəsi ilə üzləşməyən arı növlərinin təxminən 38-76%-i 2080-ci ilə qədər mövcud ərazilərinin ən azı üçdə birini itirəcək. Bu, bəzi tozlandırıcı növləri, o cümlədən "Bombus alpinus", "Bombus flavidus" və "Bombus pyrrhopygus" elmi adları olan bitkiləri nəsli kəsilmək həddinə çatdıracaq və onların diapazonu 90%-dən çox azalacaq. Alimlər iqlim dəyişikliyi baş verdikdə Avropanın ən çox yayılmış arı növlərinin populyasiyalarında dəyişiklikləri proqnozlaşdıran maşın öyrənmə sistemindən istifadə ediblər. Tədqiqatçılar Avropanın ən çox yayılmış 46 növünün yaşayış sahəsinin orta temperaturun dəyişməsi ilə necə dəyişdiyinə dair məlumatları müqayisə ediblər. İşin müəllifləri belə nəticəyə gəliblər ki, antropogen istixana qazları emissiyalarının əhəmiyyətli dərəcədə azalması ilə belə, 2061-2080-ci ilə qədər "ən az narahatlıq" siyahısında olan arı növlərinin 32% -i həyat üçün uyğun olan ərazilərin ən azı 30% -ni itirəcək. Hələ  2022-ci ilin sonunda "PLOS Biology" elmi jurnalı da bunlar fonunda məyusedici proqnozla məqalə dərc etdi .12 ölkədən olan alimlərin, təbiəti mühafizəçilərin və siyasətçilərin iştirak etdiyi araşdırmada Antarktidadakı heyvanların 97%-nin 2100-cü ilə qədər ölə biləcəyi bildirilib. Alimlər izah ediblər ki, bəşəriyyət istixana effektinə səbəb olan və Yer kürəsini lazım olduğundan daha çox isidən istixana qazları emissiyalarını məhdudlaşdıra bilməsə, belə bir ssenari reallığa çevrilə bilər. Bu, qlobal istiləşmənin daha bir ciddi fəsadıdır. Əsərin müəllifləri vəziyyətin inkişafı üçün üç mümkün variant təqdim etdilər. Ən əlverişli şəraitdə Antarktida faunasının 37%-nin öləcəyi təxmin edilir. Elmi məqalə qeyd edir ki, mövcud mühafizə səyləri kifayət deyil. Ona görə də əsas proqnoz 65%-dir. Bu, buz kütləsinin sürətlə azalması, Adelie pinqvinləri və imperator pinqvinləri kimi bir neçə növ dəniz quşunun məhvi deməkdir. 

Hollandiyanın Qroningen Universitetinin  zooloqlarının "Current Biology" jurnalında dərc olunan araşdırmasında isə bildirilir ki, qlobal istiləşmə quşları qatillərə çevirir. Onların fikrincə, Yer kürəsində artan temperatur quşlar arasında rəqabəti artırır, onları zorakılığa sövq edir. Yuvalar və qida mənbələri ilə bağlı münaqişələr zamanı quşlar digərlərini öldürməyə daha çox meylli olur. Bu, milçək ovçuları adlanan pied quşlarının populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına və hətta onların tamamilə yox olmasına səbəb ola bilər. Alimlər qeyd edirlər ki, qlobal istiləşmə səbəbilə pied milçək ovçuları Avropaya bir qədər tez qayıtmağa başlayıblar ki, bu da onların çoxalma mövsümünün qızğın vaxtında digər quşlarla daha çox münaqişə etməsinə səbəb olur. Tədqiqatın göstərdiyi kimi, hər onuncu erkək quş bu "yuva müharibəsi" nəticəsində digərlərinin qurbanına çevrilir. Digər fakt budur ki, iqlim dəyişikliyi fəsillərin erkən dəyişməsinə səbəb olub, ona görə də bəzi məməlilərin qar əridikdən sonra dərisinin rəngini ağdan qəhvəyiyə uyğunlaşdırmağa və dəyişməyə vaxtı yoxdur. "Scientific Reports" jurnalında dərc olunan məqalədə deyilir ki, ağ rənglərinə görə bəzi heyvanlar yerdə daha çox görünür, buna görə də onların tülkü, canavar və digər yırtıcıların qurbanı olmaq ehtimalı daha yüksəkdir . Alimlər bunu maketlər üzərində apardıqları təcrübə nəticəsində təsdiqləyiblər. Müəlliflər bildirirlər ki, kamuflyaj yırtıcılar tərəfindən aşkarlanmaqda mühüm amildir. Onlar həmçinin qeyd ediblər ki, heyvanların  təbii şəraitə uyğunlaşma prosesi minlərlə il çəkib və indi bir neçə onilliklər ərzində bunu dəyişməyə onların vaxtı yoxdur.  Böyük Britaniyanın Qərbi Ontario Universitetinin alimləri qlobal istiləşmənin növbəti əsrdə 1 milyard insanın ölümünə səbəb ola biləcəyini bildiriblər . Hesablamalar qalıq yanacaqların yandırılması nəticəsində hər 1000 istixana emissiyasının bir vaxtından əvvəl ölümə səbəb olacağı təxminlərinə əsaslanır. Üstəlik, Vaşinqton Universitetinin tədqiqatçılarının son proqnozuna görə, 2200-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyard nəfərə çatacaq. Beləliklə, növbəti əsrdə iqlim dəyişikliyi ilə bağlı itkilər o dövrdə insan əhalisinin təxminən 10%-ni təşkil edəcək. Alimlər qeyd edirlər ki, enerjiyə qənaəti yaxşılaşdırmaq və enerji səmərəliliyini artırmaqla dəhşətli nəticələrin qarşısını almaq olar. Onlar bioyanacaq və bərpa olunan enerji mənbələrinə tədricən keçiddə israr edirlər. Həmçinin, bir çox mütəxəssis həddindən artıq istilərin yalnız yaxın illərdə sürət qazanacağı ilə razılaşır . Bu ona gətirib çıxara bilər ki, İspaniyanın paytaxtı Madridin iqlimi 2050-ci ildə Şimali Afrikanın Mərakeş şəhərinə bənzəyəcək, London, Barselona, Stokholm isə Budapeşt səviyyəsinə qədər istiləşəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ