şənbə günü, 29 avqust 2026
     

Restoran toyunun ortasında kütləvi namaz mərasimi - daha bu qədər yox da...

Image


Azərbaycanda toy məclisi zamanı bir qrup şəxsin namaz qılması sosial şəbəkə istifadəçiləri tərəfindən xoş  qarşılanmayıb. Belə ki, dini toyda iştirak edən xeyli inanclı şəxsin namaz qılması müzakirəyə səbəb olub. Toy sahibi bu haqda açıqlamasında vəziyyətdən narazı qaldığını deyib.

Sosial şəbəkə istifadəçiləri toyda namaz qılınmasını "şou" adlandıraraq tənqid ediblər.

Tural İrfan: "Evlərinin qibləsini öyrənmirlər, düşüb ortaya şeytana uyub ibadət edənlərə daş atırlar…"

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müsəlman olan hər kəs bilir ki, gündə beş vaxt namaz vacibdir: "Təxirə salmaq isə günahdır. Hətta bizim qəhrəman qazi və şəhidlərimiz düşmən gülləsi altında belə namazlarını, Allahla görüşlərini təxirə salmırdılar. Bizim camaat 70 il Sovet əsarətində dini, bir çox mental dəyərləri, tariximizi təəssüf ki, unutdu. Toyda namaz qılmaq nə vaxtdan qəbahət olub? Başqa müsəlman ölkələrə baxsınlar. Toy ancaq günah işlər etmək, çaxır içib şıllaq atmaq üçündür? Toyda savab iş görmək olmaz? Namaza 10-15 dəqiqə vaxt sərf olunur ki, bu da toyda çalınan bir mahnının apardığı vaxt qədərdir. Toy sahibi çağırdığı adamların müsəlman olduğunu, namaz qılan olduğunu bilmirdimi? Təbii ki, toya araq içəni çağırsan araq içəcək, namaz qılanı çağırsan namaz qılacaq. Toy sərbəstlik yeridir. İstəyən hətta örtülü salonda siqaret də çəkir, sərxoş olub özünü biabır edən də, yıxılan da, hətta dava salan da olur. Demək bunlar hamısı olar, ancaq təkcə namaz qılmaq olmaz? Görməmiş adamlar sosial şəbəkədə o qədər sıxma - boğma, şantaj etdilər ki, toy sahibi də yəqin bilməyib nə desin. Yoxsa adam da öz qonaqlarının ibadətinə narazılıq edərmi?

Namaz qılan qonaqlar toyun ortasında tutaq ki, axşam namazı vaxtı dəstə ilə məscidə gedib namazlarını qılıb təzədən toyamı dönməli idilər?

Buna irad tutanlar toyu ancaq qarın doldurmaq yeri hesab edənlərdir. Ancaq unutmaq lazım deyil ki, qəlbi, ruhu da təzələmək lazımdır. Daha da gözəl. Adamlar namaz qılıb, Allaha dua ediblər. Toy sahibinə, səbəbkarlara xoşbəxtlik arzu ediblər. Yox, gərək araq badələri əldə ermənilər kimi sağlıq deyərək Allaha üz tutaydılar? Çox adam Allahı yalnız içki içəndə yada salır. Əlində badə sanki dua edir. Bu, Sovet dövründən qalma, kommunist düşüncədən qalan çirkin işdir. Allahın qadağan etdiyi şeyi istifadə edərək hansı üzlə Allaha üz tutmaq olar? Heç ermənilər belə əlində araq Allaha dua etmir. Ömründə alnını səcdəyə qoymayan, kəlimeyi - şəhadətini, evinin qibləsini bilməyənlər indi namaza irad tutur.

Bu gün bizim mömin qardaş-bacılarımız hətta ən çətin anlarında belə namazı, Allahla ünsiyyəti təxirə salmırlar. Qarda, yağışda, işdə, döyüşdə, təyyarədə, avtomobildə belə ibadət edirlər. Başa düşsələr anlayarlar ki, içki içilib günah işlər görülən toy deyil, məhz ibadət və dua edilən toy xoşbəxtlər sırasına yazılır Allah dərgahında. Bu, göstəriş və reklam da deyil. Cəm halda namaz qılmaq haçandan göstəriş sayılır? Onda məscidlərdə minlərlə adam namaz qılanda bu göstərişdir? Yüzlərlə adam dininə, dədə-baba adətlərinə əməl edərək özünü müsəlman saydığı halda ermənilər kimi əlində badə günah edə bilir, ancaq bir dəstə adam namaz qılıb Allahdan toy sahibinə xeyir istəyə bilmir? Nə qədər gülünc, nə qədər cılız düşünən cahillər varmış. Niyə gedib kəlimeyi-şəhadət öyrənmirlər? Evlərinin qibləsini öyrənmirlər, düşüb ortaya şeytana uyub ibadət edənlərə daş atırlar, başa düşmək olmur".

Ceyhun Məmmədov: "Toyda iştirak edən qonaqlar namaz qılmaq istəyirlərsə, şadlıq evinin başqa otaqlarında da ibadət edə bilərlər" 

Millət vəkili Ceyhun Məmmədov isə hesab edir ki, toyda iştirak edən qonaqlar namaz qılmaq istəyirlərsə, şadlıq evinin başqa otaqlarında da ibadət edə bilərlər: "Namazı təbliğ etmək üçün şadlıq evlərində bu formada nümayişkaranə şəkildə namaz qılmağı doğru saymıram. Hər bir müsəlman namaz qılmalıdır. Amma toyun ortasında bu formada addımın atılması insanlar tərəfindən birmənalı qarşılanmır. Həmçinin geniş müzakirəyə səbəb olur. Dindar, ibadət əhli olan qardaşlarımız bu reallığı nəzərə almalıdırlar. Əvvəlcədən danışıb, şadlıq evinin başqa boş ərazisində namaz qıla bilərlər. Bu formada nümayişkaranə şəkildə namaz qılmağa ehtiyac yoxdur".

Cəmşid Əliyev: "Namaz təmiz yerdə qılınmalıdır, ancaq şadlıq evi namaz üçün münasib yer deyil"

Ilahiyyatçı Cəmişid Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, hər bir müsəlman namaz qılmalıdır. Ancaq namaz təmiz, səliqəli yerdə qılınmalıdır: "Danılmaz faktdır ki, şadlıq evlərinin salonu namaz üçün münasib deyil. Namaz qılan şəxslər restoranın səlahiyyətli nümayəndəsindən ibadət üçün otaq rica edə bilərdilər. Əminəm ki, heç kim onlara 5-10 dəqiqəlik namaz üçün yox deməyəcəkdi. Namaz göstəriş sevmir. Ümid edirəm ki, toyda namaz qılanlar bunu göstəriş xətrinə etməyiblər".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ