Bazar günü günü, 08 noyabr 2026
     

"Uşaqlıqda müharibə oyunları qururdu, kəşfiyyatçı kimi şəhid oldu" - anası Əminə Əzizova...

Image


"Son döyüşə gedəndə evə zəng edib dedi ki..."

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.

"Hey deyirdi ki, ana, oğlun səni Şuşaya aparacaq"

Növbəti müsahibimiz Göyçayın Qaraxıdır kəndində doğulan şəhid Şəmistan Əzizovun anası Əminə Əzizovadır. 

- Şəmistan müharibəyə səfərbərliklə getdi?

- Uşaqlıqdan fikri-zikri torpaqlarımızın düşmən işğalından azad edilməsi idi. Odur ki, müharibə başlayan kimi oğlum müharibəyə könüllü getdi. Heç səfərbərliyi gözləmədi də. Dediyim kimi, ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. 

- Nişanlı idimi?

- Yox, subay idi. 26 yaşı vardı, hələ toy gərdəyi qurulmamışdı. Mənim oğlum çox vətənpərvər oğul olub. 

- Oğlunuz barədə bir az məlumat verə bilərsiniz? 

- Şəmistan İlyas oğlu Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə xidmətə yola düşüb. 

- Əsgəri xidməti necə keçib? 

- O, cəsur, heç bir çətinlikdən qorxmayan oğul idi. Əsgəri xidmətdə də öz komandirlərinin rəğbətini qazanmışdı. Əsgərlikdə olanda da hey deyirdi ki, müharibə başlasaydı torpaqlarımızı azad edərdik, şəhidlərimizin qisasını alardıq. 

- Eşitdiyimizə görə, Şəmistan əsgəri xidmətdə olduğu dövrdə yaralanıbmış. Hadisə necə olub?

- Bəli. Şəmistan 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı hospitala yerləşdirildi, sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıtdı...

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə də, dediyim kimi, könüllü gedib,  savaşıb. 

- O günləri necə xatırlayırsız? 

- (Ana bir anlıq fikrə gedir) Vətən onun üçün hər şeydən əziz idi. Şəmistan döyüşlərə qatıldığı gündən oktyabrın 13-nə kimi 5 döyüşdə iştirak edib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. İki gün sonra Göyçayın Qaraxıdır kəndində dəfn olundu. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən oğlum  Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

- Zəng edirdimi?

- Edirdi. Həmişə bizi arxayın salırdı. Son döyüşə gedəndə evə zəng edib dedi ki, "Mən ağır döyüşə gedirəm, dua edin. İnşallah, 5 günə aşağı düşəcəyik, onda zəng edəcəyəm, yuxarıda şəbəkə tutmur". Balam vətən üçün canını fəda etdi... 

- Döyüş yolu haradan keçdi? 

- Tərtərdən, Füzulidən, Suqovuşandan, Ağdərədən keçib. Dediyim kimi, Ağdərədə şəhid oldu. 

- Şəmistandan başqa övladınız varmı?

- Xeyr. Şəmistan bizim yeganə övladımız olub, qardaşsız, bacısız idi, təkcə özü idi. Şəmistan elə bir Şəmistan idi ki, bənzəri yox idi. Döyüş yolu da çətin oldu balamın. Kəşfiyyatçı kimi ən çətin tapşırıqlara gedib. Vətən sevdalısı idi, Vətən uğrunda da şəhid oldu. Hey deyirdi ki, ana, Şuşanı azad edəcəyik, oğlun səni Şuşaya aparacaq

- Şuşa ilə sizin bir bağlılğınız vardı?

- Bəli. Şuşada texnikumda oxumuşdum.   O, həmişə mənim tələbə vaxtı çəkdirdiyim şəkillərə baxanda  deyirdi ki, "Ana, sənin oxuduğun texnikumun binasına bayrağımızı özüm sancacağam. 

Oğlum çox cəsur, mərd idi. Dostları danışır ki, onun  qorxmazlığı, mərdliyi komandirlərinin də diqqətindən yayınmayıb. Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalıb. Qanaxması çox olub. Şəhid olan vaxt da kəlmeyi-şəhadətini gətirərək papağının, qolbağının və telefonunun mənə verilməsini istəyib.

- Şəmistanın uşaqlığı necə keçib? 

- Ailənin tək övladı idi. Onun uşaqlığı maraqlı idi. Həmişə özündən hərbi oyunlar qururdu, Azərbaycan və Ermənistan postu yaradırdı, oyunlarında Ermənistana qalib gəlirdi, bayrağımızı torpaqlarımıza sancırdı. Qonşu uşaqlarını da özünə qoşub belə oyunlar qururdu. Hərbi işə meyli çox idi, hərbiçi olmaq istəyirdi, amma tək övlad idi deyə razı olmadıq. 

- Şəmistan həm də şair idi deyəsən...

- Oğlumun Vətən haqqında çoxlu şeirləri vardı, gözəl rəsmlər çəkirdi. Uşaqlıqdan yaradıcılıqla məşğul olurdu. 

- Kitabı çıxıbmı? 

- Şəhid olandan sonra  "Qırılan tale güzgüsü" adlı şeirlər kitabı nəşr olundu. 

- Təsəlliniz nədir?

- Təsəllimiz sizlərin bizimlə maraqlanmasıdır, uşaqlarımız barədə yazılan kitablardır, məqalələrdir. Xatirə Kitabı Redaksiyasının çap etdirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabında oğlum barədə də məlumat var. Çox sağ olsunlar. Bizə təsəlli odur ki, dövlət övladlarını yaddan çıxarmır. 

Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi bu kitab bizə böyük təsəllidir. Bu kitabda övladımın şəklinə baxıb təsəlli alıram. Qədirbilən insanların hər birinə minnətdarıq. Xatirə Kitabı bizim oğullarımızın adlarını əbədiləşdirir. Oğlumuzun şəhidlik adı ilə fəxr edirik. Ürəyim yansa da, yenə də təsəllim var. Evdə yoldaşımla ikimizik, taleyimiz belə oldu. Amma fəxr edirik ki, belə qəhrəman bir oğulun valideynləriyik...

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ