Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid dağı ağır dərddi, oğul... - İkinci yazı

Image


Xoş haldır ki, müstəqillik illərindən başlayaraq ölkəmizdə qaynar şəkil almış yeni dönəm öz gerçək uğurları ilə bizi məmnun edir. Ötən illərdə az qala hamımızı mə­yus­­luq girdabında üzən torpaq yanğısı artıq müzəffər ordumuzun gücü, rəşadəti və qətiyyəti ilə aradan qaldırılıb, məm­nunluğumuz bir az da artıb. İndi tam əmi­nik ki, heç bir qara qüvvə Azərbaycana sədd çəkə bilməz. Çünki onun hünərvər, cəsarətli, yüksək-elitar təcrübəli, polad ira­dəli, güclü ordusu var.

Müharibələr, bəlli ki, xalqların genefonduna kəskin tə­sir edən fəlakətlərdir, ən çox da gənc nəsli məhv edir. 44 gün­lük Vətən müharibəsində də gənc nəsil misilsiz itki gördü. Vətən uğrunda qurban verdiyimiz üç min şəxsin də bö­yük əksəriyyəti gənclər idi...

Haqq sözdür, dünyada bütün xalqların sabahkı taleyini gənclər həll edir. Çünki gənclik sağlam kökə bağlı, milli-mə­nəvi dəyərlərə sadiq, tükənməz gücdür. Ölkəmizdə də gənc nəsil sabahkı xoşbəxtliyimizin qarantı hesab olunur. Biz həmişə gənclərin qurucu, yüksəlişə zəmin yaradan qüv­­və olduğuna inanmışıq. Bu qüvvə 8 noyabr 2020-ci ildə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu, bir da­ha sübut etdi ki, gənclər məğrur, güclü, qorxmaz, cəsur, qəh­­rəman, yenilikçi nəsildir. Azərbaycan gəncliyinin bu tərzdə yetişməsi Vətən məhəbbətindən irəli gəlir. 

Bu kitabda torpaq sevgisi, ana məhəbbəti hədsiz olan gənclərdən ikisi - Mingəçevir şəhər sa­kinləri Əli və İslam Əhmədov qardaşlarından bəhs olunur. Müharibənin ilk şəhid qardaşları olan Əli və İslam öz cis­mani yoxluqları ilə bir evi, bir ailəni, bir nəsli həyat yanğısına qərq edib, lakin Vətənə verdikləri töhfə ilə bir xalqın - milyonların rəğbətini qazanıb, ən yüksək pillədə - şəhid zirvəsində qərar tu­tublar.  

44 günlük savaşda Əli və İslam qardaşları da namus, qey­rət simvolu oldu, yurd acılarına son qoydular və bitkin, mükəmməl, bünövrəsi möhkəm, özülü laxlamaz bir tarixə döndülər, zaman ötdükcə əbədi xatırlanacaq salnamə ya­rat­dılar, daha yenilikçi, daha fəal və daha mübariz olduqlarını isbatladılar...

***

 

Günəşli qəsəbəsinin girişində məni Əli və İslam qardaşlarının xatirəsinə həsr olunmuş lövhə qarşılayır. Lövhənin əsas fonunda şəhid qardaşların büstü, Vətən sevgisi əks olunub, altında isə "Əli və İslam qardaşları küçəsi" yazılıb. Bir anlıq süst xəyalların qoynunda ilğıma dönür, özümdən uzaqlaşıram. Sonra hansısa hiss məni geri gətirir, titrək gözlərlə daş vücudlarında qürur cilvələnən qardaşların məğrur baxışlarını seyr edirəm...

Sürücü məni Əli və İslamın böyüdüyü evin qarşısına gətirir. Bir anlıq elə bilirəm, ev sanki bütünlükdə bir hüzn, həm də bir qürur ocağıdır. Şəhid qardaşların qara paltarlı mələyi - Sevinc ana məni əvvəlcə bələdçi kimi qarşılayır, övladlarının xatirəsini əbədiləşdirən foto-stendlərlə tanış edir, sonra isə iki şir biləkli cəngavərin anası - şəhid anası kimi dinləyir, övladları haqda ürək parçalayan sözlər de­yir:

- Şəhid dağı ağır dərddi, oğul. Analar bu dağa necə tab gətirir, bilmirəm. Əli və İslamdan sonra bu dağa necə dö­zürəm, hələ də anlamıram. Bəlkə də hansısa bir güc, qüv­və nəyinsə xatirinə dözümümü artırır. Bəlkə də belə deyil. Bəlkə də… Yox, mən soyuqqanlı deyiləm. Biganə də de­yiləm. Amma hələ ki, dözür, hələ ki, yaşayıram. 

Hər gecə dərd, qubar çökmüş gözlərim qapıda qalır, elə bilirəm, bu dəqiqə ya Əli, ya da İslam hay-küylə içəri girəcək, səbrsiz halda - ana, susamışam, çay qoy, - deyəcək. Elə gecə olur ki, bu səsi eşidir, o an həyəcanla həyətə boylanıram... 

Eh, Əli və İslam elə yerə gediblər ki, oradan qayıtmaları mümkün deyil... Bir sözlə, ay oğul, təkliyə heç cür alışa bilmirəm. Fələyin bağrı qana dönsün, bircə gilə sevinmək istədim, gözümdə qoydu.

Mən Allahdan nə umdum ki... İstədim, övladlarımın xoş gününü görüm, nəvələrim dizimi yara eləsin... Bu, sadəcə, arzu oldu. Əli və İslamın tabutu gətirilənə qədər mən bu arzuya inandım. Sonra anladım ki... 

Qeyd: Ən ağır çəkili raket, ən dağıdıcı silah torpağın müəyyən bir hissəsini təlatümə gətirir, müəyyən yerləri viran qoyur. Lakin Sevinc ananın hər dəfə çəkdiyi ah, sanırdım, bütün Mingəçeviri silkələyir. Mənə elə gəlirdi ki, o, ah çəkdikcə mələklər qorxudan titrəyir, Əli və İs­la­ma görə özlərini günahkar sayırlar... 

Sevinc ana Allaha asi düşməkdən qorxur. Dilinə gətirdiyi sözləri sadəcə, bir istək kimi xarakterizə edir. Hətta, - mən neçə vaxtdı təkəm, oğul, gecələr də, gündüzlər də həyanım Əli və İslamın xəyallarıdır – deyəndə belə, ürəyində sakit, yalnız özünün eşidə biləcəyi səslə, - Allah, gü­nahımdan keç, - deyir... 

 

***

 

1993-cü ilin yanvarında - havanın soyuğu iliyə işləyəndə Əhmədovlar ailəsində bir körpə doğuldu. Adını Əli qoy­dular. Balaca, zəif uşaq idi. Çox vaxt heç ağlamadı. Baş­qa uşaqlar kimi səsli-küylü olmadı. Ancaq harasısa ağ­rı­yanda səs çıxartdı. Günün çox hissəsini yatdı. Əziz­lə­mə­yə gələnlər onu elə yatan gördülər… 

1994-cü ilin sentyabrında Əliyə bir qardaş gəldi - İslam do­ğuldu. O, Əlidən fərqli olaraq səsli-küylü uşaq oldu, gü­nün çox hissəsini ağladı, əzizləməyə gələnlər onu ancaq elə ağlayan gördülər. Hətta dodaqlarını büzənlər də oldu ki, bu qədər də uşaq ağlayar?! 

Bu, xarakter idi, xasiyyət idi. Allah hərəyə bir cür ve­rir... 

Sevinc xanım sevinirdi, Allah ona çox az ara ilə iki oğul ver­mişdi. Övladlarını oxşamaqdan, onları əzizləməkdən doy­murdu. Səsləri çıxan kimi başlarının üstündə yarpaq ki­mi əsirdi. Ana qəlbidi, neyləsin…

Həyat amansız olanda insan tez qocalır. Üstəlik, tale də arxa çevirəndə insan nə edəcəyini bilmir, bəzən çıxış yolu da tapmır. Sevinc xanım da, körpələrinin ayaq tutduğu, söz dediyi vaxtda həyatın acı girdabına düşdü. Çətinlik, qəfil gə­lən qonaq kimi başının üstünü kəsdirdi. Elə günləri oldu ki, dillə demək mümkün deyil... 

Əhmədovlar ailəsi çox ağır anlar yaşadı. Həyat onları ne­cə sıxdısa, çox vaxt taledən, bəxtdən gileyləndilər. Am­ma nə faydası, Tanrı bəxti bir kərə verir…

İllər sürətlə, arxasında beş-on vaqon olan qatar kimi ötüb keçdi. Əli və İslam məktəb yaşına çatdılar. Necə, han­­sı halda, özləri bilirdi. Anaları onları Mingəçevirdəki 11 saylı məktəbə apardı. Yolda tanıdığı qadınla rastlaşdı. Qa­dın soruşdu: 

- Maşallah, uşaqların işıq saçırlar. Elə bil ürəyinin yağını yedirtmisən onlara.

Sevinc xanım qadının dediklərini kinayə kimi qəbul etdi, dözümünü basdı, getmək istəyəndə, sanki qadın da onun incidiyini duydu, dilləndi:

- Məni pis anlama, demək istədim ki, uşaqlarına yaxşı baxmısan. Səliqəlidirlər.

Sevinc xanım baxışlarına qəm doldurub dedi:

- Allahdan razıyam, çox ağıllı, mehriban uşaqdılar. - Bir anlıq duruxdu, dedi: - Ancaq onlar uşaq olmadılar ki... Bö­yü­yə-böyüyə uşaq hisləri gözlərində dondu... 

Qadın başını aşağı saldı, bəlli oldu ki, heyfisləndi, həm də ah çəkdi, məyus halda getdi.

Uşaqlarının məktəb illəri də Sevinc xanım üçün çox ağır keçdi. Həyat ona bu dəfə də göz verdi, işıq vermədi. Bir qarnı ac, bir qarnı tox, günləri birtəhər ötürdü. Hansı gün ki, hiss etdi, uşaqları nəsə istəyir, bağrı qana döndü. Pulsuzluğu qarğıdı, kasıb həyata asi düşdü…  

Bir dəfə İslam velosiped istədi, yazıq ana ala bilmədi... Baha idi, neyləsin. Ağladı, için-için qovruldu... 

(Ürəyim par­ça-parça oldu. Eh, həyat…) 

Sevinc xanım Yaşıllaşdırma idarəsində süpürgəçi işləyirdi. Bağları var idi. Tez-tez oraya gedir, əkin-biçinlə məş­­­ğul olur, yetişən meyvə, tərəvəzi bazarda, ya da evin qa­bağında satıb balalarını birtəhər keçindirirdi. O, yaxşı hiss edirdi ki, uşaqlarına verdiyi ömür-gün onları qane et­mir. O halda daha çox sarsılır, gecəsini gündüzünə qatıb iş­ləyir, çox vaxt işləyə-işləyə yuxulayırdı. 

Əli anasına çox bağlı idi. Ona qayğı göstərir, bacardığı tərzdə qulluğunda dururdu. İslam isə sevgisini büruzə verə bilmirdi. İstəyi ürəyində idi, qapalı uşaq təsiri bağışlayırdı. Ancaq hər ikisi analarını çox istəyirdi. İslamdan fərqli olaraq Əli anasına həm oğul idi, həm qız, həm arxa idi, həm dayaq... 

İllər ard-arda düzülüb gedirdi. Hər ötən il də Sevinc xanımın bağrından bir parça aparırdı. Tək qadın bu qədər çə­tinliyin içində necə dözməlidir axı? Elə buna görə balaları onun-bunun köhnəsini geyindi - əyinləri isti, təzə paltar görmədi. 

Arada uşaqlar yatandan sonra Sevinc xanım pəncərəyə söykənib ağlayır, layla, ağı şəklində öz-özünə pıçıldayırdı:

- Eh, nə deyim, neynim axı, içim parçalanır, Tanrı, bu qə­dər amansız olma, görmürsən, balalarım həyatın pis gün­­lərini, ən pis günlərini yaşayır?! – Sonra da anidən özü­­nə gəlir, asi düşdüyü üçün Allahdan üzr istəyirdi.

İllər yenə sürətlə ötdü, Əli və İslam böyüdü və böyü­dük­cə də çalışdılar ki, özlərinə şərait qursunlar. Cama­atdan geri qalmamaq üçün bütün qüvvə və bacarıqlarını sərf et­dilər. Nə gecə bildilər, nə gündüz, işlədilər, yaşa­dıq­ları çə­tin həyatın acılarını içlərindən çıxarmaq üçün pul qazanmağa cəhd etdilər. 

 

***

 

Məktəb vaxtı Əli və İslam bir sinifdə oxudu. Əli geyimində, kecimində çox səliqəli, oturuşunda, duruşunda çox fərqli idi. İslam da elə idi, amma bir az çılğın idi. Çox şeyə fikir verən deyildi. Dəli-dolu idi, lakin ürəyi çox təmiz idi. Beş manatı olsaydı, hamı ilə paylaşardı. Deməzdi ki, bu pu­lun 5 qəpiyini saxlayım, sabah lazım olar. Əli də çox açıq uşaq idi, ürəyi çox təmiz idi. Amma Əli İslam kimi de­yildi, əlinə düşəni dar gün üçün saxlayırdı. O qədər pis gün görmüşdülər ki... Çox istəyirdilər özlərinə bir yol seçsinlər, bacardıqları qədər irəli getsinlər. Əli ona görə dərslərini yaxşı oxuyurdu. Anası onu hazırlığa qoydu. O, cəmi bir il hazırlığa getdi. Sonra oxumaq üçün daha imkan olmadı. Məzun oldu, institut imtahanından 300 bal topladı, qə­bul oldu, Əmək və Sosial Münasibətlər Akademiyasının ma­­liy­yə fakültəsində qiyabi oxudu. Gecə restoranlarda iş­lədi, gündüz təhsil aldı. Amma oxudu, başını girləmədi. Sa­­va­dına, qabiliyyətinə, əxlaqlı davranışlarına və mədəniyyətinə görə onu institutda müəllim kimi saxlamaq istədilər. Ra­zı olmadı, dedi, qala bilmərəm, mən Bakıda – şə­hər mü­hitində yaşaya bilmərəm. Anamgil orda təkdir. O, qardaşımla məni minbir əziyyətlə böyüdüb. Mən indi onu necə tək qoyum? Ona rəğbət artdı, dedilər, əgər anasına bu qə­dər bağlıdırsa, mütləq mənada Vətəni də çox sevir... 

Əli hər dəfə tətilə gələndə anasına və qardaşına təzə paltar alırdı. Körpəlikdən yükü öz üzərinə götürmüşdü de­yə, atalıq qayğısı da onun üzərində idi. Anası nə qədər de­di ki, ay Əli, oxuyursan, uşaqların içindəsən, sən indi daha çox özünə fikir verməlisən, cavabında dedi: - Ana, sən özü­­nü bizim uğrumuzda çıraq kimi yandırmısan, şam kimi ərit­misən, indi növbə mənimdir... 

İslam da institutda oxuduğu illərdə pul qazanmaq naminə tələbələrin diplom işini yazırdı... Əldə etdiyi pulun çox his­səsini anası və evləri üçün sərf edirdi. O, hərbi xidmətə qədər çayxanada, restoranlarda işlədi. Maqazinə mal gə­­tirir, harada fəhlə işi vardı, ora can atırdı beş manat pul üçün. Bu çətinliklə də hərbi xidmətə getdi, nümunəvi xidməti ilə yadda qaldı. Əsgərlikdən sonra da işlədi, MAHHXHQ kimi çalışdı. 6 il idi işləyirdi. Əlini də yanına apardı. Dedi, burada bəlkə həyat yolumuzu, uşaq vaxtlarımızdan axtardığımız rahatlığı taparıq. 

İslam müddətdən artıq xidmətdə idi. Tank sürürdü. Tə­limə gedəndə uğurundan çox danışırdı. İşini çox sevirdi. Əməksevərliyi sayəsində yaxşı tankçı olmuşdu. Ko­man­danlıq ondan razı idi. Hər zəng vuranda, ya evə gələndə sevinə-sevinə deyirdi ki, ana, hamıdan birinci mən çatıram hə­dəfə... 

Sevinc xanım hardan biləydi ki, bir gün müharibə başlayacaq... Hər iki oğlu Vətən uğrunda şəhid olacaq... Heç müharibə başlayanda xəbəri olmadı, kimsə ona bu barədə bir söz demədi... 

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ