Bazar günü günü, 08 noyabr 2026
     

Quraqlıq dünya üçün ölüm təhdidinə çevrildi...

Image


Qeyri-adi yüksək temperatur və az yağıntı bu gün dünyanın bir çox ölkələri üçün ciddi problemə çevrilib. Iqlim dəyişikliyinin fəsadı olan bu problem artıq dünyanın bəzi bölgələrində quraqlıq problemini kəskinləşdirib.

Məsələn, bu hal Aralıq dənizinin bəzi ərazilərində kritik su çatışmazlığına səbəb olub. Ekspertlər xəbərdarlıq edirlər ki, tezliklə bu cür böhranlar daimi xarakter ala bilər.

Bu ayın əvvəlində İspaniyanın Kataloniya əyalətində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib. Su anbarlarının səviyyəsi normanın 16%-dən az olduğu və bəzi yerlərdə üç il ərzində yağış yağmadığı üçün səlahiyyətlilər sakinlərin istifadə edə biləcəyi su miqdarına məhdudiyyətlər qoyub. İspaniya Cənubi Avropada su qıtlığından əziyyət çəkən yeganə ölkə deyil. Avropa Quraqlıq Rəsədxanasının son məlumatlarına görə, Avropa İttifaqı ərazilərinin 17%-i şiddətli quraqlıqla üzləşib. 1%-dən bir qədər çoxu iqlim təhlükəsinin zirvəsindədir. İqlim dəyişmələrini öyrənən "Kopernik" xidmətinin koordinatoru Andrea Toreti bu fonda qeyd edir: "Yanvarın sonundakı məlumatlara əsaslanan hazırkı şərtlərə baxsaq görərik ki, Aralıq dənizinin bir çox əraziləri artıq quraqlıq vəziyyətindədir". Onun sözlərinə görə, quraqlıq və istilik dalğalarının birləşməsi regionun son illərdəki ən pis təsirlərindən bəzilərinə cavabdehdir. Quraqlıq risqi olan ərazilərin ilk 1%-də yer alan Siciliyada su anbarı quruduğu üçün "fəlakət vəziyyəti" elan edib. Səlahiyyətlilər xatırladıblar ki, ardıcıl olaraq beşinci aydır ki, yağıntı daha az düşür. Ümumilikdə, İtaliya rəsmilərinin açıqlamasına əsasən, ada səkkiz ay "ümumi quraqlığa yaxın"   həddə yaşayıb, 2023-cü ilin ikinci yarısı son 100 ilin ən quraq vaxtı kimi tanınıb. Keçən həftə İtaliyanın çox hissəsinə yağış yağsa da, su ehtiyatlarını artırsa da, bu, Siciliyadakı qıtlığı həll etmək üçün kifayət etməyib. Bundan əlavə, çox quru torpaqlarda yağıntılar eroziyanı sürətləndirir, səhralaşma risqini artırır. Sardiniya da çətin vəziyyətdədir. Yanvar ayında "Kopernik" İqlim Dəyişikliyi Xidmətinin peyk şəkilləri adanın şərqini şirin su ilə təmin edən Alto Flumendoza gölündə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını göstərib. Bir sıra bölgələrdə səlahiyyətlilər hətta suvarma üçün suyun istifadəsini qadağan ediblər. Fermerlər  Sardiniyanın qalan hissəsində baş verən fövqəladə vəziyyətlə bağlı həyəcan təbili çalır.

Şimali Afrika da təkrarlanan quraqlıqdan əziyyət çəkir. Mərakeş artıq altıncı ildir ki, su təchizatında çətinliklər yaşayır. Ölkənin su ehtiyatları və kənd təsərrüfatı nazirlərinin fikrincə, 2023-cü ildə yağıntılar normadan 70% az olub. Quraqlıqla mübarizə aparan bölgələrdə sinoptiklər qarşıdakı aylarda temperaturun normadan daha isti olacağını gözləyirlər. Yağıntının miqdarı normal olsa belə, anomal istilərin Aralıq dənizində vəziyyəti daha da pisləşdirəcəyini bildirirlər.  Nəzərə alınmalı başqa bir amil qarın əriməsidir. Qışın qalan həftələri qarın yağmasına və uzanmasına imkan vermirsə, yaz əriməsi su ehtiyatlarını doldurmayacaq. "Kopernik" xidmətinin koordinatoru Andrea Toreti əmindir ki, biz "antropogen istixana qazları emissiyalarının səbəb olduğu mütərəqqi iqlim dəyişikliyini" görürük: "Əslində baş verənlər ondan ibarətdir ki, Avropa yağıntı rejimlərində dəyişikliklə üzləşir. Adətən qışda rayonların su çatışmazlığını bərpa etmək və ya tarazlaşdırmaq və yaya hazırlaşmaq şansı olur, indi isə tarazlıq pozulur".Mütəxəssis xəbərdarlıq edir: "Proqnozlara görə,  ekstremal hadisələr daha tez-tez baş verəcək və daha da intensivləşəcək. Əgər indi hərəkətə keçməsək, təkrarlanan quraqlıqlar əsrin ortalarında yeni normala çevrilə bilər".ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi, NASA, Yaponiya Meteorologiya Agentliyinin araşdırmaları da təsdiq edir ki, 2023-cü ilin çox hissəsində müşahidə olunan istiləşmə tendensiyası 2024-cü ildə də davam edib: yanvar müşahidələr tarixində ilin ən isti birinci ayı hesab olunub. Bu, artıq tarixdə ardıcıl olaraq ən isti səkkizinci aydır. Dəniz səthinin temperaturu on ay ərzində davamlı şəkildə rekord səviyyədə yüksək olaraq qalır. Yanvarda Yer qatına yaxın havanın orta aylıq temperaturu "sənaye dövründən əvvəlki dövr" adlandırılan 1850-1900-cü illərdəki orta yanvar göstəricisindən 1,66 dərəcə Selsi yüksək olub. Hava Hadisələrinin Öyrənilməsi Mərkəzindən  olan beynəlxalq alimlər qrupunun qənaətinə görə, iqlim dəyişikliyi  Braziliyanın Amazon regionunda rekord quraqlığın əsas səbəbidir. Onların hazırladığı hesabatda insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişmələrinin temperaturun artmasına və yağıntıların azalmasına gətirib çıxardığı deyilir. Bu vəziyyət havaya yeganə təsiri "El-Ninyo" fenomeninin göstərəcəyi hal ilə müqayisədə misli görünməmiş quraqlıq ehtimalını 30 dəfə üstələyib. Braziliya, Böyük Britaniya, Niderland və ABŞ-dan olan meteoroloqlar iqlim müşahidələrinin müasir məlumatları ilə sənayeyəqədərki dövrdə alınan məlumatları tutuşduraraq Hiva Hadisələrinin Öyrənilməsi Mərkəzinın hesabatı üzərində işləyiblər. Burada bir daha təsdiq olunub ki, 2023-cü ilin martından bəri Braziliya Amazonu misilsiz quraqlıq yaşayır və bu quraqlıq çayların dayazlaşması, meşə yanğınları və heyvanların sayının kütləvi şəkildə azalması ilə müşayiət olunur. Hələ 2020-ci ildə alimlər Amazon cəngəlliklərini quraqlığın gözlədiyini bəyan etmişdilər. Amazon meşələri ərazisinin 35 faizinin qırılmaqla məhv olacağı əsaslandırılıb. Hazırda cəngəlliklərin 20 faizinin qırıldığı məlumdur. Bu ərazi 5 milyon kvadrat kilometrə bərabərdir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ