Bazar günü günü, 08 noyabr 2026
     

Şagird tərbiyə problemlərini tək məktəbin üstünə atmaq doğrudurmu?..

Image


Vüsalə Ağabəyli: "Çox şahidi oluruq ki, valideynlər tərəfindən özbaşına buraxılan şagirdlər var, yekəxanalığı özgüvənlə səhv salan və övladına aşılayan valideynlər var..."

Cəmiyyətin müəyyən bir kəsimi orta ümumtəhsil məktəblərində baş verən olaylara obyektiv yanaşa bilmir. İstənilən bir hadisədə, məktəbdən kənar yaşanan hansısa kiçik şagird davasında belə məktəbi ittiham edənlərə rast gəlirik. 

Nədənsə, burada ailə amili heç nəzərə alınmır. Halbuki, şagirdlərin tərbiyəsi məsələsində ailənin oynamalı olduğu başlıca rol yaddan çıxarılmamalıdır.

Çoxlarımızın məktəblə əlaqəmiz var və əksər hallarda görürük ki, baş verən hadisələrdə, şagirdlərin bir-biri ilə normadan kənar davranışlarında valideyn tərbiyəsinin kasadlığı özünü büruzə verir. Məktəb tərbiyə müəssisəsi deyil,  təhsil verən müəssisədir. Valideyn övladının tərbiyəsinə cavabdehdir. Ailə tərbiyəsi mütləqdir. Bir məqamı da qeyd edək ki, hansısa bir məsələyə görə müəllim şagirdi danlayırsa, yaxud ona irad bildirirsə, valideynlərin bir qismi günahı uşağında yox, müəllimdə axtarır, övladını tənbeh etmək əvəzinə müəllimi qaralayır. Bu, çoxlarımıza tanış mənzərədir.  

Ekspertlər bildirir ki, bəzi valideynlər ümumiyyətlə uşaqlarının tərbiyəsi ilə məşğul olmur, onun layiqli bir vətəndaş kimi yetişməsində maraqlı deyil. Elə şagirdlər var ki, dərsdən yayınıb gününü sosial şəbəkələrdə keçirir, vaxtını dərsə yox, kömpüter oyunları oynamağa sərf evir, nə kitabdan, nə dərsdən, nə keçilən mövzudan xəbəri var. Ekspertlərin bildirdiyinə görə, belə valideynlər uşaqları ilə məşğul olmalı, onlara sosial şəbəkələrin, kompüter oyunlarının zərərli olduğunu izah etməlidir. Amma təəssüf ki, bəzi valideynlər əksini edirlər. Şagirdlərin bütün hallarda maarifləndirilməsi, düzgün tərbiyə edilməsi günün vacib məsələlərindəndir. 

Son zamanlar bəzi məktəblərdə baş verənlərə görə daha çox məktəblər qınaq obyektinə çevrilir, tərbiyə məsələsində valideyn məsuliyyəti unudulur. Bir sıra ekspertlər isə hesab edir ki, şagirdlərin tərbiyəsində, gələcəyə hazırlanmasında valideynlə məktəb birgə səy göstərməlidir. Bu məsələyə birtərəfli yanaşmanın ziyanlı olduğunu deyən ekspertlərin fikrincə, məktəblər də, valideynlər də öz funksiyasını layiqincə yerinə yetirməlidir ki, anormal hadisələr baş verməsin.  

Bu məsələdə məktəblərin məsuliyyəti nə qədərdir, ailənin günahı nə qədərdir?

"...Uşağın yetişməsində ailənin rolu çox önəmlidir" 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli "Bakı-Xəbər"ə şərhində "Öncə onu deyim ki, cəmiyyət sanki dərhal kinini qusmağa bir bəhanə axtarır. Bəzən hadisələrin mahiyyətinə belə varmadan kütlə psixologiyası ilə bir nəfərin üstünə düşürlər. Niyəsə, çoxlarının məktəbə, müəllimə və ən çox da məktəb direktorlarına qarşı "qıcığı" var. "Niyəni" təxminən bilirik. 

Son günlərdə baş verən hadisələrə dönsək, qeyd etmək istəyirəm ki, övladın tərbiyəsində, formalaşmasında ilk və əvəzsiz formada ailənin rolu böyükdür. Ailənin üzvləri, ata-ana arasındakı münasibətlər, valideynlərin uşaqlara qarşı rəftarı, valideynlərin ətrafdakılara olan münasibəti və davranışı uşaqlara ayrılan vaxtlar və genetik faktor onların yetişməsində xüsusi rol oynayır. Əgər uşaqların tərbiyəsi tam olaraq məktəbdən asılı olsaydı, o zaman eyni məktəbin və eyni sinfin şagirdləri inkubator kimi tam eyni olardılar. Mən demirəm ki, uşağın formalaşmasında məktəb rol oynamır. Məktəbin, məktəbdəki mühitin, xüsusilə də müəllim faktorunun da önəmi mühümdür. Məktəb həm təlim, həm də tərbiyə verir. Lakin son dövrlər məktəblər niyə belə qınaq obyektinə çevrilib? Bayaqkı "niyəni" açıqlayaq. Çünki məktəb və müəllim öz rolunu və funksiyasını itirməyə başlayıb"-deyə bildirdi.

V.Ağabəylinin sözlərinə görə, valideyn uşağın tərbiyəsi ilə məşğul olur, maddi vəsait hesabına repetitor yanına göndərib təlimini də təşkil edirsə, məktəbin ən önəmli iki funksiyası yerinə yetirilmiş olur. "Bu gün məktəblər birmənalı şəkildə şagirdləri buraxılış imtahanlarına hazırlaya bilmədikləri kimi, cəmiyyətə də hazırlaya bilmirlər. Şagirlərə olan ayrıseçkili münasibətlər, tərbiyənin yalnız qışqırıb, qorxudub cəza verməkdən ibarət olduğunu düşünənlər,  yalnız pul yığmaq, qeyri peşəkar işlərdə təşkilatçılıq məsələləri məktəbləri gözdən salan önəmli faktorlardur. 

Niyə şagird yetişdirməkdə məktəbin rolu azalıb? Çünki uşağın gələcəyini düşünən, ona doğma övlad kimi yanaşan, onun məhz yetişməsi üçün səy göstərən müəllimlər də azalıb. Məktəblərdə yığılan pul məsələləri artdıqca, repetitorların fəaliyyətinin önəmi böyüdükcə valideynlərin məktəbə inamı qalmayıb. Lakin yenə də vurğulamaq istəyirəm, uşağın yetişməsində ailənin rolu çox önəmlidir. Bəli, uşağın formalaşmasında sosial mühit də önəmlidir, amma həmin mühitə düşən və ailədən gələn "toxum" daha önəmlidir. Məktəbin yanlış tərbiyəsi şagirdin öncədən var olan aqressiyasını daha da artıra bilər, özünəqapanmasını daha da dərinləşdirə bilər, çəkinənliyini, uğursuzluğunu, bacarıqsızlığını daha da kəskinləşdirə bilər. Yəni öncədən artıq var olan xarakteri yanlış yanaşma daha da pis istiqamətə çevirə bilər. Çox şahidi oluruq ki, valideynlər tərəfindən özbaşına buraxılan şagirdlər var, yekəxanalığı özgüvənlə səhv salan və övladına aşılayan valideynlər var, sənə söz deyənin ağzından vur, "bu kişidir, yumruğunu vurmağı bacarmalıdır" deyən valideynlər, evdə bütün günü söyüş, dava, təhqir eşidən və ya tam laqeyd münasibət görən uşaqların sayəsində normal məktəb mühiti də pozulub"-deyə V.Ağabəyli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ