Bazar günü günü, 08 noyabr 2026
     

Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ

Image


Mustafa Vəliyev: "Ondan yaxşı qardaş yox idi"

Fevralın 22-si çağdaş elm və jurnalistika tarixində öz imzası, izi, yeri olan BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı, professor, mərhum  Şamil Vəliyevin  doğum günüdür. 

"İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır"

 Yaşasaydı, 64 yaşını qeyd edəcəkdi. Yanvarın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Şamil Vəliyevi qardaşı Mustafa Vəliyevlə xatırlayırıq...

- Şamil müəllim alim idi, jurnalist idi, ictimai xadim idi, ziyalı idi, bunlar öz yerində. Bəs qardaş kimi necə qardaş idi? O sizin üçün kim idi? 

- Ondan yaxşı qardaş yox idi. Bizim üçün böyük qardaş olmaqla bərabər, həm də bütün nəslin ağsaqqalı idi. Ailəmizdə böyük oğul olduğu üçün həmişə ona böyük kimi baxmışıq. 

- Şamil müəllim elm aləmində çox tez parladı. Bu ona nələr hesabına başa gəldi? Bunlara necə nail oldu?

- O, cavanlıqdan özünü elmə həsr edib. 29 yaşında filologiya elmləri namizədi olub, 42 yaşında da doktorluq işini müdfiə edib. O, müsahibələrindən birində özü haqda daha dəqiq danışıb. Məqsədinə nail olmaq üçün əziyyətlərdən keçdiyini dilə gətirib: " Əziyyət çəkməkdən çəkinməmişəm. İnsana cəfa verən məşğuliyyəti xoşlayırdım. Şahmat oynamağı sevirdim. Yüngül əyləncəli oyunları sevmirdim. Düşündürən, vaxt aparan işlərə meylli idim. Uşaqlıqdan birinci olmağı, seçilməyi qarşıma məqsəd qoymuşam. Orta məktəb illərində yaxşı oxuyurdum. 7-8-ci sinifdən komsomol təşkilat katibi olmuşam. Hansısa işi görürdümsə, fərqlənməyə çalışmışam. Hətta doktorluq dissertasiyası yazanda belə heç kimin işləmədiyi mövzunu götürmüşdüm. Sovet dövründə qadağan olunan mövzuda doktorluq yazmışam. Mənim işimi nəinki yaşıdlarım, məndən böyüklər də təqdir etdi. Yavaş-yavaş atamın uşaqlıqda mənə öyrətdiklərinə əməl edərkən uğur qazandığımı görürdüm və bu, mənə özündənrazı olmaq hissi bağışlayırdı. Hətta yoldaşlarım, dostlarım dəfələrlə mənə deyirdilər ki, özündən çox razısan. Həmişə birinci olmaq istədiyimə görə elə təsir bağışlayırdım". Hesab edirəm ki, bu cümlələr onun məqsədinə yetişmək üçün keçdiyi yolu aydın şəkildə təsvir edir.

- Şamil müəllim elmi yaradıcılığa, tədqiqata o qədər aludə olmuşdu ki, bəlkə də özünü unutmuşdu. Siz necə düşünürsünüz?

- Bəli, elmə dəhşət aludə idi. Fikrimcə, özünü də, gözünü də elmə qurban etdi. 

- Yəqin, oxucularımızın əksəriyyətinin xəbəri olmaz ki, Şamil müəllim uzun illər yataq xəstəsi oldu və onun cəfasını siz, sizin həyat yoldaşınız çəkdi. Bir qardaş kimi böyük alimin qayğısını çəkdiniz. Siz onun ən ağır günlərində yanında oldunuz...Bu borc idi, yoxsa bir qardaş məhəbbəti?

- Mən bunu həmişə bir mənəvi borc kimi qəbul edirəm. Uşaqlıqdan bir-birimizə çox bağlı olmuşuq, onun qolları üstündə yatırdım. Böyük qardaş kimi həmişə onu özümə örnək bilmişəm. Mən uşaq olanda o mənim qulluğumda durmuşdu, hər işimə kömək edirdi. Ailədə beş uşaq idik - iki bacı, üç qardaş. O məndən dörd yaş böyükdü. Böyük qardaş kimi həmişə yanımda olub, başımı sığallayıb, qayğıma qalıb, qulluğumda durub, məni qəbul imtahanına gətirib. Qardaş olmağımızdan əlavə həm də dost idik, o bütün sirrini, sözünü mənə deyərdi. Ümumiyyətlə, elə adam idi ki, hər kəsin sözünü qəbul etməzdi, özündən kiçik olmağıma baxmayaraq ondan nə isə xahiş etsəm sözümü yerə salmırdı, qəbul edirdi. 

- Dediniz ki, sizə çox dəstək olurdu, söhbət maddi, yoxsa mənəvi dəstəkdən gedir?

- Maddi cəhətdən onun elə də güclü imkanı yox idi, söhbət mənəvi dəstəkdən gedir. Yaxşı söhbətləri, yaxşı məsləhətləri, tövsiyələri vardı. Çox uzaqgörən adam idi. Onun məsləhətlərindən faydalanmaq mümkün idi.

-  O xaraktercə qapalı adam idi. Hər halda kənardan belə görsənirdi. Əslində necə idi? 

- O uşaqlıqdan xaraktercə qapalı idi. Çox adamı özünə yaxın buraxmazdı, nə də özü çoxları ilə yaxınlıq etməzdi. Həmişə məsafə saxlamağı bacarırdı. Onun içində təkəbbür yox, qürur vardı. O uşaqlıqdan qürurlu idi. 

- Əslində, bəlkə də tənha adam idi...

- Bəli. 

- Sizin iki övladınız Şamil müəllimin yolunu davam etdirir, qızlarınız jurnalistdirlər. Onların jurnalistika peşəsini seçməsinə onun münasibəti necə oldu?

- Eşidəndə çox sevindi, sevindi ki, bu sahədə davamçıları gəlir. Amma bir balaca da tərəddüd etdi ki, bunlar özlərini doğrulda biləcəklərmi? Amma çox sevinirdi... 

- 8 il ona baxmısınız. Hara getsəydiniz mütləq evə tələsirdiniz. Sizin evdə onun yeri, nəfəsi vardı. Bu gün onu evdə axtarırsızmı?

- (Kövrəlir) Hər gün işdən evə gələndə birinci onun otağına keçirdim, hal-əhval tuturdum, ondan sonra əynimi dəyişib, əl-üzümü yuyurdum, birgə çörək yeyirdik. İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır. Hər axşam evə qaçırdım ki, məni gözləyir. Çünki mən gəlməmiş o nə çörək yeyirdi, nə də dinclik tapırdı... Bu hissləri ifadə etmək çətindir. 

- Şamil müəllimin dostları da vardı. Sağlığında onu axtarırdılarmı?

- Allah onun əsl dostlarına can sağlığı versin. Amma "dost" dediyi, yaxşılıq etdiyi müəyyən adamlar vardı ki, axır vaxtlar onu unutdular. Vaxt vardı onun telefonu susmurdu, zəng zəngin üstündən gəlirdi, hərə bir iş üçün ağız açırdı, o da bacardığı qədər kömək edirdi, edə bilməyəndə də açıq şəkildə "bu mümkün deyil" deyirdi. İndi onun telefon nömrəsini mən işlədirəm...Yeri gəlmişkən, bir neçə gün əvvəl nömrəsinə zəng gəlmişdi, əsgərlik dostu zəng etmişdi, telefonu götürdüm, salamlaşdıq, soruşdu ki, danışan Şamil deyil yəqin, mənə Şamil lazımdır. Dedim indən belə çətin Şamil müəllimi eşidərsiniz. Ona rəhmətə getdiyini dedim, telefonun o başında dondu, sağollaşıb telefonu qapatdı. Amma elm aləmində dost dediyi adamlardan professor Asif Rüstəmlidən başqa onun haqqında yazı yazan olmadı. Allah onun canını sağ eləsin. Onlar Asif müəllimlə Akademiyada bir yerdə işləmişdilər, dostluqları vardı. Xəstə vaxtlarında da Asif müəllim onunla əlaqə saxlayırdı. İş yoldaşları da əvvəllər zəng edirdi, amma axır vaxtlarda zəngləri kəsildi. 

-  Doğulduğu Körpülü kəndinin adını da özünə təxəllüs götürmüşdü. Uzun illər Azərbaycan televiziyasında və radiosunda Şamil Körpülü imzası ilə proqramlar aparırdı. Kəndinizin adını yaşadırdı... 

- Bəli, Şamil də Körpülü təxəllüsünü götürmüşdü. Ümumiyyətlə, bizim kənddən çıxanların əksəriyyəti Körpülü təxəllüsü götürmüşdü. "Füyuzat ədəbi məktəbi" kitabını da Körpülü (Şamil Körpülü-Vəliyev) imzası ilə çap etdirmişdi. Şamilin bir-iki bayatısı da vardı. Bayatılarını sinə daşına da yazdırmışam.

Körpülü bir ocaqdı,

Gülü qucaq-qucaqdı.

Hər yadıma düşəndə

Qəlbim sızlayacaqdı.

 

Bir yanı Babakərdi,

Eşq verib, can çəkərdi.

Fələyin üzü dönsün

Dərd əkib, qəm becərdi...

- Demək Şamil müəllim şeir də yazırdı...

- Bəli, onun bədii yaradıcılığı da vardı. Bir neçə şeirinə mahnılar da bəstələnib. Şeirilərini Şamil Körpülü imzası ilə yazırdı. Sağlıq olsun, ömrüm çatsa onun çap olunmamış şeirlərini, əsərlərini yığıb çap etdirəcəyəm. Deyim ki, onun seçilmiş əsərlərini də nəşr etdirəcəyəm. Sağlığında seçilmiş əsərlərinin iki cildi çap olunmuşdu. Bir dənə də məqalələr toplusu çap olunub. "Azərbaycanşünas alim Nizaməddin Şəmsizadə" kitabı da çap olunub.  

- Çap olunmamız əlyazmaları çoxdur?

- Bəli. İnanın ki, hələ də özümə gələ bilməmişəm, sanki yuxudayam, ayılmamışam. Onun əlyazmalarını bir yerə yığacağam. Sağlığında özünün arzusu idi ki, seçilmiş əsərləri çap olunsun.  Hardasa 6 cildə sığışacaq materialları var, ömür vəfa etsə hamısını çap etdirəcəyəm.  

- Heç kəndə getmək istəyirdimi?

- Körpülüdən ötrü burnunun ucu göynəyirdi. Deyirdi ki, kaş kəndimiz qayıdaydı, gedəydik. O, kəndi, torpağı, vətəni sevən adam idi. Qayıtmaq, geri getmək arzusunda idi... 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ