Bazar günü günü, 30 avqust 2026
     

Məktəblərdə yeni fənnin tədrisi ilə uşaqları xilas edə bilərik - sosial şəbəkə maarifçiliyi...

Image


Son vaxtlar Azərbaycanda orta məktəblər çox tez-tez neqativ mövzularla - müəllim-şagird münasibətlərində yaranan biabırçı vəziyyətlə gündəmə gəlir. Bir neçə gün öncə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdi Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb.

Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. 

Qeyd etdiyimiz kimi, son zamanlar məktəblilərlə bağlı sosial şəbəkədə xoş olmayan görüntülər yayılır. Şagirdlərin dərs zamanı parta üstündə gəzməsi, sinif yoldaşlarını qısnaması, şiddət tətbiq etməsi, müəllimi saymamaq kimi hallar geniş yayılıb. Bu kimi faktlar telfonla çəkilərək sosial şəbəkədə paylaşılır. Danılmaz faktdır ki, bu gün məktəblilər daha çox Tik-tok platformasına maraq göstərir. Bu platformada isə milli-mənəvi dəyərlər məhv olur. Əvəzində yeniyetmələrə ailə böyüklərinə hörmət etməmək, vətəni sevməmək, pis vərdişlər aşılanır. 

Ekspertlər hesab edir ki, bu kimi hallara son qoyulması üçün məktəblərdə sosial şəbəkə maarifçiliyinə aid fənn tədris olunmalıdır. 

Kamran Əsədov: "Bu gün uşaqlarımız kitabla böyümür, sosial şəbəkə, Tik-tokla böyüyür, bu da onların xarakterinə mənfi təsir göstərir" 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. 1,6 milyon şagird fərqli şəxsiyyətdir və onların hər biri fərqli xarakterə malikdir: "Təəssüflər olsun ki, orta məktəblərdə şagirdlərin şəxsiyyət kimi formalaşmasında ciddi boşluqlar var. Belə ki, bizdə şagirdlərin xarakterinin formalaşması məktəb mühitində yox, məktəbdən kənarda baş verir. Təəssüf ki, bu gün uşaqlarımız kitabla böyümür. Uşaqlar sosial şəbəkə, Tik-tokla böyüyür. Bu da onların xarakterinə mənfi təsir göstərir. Son hadisə göstərir ki, Azərbaycanın gənc nəsli hansısa serialın qəhrəmanına bənzəmək istəyir. Yeniyetmələr mafiya filmlərindəki qəhrəmanlara oxşamaq istəyir. Əlbəttə, bu yaxşı hal deyil. Bu gün Azərbaycan məktəblisi özünü cinayətkar aləmin üzvünə bənzətmək istəyir. Vəziyyətin daha da vahiməli hal almaması üçün sosial şəbəkəyə nəzarət olunmalıdır. Bəli, məktəblərdə sosial şəbəkə haqqında məlumat verilə bilər. Dərs kimi yox, ancaq məktəblilərə bu haqda bilgi verilə bilər ki, sosial şəbəkədən necə istifadə edilsə daha səmərəli olar".

Fatimə Hacıbəyli: "Sosial media, mediadan istifadə, ictimaiyyətlə əlaqələr kimi mövzular da məktəbdə öz yerini tapmalıdır" 

Sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkələrdən istifadə qaydaları, insanların davranışını orta məktəbdən formalaşdırmaq lazımdır: "Məktəblərdə sosial şəbəkələr haqqında dərslər keçirilsə yaxşı olar. Danılmaz faktdır ki, hazırkı dövrdə valideynlərin ən çox əziyyət çəkdiyi mövzu övladlarının sosial şəbəkələrdən asılı vəziyyətə düşməsidir. Çox kiçik yaşlardan istifadəçi olduqları üçün, bu onların sosial platformalardakı təhlükəsizliyini də sual altına salır. Hesab edirəm ki, uşaqlarda çox kiçik yaşlardan informasiya savadlılığı formalaşdırılmalıdır".

F.Hacıbəyli onu da əlavə etdi ki, bu gün sosial şəbəkə istifadəçilərinin sayı, bütün dünyada olduğu kimi, Azərbaycanda da artmaqdadır. Bütün yaş qruplarına aid insanlar, xüsusilə də yeniyetmə və gənclər sosial şəbəkələrdən geniş istifadə edirlər. Bəzi hallarda sosial şəbəkələrdən istifadə ciddi problemlərə səbəb olur: "Yeniyetmə və gənclərin onlara aid olmayan səhifələrə daxil olaraq yaş qrupları ilə uygunlaşmayan məlumatları əldə etmələri müxtəlif neqativ hadisələrə gətirib çıxarır. Odur ki, yeniyetmə və məktəblilərin  internet təhlükəsizliyinin qorunması müəllim və valideynlərin əsas vəzifələrindən biri olmalıdır. Bu  yöndə müxtəlif maarifləndirici dərslərin keçirilməsi vacib məsələlərdən biridir. Etiraf edək ki, məktəblərdə təhsil ürəkaçan deyil. Məsələn, İnsan və cəmiyyət dərsləri nəyə xidmət edir? Bəzən heç keçilmir də. Onun yerinə şagirdlərə Psixologiya tədris oluna bilər. Sosial media, mediadan istifadə, ictimaiyyətlə əlaqələr kimi mövzular da məktəbdə öz yerini tapmalıdır. Bunun üçün ən unikal vaxt da 10-cu sinifdir. Çünki daha əvvəl uşaqların sosial mediadan istifadəsi üçün 15 yaş məsləhət görülüb. 11-ci sinifdə şagirdlərin imtahan həyəcanları çox olur deyə, məncə, sosial media dərslərinin tədrisinin bir il olması kifayətdir. Həmçinin bu, təkcə məktəblərdə yox, universitetlərin bütün fakültələrində də keçilməlidir – hər kəsə. Burada dərslər sosial medianın texnikası yönündən yox, hüquqi, psixoloji, sosioloji aspektləri ilə aparılmalıdır".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ