şənbə günü, 05 sentyabr 2026
     

Dərman bazarında mühüm yeniliklər - ucuz qiymətlər dövrü başlanır...

Image


Məlum olduğu kimi, bu günlərdə Tarif Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq edib. Şura son iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Amma yuxarı həddi keçə bilməz. Hesab edilir ki, qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. Qeyd edək ki, bundan əvvəl də dövlət başçısının müvafiq Fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da bildirir ki, Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur: “Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək”. Deputat vurğulayıb ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətinin artırılması uzun müddət diqqət mərkəzində olub: “Dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı”. Onun sözlərinə görə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda, keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir: “Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq. Ümumilikdə bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir”.  İqtisadçı-ekspert Eldəniz Əmirov isə “report”a açıqlamasında bildirir ki, Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ölkədə dərman vasitələrinin satışı üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında rəqabəti gücləndirəcək. Onun sözlərinə görə, bu da dərman bazarında ucuzlaşmaya səbəb olacaq: “İndiyə qədər Tarif Şurası konkret qiymət müəyyən edirdi və bu dərmanlar bu qiymətə satılırdı. Yəni qiymət çox dar bir dəhlizdə idi. İndi isə dərman satışı üçün yuxarı hədd müəyyənləşdirilir. Bu da rəqabət üçün şərait yaradacaq. Amma qiymətlərin ciddi azalacağını gözləmirəm, sadəcə, bazara yeni oyunçuların daxil olmasına imkan verilib. Əvvəllər Tarif Şurası konkret qiymət müəyyən etdiyinə görə rəqabət müəyyən qədər pozulurdu. Nəticədə daha rahat formada dərman əldə edə bilib bazarda daha çox alıcı cəlb etməyi bacaran təsərrüfat subyektləri bu fəaliyyətə başlamağa maraqsız idi. Amma bu dəyişiklik təsərrüfat subyektlərini bir qədər aktivləşdirəcək. Bir şərtlə ki, bu aktivliyin qarşısı hansısa digər subyektiv amillərlə alınmasın. Yəni əlində müəyyən qədər inzibati resurslar və ya inzibati resurslara çıxışı olan güclü təsərrüfat subyektləri onlara mane olmasın, ölkəyə dərmanın idxalına, qeydiyyat proseslərinə problem yaratmasınlar. Bunlar olmazsa, apteklər arasında qiymət fərqi olacaq”.

Ekspert hesab edir ki, dərman bazarına müsbət təsir edəcək proseslərdən biri də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı göndərilən təkliflərlə bağlıdır. Yaxın müddətdə bu məcəllənin qəbulu gözlənilir. Ekspert hesab edir ki, ölkədə dərman vasitələrinə əlçatanlığın təmin olunması üçün görülən tədbirlər bu il əvvəlki illərlə müqayisədə daha nikbin təəssürat yaradır: “Dərman zavodlarının açılması və qanunvericilik bazasında dəyişikliklərin olması müsbət haldır. Eyni zamanda, bir qərar dərmanların qiymətinin kəskin enməsini təmin edə bilməz. Dərman vasitələrinin kifayət qədər ucuzlaşması üçün problem kompleks şəkildə həll olunmalıdır. Bunlardan da biri ölkədə dərman istehsalına kifayət qədər nail olunmasıdır. Yəni daha böyükhəcmli zavodların tikintisinə ehtiyac var. Bu il yeni dərman zavodunun açılmasını bu istiqamətdə bir ilk hesab etmək olar. Məncə bu, müsbət bir tendensiya yarada biləcək. Düzdür, ölkədə bütün dərman vasitələrinin istehsalı mümkün deyil, buna 20 ilə də nail ola bilmərik. Amma ən azından, nədənsə başlamaq lazımdır. Bu baxımdan, dərman zavodlarının açılmasını müstəsna əhəmiyyətli hadisə hesab edirəm. Bundan başqa, əvvəl dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı istehsalçıların məcburi müraciəti olmalı idi. Yeni dəyişikliklə idxalçıların da müraciəti əsasında dərman vasitələri qeydiyyata alına bilər”. Hesab edilir ki, məlum qərarla ölkəyə daxil olmuş dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər bir-biri ilə rəqabət aparacaqlar. Nəticədə isə daha ucuz və qeydiyyatdan keçmiş, dövlətin keyfiyyətinə nəzarət etdiyi dərmanların idxalı daha da stimullaşacaq. Bu isə nəticədə əhalinin daha ucuz və keyfiyyətli dərman preparatına əlçatanlığını təmin edəcək. Əvvəl konkret olaraq qiymət var idi. Bu, əhali üçün deyil, əczaçılıq şirkətləri üçün əlverişli idi. Təsdiq olunmuş dəyişikliklər fərqli bir rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq. İlkin hesablamalara əsasən, Tarif Şurasının bu qərarı ən azı ümumi qiymətlərə 15 faiz təsir edəcək. Yəni dərman preparatları bu həddə ucuzlaşacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ