Bazar ertəsi günü, 09 noyabr 2026
     

Müəlliməsinə aldığı hədiyyəni sosşəbəkələrdə yayan şagird(lər)in tərbiyə problemi varmı?

Image


Son zamanlar müəllimlər təkcə "Müəllimlər Günü"ndə, yaxud 8 Martda deyil, doğum günündə, Novruz, Yeni İl və şagirdlərin Əlifba bayramında da valideynlər tərəfindən hədiyyələrə boğulurlar. Belə ki, bir sıra valideyn qrupu bayram ərəfəsi digər valideynləri də buna təşviq edərək pul yığıb hədiyyə alınmasını istəyir.

Bu günlərdə sosial şəbəkələrdə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü sinfinin müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər yayılıb. Xırdalan şəhər 9 saylı tam orta məktəbdə də analoji hadisə yaşanıb. “Əlifba” bayramında müəllimə qızıl bilərzik hədiyyə edilib.

Məlumdur ki, şagirdin müəllimə hədiyyə alması pedaqoqa olan hörmətin əlamətidir. Valideynlər müəllimə hörmət etmək, təşəkkür mənasında məlum hədiyyəni veriblər. Maraqlıdır, müəllimə hər hansı bir hədiyyənin verilməsinin sosial şəbəkədə yayımlanması nə dərəcədə düzgündür?

Ekspertlər hesab edir ki, müəllimlərə hörmət əlaməti olaraq verilən hədiyyələrin sosial şəbəkədə tirajlanmasında şagirdlərin rolu var.

  • Könül İsmayılova: “Həmin görüntüləri yalnız şagirdlər ictimailəşdirə bilər, onlar üçün hər şey əyləncə, Tik-Tok adlı sosial platformada paylaşıb 3-5 like toplamaqdan ibarətdir, bu da məktəblilərin tərbiyəsindən xəbər verir”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı kimi keyfiyyətləri özündə cəmləşdirməlidir: “İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır. Lakin son zamanlar biz xoş olmayan mənzərə ilə üzləşirik. Müəllimlər nə qədər öz peşələrini layiqincə icra etsələr də şagirdlərin davranış tərzi onların nüfuzuna kölgə salır. Şagirdlərin mütamadi olaraq zorakılığa əl atması, müəllimlərinə hörmətsizlik etməsi, hər məsələni telefon vasitəsilə çəkib ictimailləşdirməsi onların tərbiyəsində problem olduğundan xəbər verir. Düzdür, bu hal bütün şagirdlərə şamil olunmasa da, bəzi məktəblilər arasında yaşanır. Bu günlərdə müəllimlərə hörmət, təşəkkür əlaməti olaraq qızıl hədiyyə ediblər. Müəllimi şagirdi məcbur etməyib ki, ona qızıl üzük alsınlar. Gül buketi də ala bilərdilər. Hər halda qızıl almaq onların və valideynlərinin fikridir. Bu jesti edən şəxslər nə məqsədlə müəllimə həmin zinət əşyası taxılan anı çəkib paylaşır? Bunu yalnız şagirdlər edə bilər. Onlar üçün hər şey əyləncə, Tik-Tok adlı sosial platformada paylaşıb 3-5 like toplamaqdan ibarətdir. Yəni etdikləri hərəkətin sonunu düşünməyiblər. Bu hal isə onların gələcəyə hazır olmamasından xəbər verir”.   

Həmsöhbətimiz son olaraq bildirdi ki, Azərbaycan müəllimi ən yüksək təminata layiqdir. Ona görə də müəllimi günahkar çıxarmaq doğru deyil.

  • Məzahir Məmmədli: “4 il boyunca övladlarınıza göstərdiyi qayğıya görə minnətdarlıq etmək istəyirdinizsə, bunu niyə məhz nümayişkaranə şəkildə,  videolentə alaraq edirsiniz, axı bu müəllim reputasiyasını aşağı salan davranışdır…”

Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, hazırki mənzərədə nə müəllimə, nə də valideynə haqq qazandırır: “Dünyanın hər yerində hədiyyə almaq da var, vermək də. Azərbaycan cəmiyyətində hədiyyə adı altında daha böyük işlər görülür, amma bunu heç görüb-bilən yoxdur. Mən hazırki mənzərədə nə müəllimə, nə də valideynə haqq qazandırıram. Ona görə ki, müəllimin hədiyyəni qəbul edən tərəf olaraq bunu şagirdlərin qarşısında belə hay-küylə, təmtəraqla alması yolverilməzdir. Bu, müəllim etikasına da sığmaz. Hədiyyənin məhz belə, nümayişkaranə verilməsi bu hədiyyənin səmimi qəlbdən alındığını şübhə altına alır. Hədiyyə vermək həqiqətən də valideynin səmimi qəlbdən, ürəyindən gələrək etmək istədiyi bir şeydirsə, 4 il boyunca övladlarınıza göstərdiyi qayğıya görə minnətdarlıq etmək istəyirdinizsə, bunu niyə məhz nümayişkaranə şəkildə, şagirdlərin gözü qarşısında, videolentə alaraq edirsiniz? Axı bu, müəllim reputasiyasını aşağı salan davranışdır”.

Ekspertin fikrincə, videonun sosial şəbəkələrdə yayılması düşünülmüş hərəkətdir: “Bu faktları nəzərə alsaq, mən fikirləşirəm ki, videonun sosial şəbəkələrdə yayılması düşünülmüş davranış da ola bilər. Sözügedən hadisə təhsil idaredicilərinin, Regional Təhsil İdarəsinin, məktəb direktorunun işinə kölgə salmaq üçün atılmış bir addım da ola bilər. Mahiyyətini tam bilmirik. Ancaq mən o qədər də inanmıram ki, bu təsadüfi bir hadisədir”.

  • Elçin Əfəndi: “Bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır”

Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, valideynlər uşağına yaxşı qiymət yazılsın, müəllim uşağı fərqləndirsin deyə, onu müxtəlif üsullarla ələ almağa çalışırlar və nəticədə iradəsi zəiflər bu üsula boyun əyir. Amma bizim elə müəllimlərimiz var ki, inanın, adi gülü belə almaq istəmir: “Mövcud vəziyyət isə artıq bir ənənə halını alıb: alırlar, təqdim edirlər və sosial şəbəkələrdə yayırlar. Bir növ özlərini baha satmağa çalışırlar cəmiyyətə, amma anlamadıqları bir məsələ var: bu, ucuzluqdur. Bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır. Bu gün 1 milyon 600 mindən çox şagird təhsilin müxtəlif pillələrində təhsil alır. 160 mindən çox təhsilverən onların bilik və bacarıqlarının formalaşmasına çalışır, amma təəssüf ki, bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır. Bu, təhsil adına yaraşmır. Bilirlər ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq, yenə də çəkinmədən bu tendensiyanı davam etdirirlər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ