Bazar ertəsi günü, 09 noyabr 2026
     

«Mən anadan Heydərçi doğulmuşam»

Image


Dünya şöhrətli, müdrik və uzaqgörən siyasətçi, ötən əsrin və yaşadığımız iyirmibirinci əsrin nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli, titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək, açıqlamaq bir mövzuya sığmaz.

Həqiqətən tarixdə Heydər Əliyev kimi universal siyasətçilər çox azdır. Həm də bu şəxsiyyətlərə dəyər vermək özü böyük bir başlanğıcın əsasıdır. Elə insanlar var ki, böyük, nəhəng insanlara qəlbən, ruhən bağlıdırlar. Uzun müddətdir tanıdığımız, şəxsiyyətinə və yaradıcılığına hörmət qoyduğumuz çox hörmətli şairimiz Eldar Həsənli də belə insanların sırasındadır. Onun Heydər Əliyev şəxsiyyətinə sevgisi çoxumuzda heyrət doğurur. Bu sevgini biz onun şeirlərində, məqalələrində və hətta adi söhbətlərində də aydın görürük.

Yaxşı yadımızdadır, 1992-ci ildə - o zaman ki, Heydər Əliyevə qarşı bəzi mənbələr laqeyd münasibətdə idi, insanların çoxu hətta yanlarında onun adının çəkilməsindən belə ehtiyat edirdilər. O məqamda «Mən anadan Heydərçi doğulmuşam» deyən şairimiz Eldar Həsənli 10 oktyabr 1992-ci ildə heç nədən, heç kimdən çəkinmədən «Bütöv Türk dünyasının babası - Heydər baba!» deyə hayqırırdı. O an böyük şairimiz Eldar Həsənlidən soruşdum ki, səni Heydər Əliyevçi olmağa nə vadar edib? O, qıyqacı baxışla mənə baxaraq özünəməxsus duruşuna özünəməxsus görkəm verib dedi: «Mən Heydər Əliyevçi doğulmuşam». Təxminən beş-on saniyə susdu. İşıq qonmuş gözlərini heyrət sarmış gözlərimə dikdi və yenə də özünəməxsus tərzdə cavab verdi: «Mən Heydər Əliyevçi doğulmuşam!» Əslində, bu bir kəlmə ifadə bizə çox şeyi anladırdı...

Hörmətli şairimiz Eldar Həsənlinin böyük Heydər Əliyevçi olduğunu «Bütöv Türk dünyasının babası - Heydər baba!» əsəri də təsdiqləyir. Bu əsər həcmcə az olsa da, böyük əlamətləri və dünyaca böyük dəlilləri özündə aşkar edir, bizi Eldar Həsənli ədəbi fəhminin səmimiyyətinə inandırır:

 

Azərbaycan səslənir sənin adın gələndə,

Bir ehtiram bəslənir sənin adın gələndə,

Bir millət əzizlənir sənin adın gələndə,

Bu Vətənə, bu xalqa olmusan sipər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Sən, ey şah vüqarımız, sən, ey dağ qürurumuz,

Ey damarda qanımız, ey gözlərdə nurumuz,

Düşüncəmiz, duyğumuz, hissimiz, şüurumuz,

Dizdə taqət, qolda güc, ey canda hünər baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Sən qoşa bir zirvəsən Heydərbaba dağıyla,

Sən dünyada məşhursan Azəri qaynağıyla,

Gəlmisən yer üzünə ancaq sülh sorağıyla,

Səpdiyin hər bir toxum cucərər, bitər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Ulu öndərin qurduğu tarixi-siyasi irs illər sonra öz bəhrəsini verdi. Bugünkü Azərbaycan məhz həmin ənənənin təməli üzərində bərqərardır.

 

Sən biçimdə dünyaya özgəsi gələ bilməz,

Şərik çıxıb dərdinə tən yarı bölə bilməz,

Sənə qarşı millətin istəyi ölə bilməz,

Zaman bir də yetirməz sənin kimi ər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Özünü siyasətçi sananlardan incimə,

Allahını qəlbində dananlardan incimə,

Ağlı dayaz, duyğusuz nadanlardan incimə,

Vətənin dar günündə gər sinəni, gər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Sənin əllərindədi dərdimizin çarası,

Sən gəlməsən, millətin sağalarmı yarası?

Bir də yayıb Vətənə Gəncə - Bakı arası

Öz əlinlə əkdiyin çiçəkləri dər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Eldar Həsənli haqlı olaraq yazıb ki, “Sənin əllərindədi dərdimizin çarası”. Doğrudan da, xalq bir daha anladı ki, bu, bir həqiqətdir.

 

Dillər, dinlər içində gəl özün qur dövləti,

Qoyma yad əllərində dağılmağa sərvəti,

Ölüm-itim, qan-qada üzdü daha milləti,

Al saçaqlı günəşi üstümüzə sər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Həsənlinin qəlbində əbədi heykəlin var,

Gələcəyin əlini sıxa bilən əlin var,

Dünyaya şəfəq saçan nurlu, pak əməlin var,

Sizə haqdan pay gəlib o cürət, təpər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

Ağıllı insan tarixi şəxsiyyətlərə həmişə vurğun olur. Bu mənada, Eldar Həsənlinin “Həsənlinin qəlbində əbədi heykəlin var” deməsi zəruri-ictimai səciyyədir.

10 oktyabr 1992-ci ildə yazılmış «Bütöv Türk dünyasının babası - Heydər baba!» şeiri ümumilikdə 8 bənddir. Bu şeirdə - baxışları düzgün səmtə yönəldən bu əsərdə Eldar Həsənlinin Heydər Əliyev şəxsiyyətinə sevgisini, sədaqətini və diqqətini aydın sezirik. Şairin şeirin sonunda:

 

Sizə haqdan pay gəlib o cürət, təpər, baba,

Bütöv Türk dünyasının babası - Heydər baba!

 

deməsi də Eldar Həsənlinin ümummilli liderə rəğbətinin bariz-poetik təcəssümüdür.

Eldar Həsənli ilə redaksiyada, dəhlizdə tez-tez görüşürük. Nədən danışır-danışsın, hansı mövzudan bəhs edir-etsin, fikirlərinin əsas məntiqini Heydər Əliyevə sevgisi ilə cilalayır. Doğrusu, hər dəfə söhbət əsnasında o, bu vacib fiki rləri diqqətimizə çatdırır: «Ulu öndərimiz həyatı boyu gərgin çalışıb, mükəmməl ictimai və siyasi təcrübə qazanıb. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının yeni dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında və s. özünü açıq göstərir. Biz Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu onun ideyası olan və düzgün işlənib hazırlanmış «Dövlət Neft Strategiyası» adlı uğurunda bir daha görürük...».

Eldar Həsənlinin Heydər Əliyev şəxsiyyətinə xüsusi sevgisi var. Bunu aşağıdakı misralarda da aydın görürük:

Vətəni müstəqil görmək həmişə

Ulu öndərimin qanından keçib.

Bu xalqın, millətin başdan-ayağa

Ağrısı-acısı canından keçib.

 

Nə gizlin deyildi, nə də qaranlıq,

Onun qüdrətindən hər kəs halıydı.

Dərin zəkasıyla, cəsarətiylə

Öndər bu Vətəni qorumalıydı.

 

Yaxşıya, yamana qiymət verən var,

Öndərin zəhməti itəsi deyil.

Dolanıb gəzmişəm mən bu dünyanı,

Bu çiçək yenidən bitəsi deyil.

 

Azadlıq əzmiylə vurdu ürəyi,

Biryolluq kökünü kəsdi zillətin.

Xalq ona inandı, inam gətirdi,

Həmişə önündə getdi millətin.

 

Əzimkarlıq edib çətin zamanda

Xalqı bir araya gətirə bildi.

Qara tikanların kəsib kökünü

Yenidən gül-çiçək bitirə bildi.

 

Öndərə fiziki cəhd olunsa da,

Yolundan, irzindən öndər dönmədi.

Tanrının hökmüylə yanan bu çıraq

Bir gündə, bir anda əsla sönmədi.

 

Bu bənddə o dövrdə ulu öndərə qarşı olan təhdidlər məna tapır. Lakin tarix sübut etdi ki, yalnız Heydər Əliyev Azərbaycanı düşdüyü bəlalardan qurtara bilər və belə də oldu.

 

Gecə saat üçdə ulu öndərin

Səsinə səs verib gələn biz olduq.

Əyilməz, yenilməz cürətimizlə

Düşmənin bağrını dələn biz olduq.

 

Dərhal bu çağrışa səs verdi Vətən,

Gəncədən, Qubadan gələnlər oldu.

Naxçıvan hiddətlə ayağa qalxdı,

O gecə meydanda ərənlər oldu.

 

Xalq Heydər Əliyevin siyasi fəaliyyətinin dərinliyini anladığı üçün Vətənin dar günündə onu təkidlə hakimiyyətə dəvət etdi. Və bu təkid səmərə verdi.

 

Heç nədən, heç kəsdən çəkinmədi o,

Həmişə şax dedi sözünü öndər.

Müstəqillik əldə etdiyi gündən

Xoşbəxt hiss edirdi özünü öndər.

 

Bu heyrət doğuran təhlükələrdə

İlhamla birlikdə baş-başa getdin.

Haqqın var, haqqını Tanrı qorusun,

Hopdun meydanlarda yaddaşa, getdin.

 

Öndər çöx əsərlər yarada bildi,

İki əsərinə qurbandı canım.

Biri Prezident İlham Əliyev,

Birisi müstəqil Azərbaycanım.

 

Bu bənddə Eldar Həsənli Heydər Əliyevin Azərbaycan üçün etdiklərini, qurub-yaratdığı tarixi həqiqətləri önə çəkir və poetik dildə şərh edir. O həqiqətlər ki, artıq bütün dünya görür və faydalanır.

«Azərbaycanlıyam» rədifli əsərində hörmətli şairimiz Eldar Həsənli ulu öndərin ölüm səbəbini belə cavablandırır:

 

Ahəstə addımlayın, orda bir bəşər yatıb,

Milətin taleyini düşünən bir ər yatıb.

Orda Heydər uyuyub, o yerdə öndər yatıb,

Cənnətdir bax, bu torpaq, fəxri xiyabanlıyam,

Azərbaycanlıyam!

 

Eldar Həsənlinin Heydər Əliyev siyasi irsinə, layiqli varisi İlham Əliyevə daim böyük rəğbəti olub və bu gün də var. Elə aşağıdakı «Məğrur dayanmısan öz səngərində» adlı şeirin ilıq misralarında da biz bu zəruri prosesi aydın sezə bilirik. Şeir bütünlükdə ölkə Prezidenti İlham Əliyevin siyasi uğurunu təqdir edir:

 

Bir çinar gövdəsi, bir dağ qüruru,

Bir palıd dözümü var ləngəində.

Bir quş uça bilməz səmadan belə,

Məğrur dayanmısan öz səngərində.

 

İlham keçən yolu keçən olmayıb,

Odur şərqdən qərbə sürən atını.

Böyük şəxsiyyətin davamçısıdı,

Xalqına bəxş edib öz həyatını.

 

Bayrağı səmada dalğalandıran,

Bayrağı üç rəngə boyan özüdü.

Onun zəkasına söykənmişik biz,

Hər şeyi səmtinə qoyan özüdü.

 

Sübuta, dəlilə nə ehtiyac var,

Saraylar, körpülər göz önündədi.

Siyasi səhnədə rəqibi yoxdur,

İlhamın əbədi özü öndədi.

 

Ayrı yolu yoxdu, ayrı çarəsi,

Məcburdu dinləsin dünya, İlhamı.

Bir addım kənarda qalan görmürəm,

Onun ətrafında birləşib hamı.

 

Doğrudan da, artıq dünya bu gün İlham Əliyevlə, onun timsalında Azərbaycanla hesablaşır. Bu, xalqımızın başucalığıdır və Eldar Həsənlinin “Ayrı yolu yoxdu, ayrı çarəsi, Məcburdu dinləsin dünya, İlhamı” deməsi də əsl reallıqdır.

 

Vətəni İlhamsız kəşf etmək, azı

Ağılsızlıq olar, nadanlıq olar.

Onunla əl-ələ verməsək əgər

Bizim taleyimiz bir anlıq olar.

 

Əlvan-əlvan çiçək gördük qorxusuz,

Çiçəklərin təzəsisən, təzəsi.

Yüz illər, min illər ötüb keçsə də,

İlham Heydər oğlu, sən bəşərisən.

 

Başqa adı yoxdu, xoş hallarına

Tarixi tarixə daşıyanların.

Adları həkk olub daş kitabədə,

Millət deyə-deyə yaşayanların.

 

Aradan azacıq illər ötsə də,

Bir çoxları bu sözləri unudur.

Çingiz Aytmatov gəlişi demir:

İlham əsrimizin etalonudur.

 

Gəlişi söz deyil İlham Əliyev,

Havamız, suyumuz, çörəyimizdi.

O, bizim hər yerdə, hər addımbaşı

Əbədi döyünən ürəyimizdi.

 

Mənim qanımdadı, xislətimdədi,

Zərrəcə mətləbdən yayınmaram mən.

Milyonlar şərikdi mənim fikrimə,

Harda İlham varsa, orda varam mən.

 

Çox istedadlı şairimiz Eldar Həsənlinin yuxarıda qısaca şərh etdiyimiz şeir parçalarında Heydər Əliyev epoxası, müstəqil Azərbaycan dövlətçiliyi və bu siyasi xətti uğurla davam etdirən İlham Əliyev fenomeni dərin mənalarla diqqət çəkir. Şair milli quruculuğun lideri kimi xalqın böyük əzm və etimadına layiq olan Heydər Əliyevin, böyük dövlət xadiminin fədakar əməyini, dühasını lazımınca təqdir edir. Ardınca Azərbaycan tarixində, xalqın yaddaşında müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və sərkərdə kimi yer tutan böyük vətəndaş İlham Əliyevin siyasi iradəsini poetik müstəvidə səciyyələndirir. Yuxarıdakı əsərləri oxuduqca bir daha əmin oluruq ki, milli dövlət və milli lider müasir tarixin fenomenləridir. Bu da o anlamı özündə geniş ifadə edir ki, Heydər Əliyev aramızdan cismən getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır.

Bu uğurlu əsərə görə istedadlı şairimiz Eldar Həsənliyə minnatdırlaq edir, onun yaradıcılığını yüksək qiymətləndiririk. O, müstəqil Azərbaycan əbədiyyatında öz dəsti-xəttini təsdiq edən şairlərimizdəndir və qələmə aldığı əsərlər bir örnək kimi təqdir olunmalıdır.

Qeyd: Yuxarıdakı şeirdə maraq doğuran əsas cəhət budur ki, Eldar Həsənli hələ 1992-ci ildə - üzərində təhlil apardığım bu əsəri yazarkən sanki öncəgörücülük etmiş, İlham Əliyevin illər sonra hansı yüksək əzmlə dövlət üçün nələr edəcəyini, onun tarix yazacağını, yenilməz sərkərdə olacağını, Azərbaycana daha böyük qələbələr bəxş edəcəyini qabaqcadan ifadə etmişdir. Bu gün həmin an yaşanır. İlham Əliyevin və Müzəffər Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı torpaqlarımız düşməndən geri alınıb. Azərbaycan 200 ildən sonra bütöv dövlət ola bilmək xoşbəxtliyi yaşayır. Xalqımız tariximizin Zəfər anını qeyd edir.

İstedadlı şairimiz Eldar Həsənlinin böyük məhəbbətlə təhlil eydiyim «Mən anadan Heydərçi doğulmuşam» əsərini bütövlükdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə layiqli töhfə hesab etmək olar.

Azər Rəsul,

Prof. ng. Dr. Sc Elm və Texnika üzrə laureat, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa təmsilçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ