Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Azərbaycanlıların öz yurdlarından ermənilər tərəfindən zorakı deportasiya tarixləri... - III yazı

Image

Azərbaycanlıların indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisindən erməni şovinistləri tərəfindən yalnız iyirminci yüzillikdə üç dəfə deportasiya edilməsi böyük tarixi həqiqətdir. Ermənilər  Kremldəki tərəfdarlarının dəstəyilə soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə həm tarixi torpaqlarımıza sahiblənmək istəyiblər, həm də bütövlükdə Azərbaycan türklərinin izlərini tamamilə Qərbi Azərbaycandan silmək məqsədi güdüblər.

Təəssüflər olsun ki, sonda buna nail olublar. Erməni şovinistləri nəinki azərbaycanlıları, eləcə də bu torpaqda tarixən azərbaycanlılarla qonşu yaşayan xalqları da deportasiya ediblər. Bu gün monoetnik dövlət olan Ermənistanda ermənilərdən və bir də erməniləşdirilmiş yezidi kürdlərdən başqa ikinci bir xalq yaşamır.  

Azərbaycan türklərinin indiki Ermənistan adlanan ölkənin ərazisindən, Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilməsinin tarixini araşdıranlardan biri olan tarixçi-alim Nuru Məmmədovun üzə çıxardığı faktlar çox ilgincdir. Alimin tədqiqatı nəticəsində məlum olur ki, ermənilər keçmiş Azərbaycan SSR K(b)P MK-nın birinci katibi Mircəfər Bağırova da şər atırlar. Erməni mətbuatı iddia edir ki, guya ki, bu işdə M.C.Bağırovun da əli olub. Alimin bildirdiyinə görə, 1990-cı il noyabrın 11-də "Ermənistanın səsi" qəzetində həmin məsələ ilə bağlı dərc edilən məqalədə yazılmışdı ki, guya M.Bağırov Q.Arutyunovla əvvəlcədən razılaşdıqdan sonra xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək məqsədilə hər ikisi 10 dekabr 1947-ci il tarixli məktubla Stalinə müraciət edib. “Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar vermişdir. M.C.Bağırovun məktuba imza atıb-atmaması tədqiqatçılar tərəfindən müxtəlif versiyalarda izah edilir. Azərbaycan K(b)P MK-nın ikinci katibi olmuş M.H.Seyidov xatirələrində yazır ki, 1947-ci ilin oktyabrından MK-nın Siyasi Bürosunun qərarı ilə Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova Yessentukidə müalicə olunmaq üçün 4-5 aylıq məzuniyyət verilmişdi. Ona görə də səlahiyyətlər ikinci katibə keçmişdi. Tarix elmləri doktoru, professor E.İsmayılov belə hesab edir ki, bu işə razılıq vermədiyi üçün M.C.Bağırov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmışdı. Digər tərəfdən isə Azərbaycan rəhbərlərindən kiminsə həmin məktuba imza atıb-atmaması İ.V.Stalin üçün həlledici olmaya da bilərdi. Tarixi sənədlərdən məlumdur ki, 1947-ci il noyabrın 28-də Ermənistan K(b)P MK-da geniş büro iclası keçirilmişdi. Həmin iclasda azərbaycanlılar yaşayan rayon partiya komitələrinin nümayəndələri və respublikanın yüksək vəzifəli şəxsləri iştirak edirdi. Büroda Arutyunov demişdi ki, Moskvada olarkən M.C.Bağırovla azərbaycanlıların Ermənistandan köçürülməsi və 450-500 min erməninin bura qaytarılması, onların buradan köçürülənlərin boş qalan mülklərində yerləşdirilməsi məsələsi razılaşdırılmışdır. Hətta Arutyunov bildirmişdi ki, bu razılaşma Mikoyanın, Beriyanın və Deqonazovun (SSRİ Xarici İşlər nazirinin müavini) qəbullarında olarkən əldə edilmiş və bütün qəbullarda M.C.Bağırov iştirak etmişdir.

Stalinin imzası ilə hər iki qərarda Azərbaycan millətindən olan kolxozçuların və başqa əhalinin Ermənistan SSR ərazisindən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdur. Bu qərarların birincisində (23 dekabr 1947) göstərilirdi ki, Ermənistan SSR-dən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı (cəmi 100 min) Azərbaycan SSR ərazisinə köçürülməlidir. Bu qərar 1953-cü ilə qədər qüvvədə qaldı. Başqa sözlə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən Azərbaycana 150 min azərbaycanlı köçürüldü. Hər iki sənədi nəzərdən keçirdikdə məlum olur ki, onlar tələsik hazırlanmışdır və heç bir şərait nəzərə alınmamışdır. Qərarın belə təcili hazırlanmasının mahiyyəti onun 11-ci maddəsində daha aydın görünür. Burada deyilir: "Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililər və yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə edilsin".

SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" qəbul etdiyi 754 saylı qərarda göstərilirdi ki, bu sənəd SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. 1948-ci il 10 mart tarixli qərarda artıq köçürmə ilə əlaqədar konkret tədbirlərdən bəhs olunurdu. Qeyd edilirdi ki, Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürülən kolxozçular özləri ilə əsas istehsal vasitələrini - kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu qüvvələrini, bütün növdən olan ev heyvanlarını və quşları, nəqliyyat vasitələrini və başqa əşyaları da apara bilərlər”.

N.Məmmədovun vurğuladığına görə, qərarda Ermənistan SSR və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılırdı ki, bir ay müddətində əhalinin əmlakının dəyərinin ödənilməsi qaydaları müəyyənləşdirilsin. O qeyd edir ki, köçürüləcək əhalinin yerləşdirilməsi, qoşqu vasitələrini və ev heyvanlarını apara bilmələri və digər məsələlər üzrə əlavə tədbirlər barədə Azərbaycan rəhbərliyi 1948-ci il fevralın 2-də və aprelin 14-də qərarlar qəbul etdi. “Azərbaycan hökuməti İrəvanda xüsusi nümayəndəliyini açdı və Mürsəl Məmmədov adlı şəxsi ora rəhbər təyin etdi.

SSRİ rəhbərliyi köçürülmə ilə bağlı həlledici qərarları Azərbaycan SSR hökumətinin üzərinə qoymaqla özünün tarix qarşısındakı məsuliyyətini "sığortalayırdı". Kommunist rəhbərlər bu incə siyasəti ilə, əslində, deportasiyanın əsl mahiyyətini ört-basdır etmək istəyirdilər. Tezliklə müəyyən olundu ki, Kreml rəhbərlərinin tələm-tələsik verdikləri qərarlar çox ağır sosial və siyasi bəlalar törətdi, köçürülənlərin ciddi narazılıqlarına səbəb oldu və böyük mübahisələr yaratdı. Bununla bağlı Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistandakı nümayəndəsi Mürsəl Məmmədovun M.C.Bağırova ünvanladığı 12 aprel 1948-ci il tarixli məktubunda deyilirdi ki, köçürülən azərbaycanlılar, ilk növbədə, öz daşınmaz əmlaklarını (evlərini) satmaq istəyirlər. Ancaq bu məsələdə böyük çətinliklərlə üzləşirlər. Hər gün kolxozçular müraciətlər edir, ancaq müsbət cavablar almırlar. Erməni rəhbərləri qəsdən və süni şəkildə əngəllər törədirlər ki, azərbaycanlılar mülklərini sata bilməsinlər. Hətta bəzilərinə evlərini satmağı qadağan edirlər. Məktubun sonunda deyilirdi: "...Məndə bu barədə kollektiv ərizələr vardır..."

Bundan başqa, Kür-Araz ovalığı suvarılan torpaqların istifadə idarəsinə tapşırıldı ki, köçürülən kolxozçulara texniki yardım göstərilməsi, yaşayış evlərinin tikilməsi və yardımçı təsərrüfatların yaradılması üçün onlara kömək etsin. Həmin il köçürülənlər üçün 2500 yaşayış evi tikmək nəzərdə tutulurdu. 1952-ci ildə Ermənistan SSR-dən köçürmə planı 24,6 faiz yerinə yetirildi. Köçürülənlər üçün evlər tikilməsi planına 80,6 faiz əməl olundu. Lakin bir mühüm məsələni qeyd etmək lazımdır ki, əhalinin kütləvi şəkildə köçürülməsinə etiraz bildirənlər və müqavimət göstərənlər getdikcə artır, bəziləri hətta geri qayıdırdılar. Araşdırmalar göstərir ki, deportasiya edilən azərbaycanlılar dövrün və zamanın sərt üzünə baxmayaraq, hətta Stalinin imzaladığı qərarlara da məhəl qoymurdular. 1948-1950-ci illərdə 376 təsərrüfatın geri qayıtması xəbərini Ermənistan Nazirlər Sovetinin sədri S.Karapetyan (29 may 1950-ci il tarixli teleqramında) Ermənistan üçün faciə hesab etmiş və dərhal ciddi tədbirlər görülməsini zəruri bilmişdi. Geri qayıdanların sayı Stalinin ölümündən sonra daha da sürətləndi.

Azərbaycana köçürülənlərin sayı ilə əlaqədar bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Sənədlərdən aydın olur ki, həmin illərdə rəsmi köçürmə ilə yanaşı, Ermənistanda yaradılmış dözülməz şəraitdən, təhqirdən canını qurtarıb Azərbaycana pənah gətirənlər də az olmamışdır. Hətta yerli rəhbərlər qərarda göstəriləndən daha çox azərbaycanlını müxtəlif yollarla torpaqlarından qovmağa çalışırdılar. Əksər hallarda erməni daşnakları və silahlı dəstələri azərbaycanlı ailələrin evlərinə soxulub onları təhqir edir, incidir və köçməyəcəkləri təqdirdə öldürməklə, mal-mülklərini dağıtmaqla hədələyirdilər. Həmin vaxtlarda kilsənin və erməni təbliğatının fəallaşması və mərkəzdən yararlanması azərbaycanlı əhalini ağır vəziyyətə salırdı. Ona görə ki, həm yerli partiya və hakimiyyət orqanlarından, həm Ermənistan, həm də SSRİ rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar özlərinin daşınmaz əmlakını ya ucuz qiymətə satır (əgər sata bilərdisə), ya da vahimədən tez qurtarmaq üçün mal-mülklərini orada qoyub qaçırdılar”.

Alimin vurğuladığına görə, araşdırmalar nəticəsində məlum olub ki, 1948-ci ildə 429 ailə (2384 nəfər), 1948-1950-ci illərdə isə 1000 təsərrüfatdan çox (7 min nəfər) azərbaycanlı ailəsi müxtəlif təzyiqlərə məruz qalaraq pərakəndə halda əmlaklarını qoyub Azərbaycana pənah gətirib. Bu isə dözülməz maddi çətinliklər törədirdi. Erməni millətçiləri azərbaycanlılar arasında müxtəlif şayiələr yayır, vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü. “Ermənistan ərazisində elə indinin özündə əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabazarlığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərilmişdi ki, 476-dan çox kənd istifadəsiz qalmışdır. Deportasiya ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirilmişdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətindən irəli gələn planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də ən incə metodlarla həyata keçirilmişdir.

Xüsusilə M.Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan M.Qorbaçov bütün məsələlərdə anti-Azərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. Həmin mövqe 1948-1953-cü illərdə azərbaycanlıların deportasiya siyasətində də özünü göstərmişdi. Sovet rəsmi sənədlərində bir çox köçürülməyə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyasının heç adı belə çəkilmirdi. Təəccüblüdür ki, SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında (41 il sonra) məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qanunsuzluğu, cinayətkarlığın etiraf olunduğu və onların hüquqlarının müdafiəsi haqqında bəyannaməsində azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsinə toxunulmur, bu hadisə deportasiya hesab edilmir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.

Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir” - deyə alim bildirib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910