Cümə axşamı günü, 05 noyabr 2026
     

Seçkilərlə Qarabağ sülh prosesinə iki təsir nümunəsi – Ermənistan üçün pozucu, Azərbaycan üçün sürətləndirici taktika…

Image


Azərbaycan daha bir mühüm seçkini arxada qoydu və ölkə artıq özünün yeni parlamentini formalaşdırır. Seçkilərə qədər belə iddialar səslənirdi ki, Azərbaycan bu mühüm tədbiri keçirdyindən, proses Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək və konfliktlə bağlı danışıqları arxa plana atacaq. Amma təcrübə göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda hansısa seçki Qarabağ məsələsinin gedişinə, xüsusən də danışıqlar prosesinə qətiyyən təsir etmir. Bunun ən bariz sübutu elə xarici işlər nazirlərinin son Cenevrə danışıqları oldu.

Xatırladaq ki, yanvarın 28-30-da Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Özü də Cenevrə görüşü son illər ərzində tərəflər arasında ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, həmçinin münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələlərini qeyd etmək lazımdır. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Digər tərəfdən məlumdur ki, Cenevrə görüşünə qədər Azərbaycanda parlament seçkilərinin keçriləcəyi məlum idi. Çünki bu xüsusda qərar ötən ilin sonunda verilmişdi. Amma seçkilərə rəğmən, Azərbaycan Ermənistan tərəfi ilə intensiv bir görüş keçirdi və bunun davam etdirilməsi istiqamətində də qərar qəbul etdi.

Bütün bunlar bir daha onun sübutu sayılır ki, Azərbaycanda istənilən seçki və ya referendum Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə təsir etmir. Bundan əvvəl keçirilən belə tədbirlər fonunda da Azərbaycan Qarabağ danışıqlarını davam etdirib. Amma Ermənistana gəldikdə, vəziyyət tamam fərqlidir. Burada istənilən seçki dərhal Qarabağ məsələsi ilə bağlı danışıqların uzanmasına səbəb olur. Bunun sübutu kimi bu ölkədə 2018-ci ilin sonunda baş tutan parlament seçkilərini göstərmək olar. Məhz həmin seçkiləri əsas gətirən Ermənistan Qarabağ münaqişəsi ilə bağlı danışıqları, demək olar ki, dondurdu. Ermənistanda 9 dekabrda keçirilən növbədənkənar parlament seçkilərindən sonra da Paşinyan iqtidarının formalaşdırılması prosesinin getməsi əsas gətirilərək, ötən il ərzində də kofnliktin çözümü ilə bağlı heç bir addım atılmadı. Qarabağ məsələsi ilə bağlı danışıqlarda intensivlik 2019-cu ildə mümkün olmadı.

Əslində, cari ildə də Ermənistan referendum oyununu əsas gətirib Qarabağ danışıqlarda daha bir müddət üçün fasilə yaratmağı düşünür. Məlumdur ki, Nikol Paşinyan iqtidarı ölkədə konstitusiya dəyişikliklərinə getməyə hazırlaşır. İndi Ermənistan siyasi gündəmini birbaşa bu mövzu zəbt etdiyindən, Qarabağ məsələsi yenə arxa plana atılıb. Erməni mətbuatı yazır ki, artıq növbədənkənar keçirilən parlament iclasında “Milli Məclisin nizamnaməsi”, “Referendum haqqında”, “Konstitusiya məhkəməsi haqqında” konstitusiya qanunvericiliyində dəyişikliklər və əlavələr edilməsi, konstitusiyada dəyişikliklər aparılması ilə bağlı qanun layihəsi müzakirə edilib. Konstitusiyada dəyişikliklərin əsas məqsədi artıq parlamentin saytında bu şəkildə yerləşdirilib:
“Konstitusiyanın 7-ci başlığı qüvvəyə minənədək təyin edilmiş konstitusiya məhkəməsinin sədri və üzvlərinin səlahiyyət müddəti dayandırılır”.
Yəni bütün bu konstitusiya və qanunvericilik dəyişikliklərinin məqsədi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyandan və fəaliyyətdə olan Konstitusiya Məhkəməsinin üzvlərindən yaxa qurtarmaqdır.
Ermənistanın “168.jam” nəşrində dərc olunan məqalədə qeyd olunub ki, bu məqsədə çatmaq üçün iqtidar hakimiyyətin qolları arasında tarazlıq və qarşılıqlı təmkin prinsiplərini yerlə-yeksan etməyi hədəfləyərək, ayrıseçkilik qoymadan hər növ üsula əl atır: “Artıq bu dəyişikliklərə dair çoxsaylı dəyərləndirmələr aparılıb. Bununla da heç bir məhdudiyyəti olmayan hakimiyyətin ələ keçirilməsinin baş verəcəyi qeyd edilir. Qanuni ifadələrdən asılı olmayaraq, ciddi siyasi fəaliyyətlə üzləşmişik. Bu dəyişikliklər nəticəsində hakimiyyət iri addımlarla avtotarizmə doğru irəliləməkdədir. Bu, Paşinyanın fərdi hakimiyyət səlahiyyətlərinin bərqərar edilməsi istiqamətində atılan addımlarının bariz nümunəsidir ki, bu da Ermənistana olduqca baha başa gələ bilər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanla bağlı hesabat və dəyərləndirmələrini daha da sərtləşdirəcək. Bu baş verməzsə, həmin beynəlxalq birliyin başqa bir məqsəd naminə anti-demokratik prosesə göz yumduğunu göstərəcək. Ermənistan hakimiyyətindən hər hansı bir məsələ ilə bağlı güzəşt və ya qərar verilməsi məqsədini güdəcək. Bu, Ermənistan üçün əsl problemdir, əsas çağırışdır. Bu addım ilk növbədə parlament müxalifətinə olan çağırışdır. Nəticədə hakimiyyətə gəlincə atılan bu addımlarla gələcəkdəki digər hakimiyyətə faktiki əsas hazırlayır ki, keçmişə qayıtmaq və bu hakimiyyəti ələ keçirmək prosesinə hüquqi qiymət vermək mümkün olsun. Keçmişə qarşı mübarizə apararaq öz siyasi gündəliyini quran hakimiyyət üçün bəlkə də bu normal görünür. Ancaq dövlət və cəmiyyət üçün bu, normal hal deyil. Bu yolla keçmişə qayıtmaq, keçmişi təmizləmək üçün dövrə vurmaqla hər şey əzilir. Hətta bura Qarabağ münaqişəsi də daxildir. Aydındır ki, konstitusiya oyunu davam etdiyi müddətdə Qarabağ konflikti arxa plana atılacaq. Bununla da Azərbaycan razılaşmaq niyyətində deyil. Belə olan təqdirdə danışıqlarda fasilə yaransa, savaş ehtimalı ön plana çıxacaq”. Bunu rus siyasi analitik Vladimir Yevseyev də istisna etmir. O bildirir ki, Azərbaycan Ermənistanda hansısa siyasi prosesə görə Qarabağ danışıqlarını təxirə salmağı düşünmür: “Azərbaycan yeni hərbi əməliyyat üçün əlverişli məqam axtarmağa paralel olaraq ATƏT-in Minsk Qrupunun himayəsi altında görüşlər keçirə bilər. Amma bunun üçün Ermənistanın da intensiv danışıqlara təşəbbüs göstərməsi vacibdir”.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə, xüsusilə də bir neçə gün bundan öncə Cenevrədə baş tutmuş nazirlərin iki günlük görüşünə toxunarkən ekspert bildirib ki, Bakı nəticəsi olan danışıqlarda maraqlıdır. Yevyevin sözlərinə görə, bu fonda Cenevrədə görüş olduqca uzun müddət davam edib, çünki tərəflər bəzi humanitar layihələrin həyata keçirilməsi detallarını, onların formatlarını müzakirə edir:“Mən nizama salınmaya düşünülmüş proses təsəvvür etmirəm, tərəflər uzun müzakirələr edə bilər, lakin hazırkı anda nə Azərbaycan, nə də Ermənistan həll prosesində hər hansı bir şeydən imtina edəcək, yəni dəstəklədiyi prinsipi güzəştə getməyəcək, bu münaqişə halında, siyasi həll halında isə güzəştlər qaçılmazdır. Amma danışıqlar olmasa, savaş mümkündür. Ermənistanda baş verənlər, xüsusən də konstitusiya dəyişiklikləri danışıqları arxa plana atır. Elə Bakının da qəbul etmədiyi budur”.

Digər tərəfdən, Ermənistan təkcə öz daxilində yox, həm də zəbt edilmiş ərazilərdə “seçki“ şouları təşkil etməklə danışıqları yubandırmağa daim xüsusi cəhd edir. Xatırladaq ki, qondarma Qarabağ rejimində yeni “prezident” və “parlament” seçkisi martın 31-də keçiriləcək. Separatçı rejimdə “prezident seçkisi” uğrunda mübarizədə Vitali Balasanyan, Masis Mailyan, Araik Arutyunyan, Aşot Qulyan, David İşxanyan və digərləri iştirak edəcəklərini açıqlayıb. “Seçki”də əsas mübarizənin hazırkı Ermənistan hakimiyyəti ilə Qarabağ klanının prezident postuna nəzarəti uğrunda aparılacağı vurğulanır. Elə bu fonda İrəvan bu məsələni də əsas gətirib Qarabağ danışıqlarını arxa plana atmağa can atır. Düzdür, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar keçirir. Amma onların nəticələrinə görə beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir "seçkilər"in tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir. Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur. O da faktdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər"i demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə "demokratiya ixracı"nın yalançı görüntüsünü yaratmaqla, həm də  Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsinə maneə yaradır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət etməyə salışır. Amma Bakı artıq düşmənin belə oyunlarına icazə vermək niyyətində deyil və hansısa seçki məsələsi ilə bağlı danışıqların təxirə salınması savaşı daha da yaxınlaşdırır.

Nahid SALAYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ