Cümə axşamı günü, 05 noyabr 2026
     

BMT-də bir söz, Xankəndidə başqa söz deyən “rəhbər” - Ermənistana sərt Qarabağ xəbərdarlığı...

Image


Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin dalana dirənməsinin savaş ehtimalını artırmasına dair artıq beynəlxalq miqyasda da ciddi həyəcan təbili çalınır. Etiraf olunur ki, Ermənistan rəhbərliyi açıq surətdə danışıqları dalana yönəltməyə çalışır. Belə vəziyyətdə Azərbaycan ən yüksək səviyyədə xəbərdarıq edib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı və hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər. Yəni Azərbaycanın bu durumda istənilən an güc yolu ilə işğala son qoyması mümkündür.

Hadisələrin bu səpkidə inkiaşfının qarşısının alınmasının yeganə yolu isə Ermənistanın konstruktiv mövqeyə gəlməsi üçün ona təzyiqlərin artırılmasından keçir. Bunu avropalı hərbi ekspert Treysi German da xüsusi olaraq vurğulayır: “İrəvanın Qarabağ məsələsində mövqeyi sadəcə müharibəni tətiklməkdən başqa heç nəyə xidmət etmir. Çünki Ermənistan Azərbaycanla müqayisədə olduqca zəifdir. Təkcə hərbi xərclərə diqqət yetirməklə də bunu görmək olar. Adətən Qarabağ kimi münaqişlərin təmkini üçün tərəflər güc balansını qorumağa çalışırlar ki, tərəflərdən biri digərinə qarşı böyük üstünlük əldə etməsin. Bu, münaqişəni təmkinli etmək üçün hədsiz dərəcədə vacibdir. Əlbəttə, bu, qeyd edilən ölkənin imkanlarından, resurslarından asılıdır. Bu mənada, balans status-kvonun saxlanması zəmanətlərindən biridir. Lakin indiki vəziyyətdə Ermənistan Azərbaycanla aralarındakı fərqi qətiyyən azalda bilməz. Əksinə, Azərbaycan daha sürətlə önə çıxır.

Bir halı da müşahidə etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda konstruktiv danışıqlar yoxdur. Yəni danışıqlar var, lakin hansısa razılıq yoxdur, tərəflər təhdid mübadilələri aparır, cəbhə xəttində zaman-zaman qurbanlar, yaralılar qeydə alınır, gərginlik alovlanır və bu, müharibənin yenidən başlaması təhlükəsidir. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması Ermənistana çox ciddi zərbə olar və rəsmi İrəvan bunu nəzərə almalıdır”. Rusiyanın Hərbi Proqnozlar Mərkəzinin rəhbəri, hərbi ekspert Anatoli Tsiqanyuk isə qeyd edir ki, Ermənistan burada həm də güclü Azərbaycan qarşısında yalnız olduğunu unutmamalıdır. O, artıq Rusiyanın Ermənistiandan üz döndərdiyini və günahkarın da İrəvan özü olduğunu qeyd edir: “Ermənistanda tendensiyalar Rusiyanın xeyrinə deyil, söhbət proseslərdən gedir. Təbii ki, bu, ikitərəfli əməkdaşlıq və təhlükəsizlik münasibətlərinin xeyrinə deyil.

Belə şəraitdə Qarabağ bölgəsində dramatik inkişafların olacağı mümkündür. Bakı mövqelərini yeni geosiyasi durumda xeyli möhkəmləndirib. Danışıqlar masasında nəticələrin olmamasına görə ritorika gərginləşir”. Ekspertin sözlərinə görə, bu, həll edilməmiş münaqişənin mövcudluğu halında narahatedicidir: “Lakin mənim üçün Ermənistanın təhlükəsizliyi ilə əlaqəli olan daha narahatedici digər hallar var. Məsələ burasındadır ki, hazırkı Ermənistan hökumətində keçmişdə Vaşinqtonla əməkdaşlıq etmiş və ya hazırda əməkdaşlıq edən xadimlər var. Ermənistanda məsələ qaldırılır ki, Ermənistanda rus hərbi bazası olmamalıdır. Bu o deməkdir ki, kimsə amerikalıların problemini həll edir. Çünki amerikalılar hesab edirlər ki, Ermənistanda rus hərbi bazası olmamalıdır və bu, Ermənistan üçün son dərəcə pisdir”. Ekspert bildirib ki, Ermənistanda hökm sürən vəziyyət Rusiya üçün getdikcə daha pis olur: “Tendensiyalar Rusiyanın xeyrinə deyil, söhbət proseslərdən gedir. Təbii ki, bu, ikitərəfli əməkdaşlıq və təhlükəsizlik münasibətlərinin xeyrinə deyil. Amma Ermənistan burada Azərbaycan qarşısında çox zəif mövqeyə düşəcəyini də yaddan çıxarmamalıdır”.

Beynəlxalq səviyyədə edilən bu xəbərdarlıqların nəticəsi olacağına dair Ermənistanın özündə də narahatlıqlar az deyil. Məsələn, “Mənim Addımım” fraksiyasının deputatı Tatev Hayrapetyan bildirib ki, Azərbaycan ilk fürsətdəcə onları əzməyə hazırdır: “Biz Bakının istənilən mümkün ssenarisinə hazır olmalıyıq”. O qeyd edib ki, Azərbaycan hər an əməliyyatlara başlaya bilər və Ermənistan hər halda Bakının istənilən mümkün ssenarisinə hazır olmalıdır. Amma Ermənistan Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov bildirir ki, ölkəsi Azərbaycanla qarşıdurmaya hazır deyil və bu, Azərbaycana da yaxşı məlumdur: “Biz regionda təklənmiş vəziyyətdəyik. Baş nazir Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin parlaq olduğunu və Qarabağ məsələsində yeni konsepsiyanın formalaşdırılmalı olduğunu bildirib. Paşinyanın konsepsiyası nə Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın konsepsiyasının davamıdır. Biz elə də görmədik ki, onun konsepsiyası hansıdır. Bəlkə də bu, Düşənbə liftində qaranlıq razılaşmaların əldə olunmasıdır. Lakin bir şey aydındır ki, müttəfiq ölkəmiz xarici işlər nazirinin dodaqları ilə “Valday” klubunda danışıqları qeyri-konstruktiv kursla apardığı üçün Ermənistan rəhbərliyinə ittiham səsləndirir. Keçmiş üç prezident dövründə hansısa həmsədr ölkənin xarici işlər naziri Ermənistan hakimiyyətinin ünvanına birbaşa olaraq bu kimi ittiham səsləndirməyib”. Şarmazanov qeyd edib ki, Paşinyanın bəyanatından sonra həmsədr ölkələr Paşinyana sarı vərəqə göstərdi, Sergey Lavrov isə danışıqları qeyri-konstruktiv kursla aparmaqda Ermənistan hakimiyyətinin ünvanına birbaşa mətnlə ittiham səsləndirdi: “Bu, Azərbaycana kart-blanşdır və bunun günahkarı bugünkü hakimiyyətdir. Mən heç vaxt Qarabağ məsələsində birinci prezidentin tərəfdarı olmamışam, lakin düzgünlüyə hörmət edən xadiməm. Levon Ter-Petrosyan ölkəmizin ilk prezidentidir, onun öz fikri olub, Paşinyandan fərqli olaraq, xoşumuza gəlməyən fikrini ən azından açıq söyləmək cəsarəti var. Lakin Paşinyan, Ter-Petrosyandan fərqli olaraq, diametrik şəkildə fərqli şeyi deyir. Biz səhər bir şey deyən, axşam tamamilə başqa bir şey söyləyən, BMT tribunasında bir söz, Xankəndidə isə fərqli söz danışan rəhbərin dövründə yaşayırıq. Bu rüsvayçılıqdır. Dövlət xadimi proqnozlaşdıra bilən olmalıdır. Müxalif Paşinyan səhərdən axşama qədər KTMT-ni tənqid edə bilməz ki, bu gün ölkənin baş naziri olaraq KTMT konfranslarında 11 dəfə “spasipo” xərcləsin. Belə olmur - sən ya tərəfdarsan, ya dostsan, ya da qarşısan. Paşinyanın siyasətinə görə, Ermənistan təklənib. Azərbaycan isə əksinə, Rusiya ilə daha da yaxınlaşır, yeni tərəfdaşlar qazanır”.

Erməni hərbi ekspert Karen Vrtanesyan da eyni mövqeni bölşür. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: “Çünki Ermənistan hakimiyyəti Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyi və vasitəçiliyini itirib.  Ermənistan ümumilikdə bütün təhlükəsizlik fəlsəfəsini itirib. Artıq bilirik ki, Azərbaycanın 2020-ci il üçün büdcə layihəsinə əsasən, müdafiə xərcləri 3 milyard 853 milyon manat,  təxminən 2 milyard 267 milyon dollar təşkil etməlidir ki, bu da ötən ilin 3 milyard 187 milyon manatından 20,9 faiz çoxdur. Azərbaycanda büdcə artması rəsmi olaraq iqtisadi artımla izah olunur. Eyni format 2019-cu ilin iyununda cari ilin büdcəsində, o cümlədən müdafiə xərclərinin artırılmasında verilmişdi. Lakin müharibəyə hazırlaşan ölkə üçün hərbi büdcənin artırılması məntiqlidir. Azərbaycan heç vaxt Qarabağ problemini hərbi yolla həll etmək istəyini gizlətməyib”. Vrtanesyan qeyd edib ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən geri qalır: “Lakin biz ümumi büdcəmizə və iqtisadi artımımıza uyğun dərəcədə müdafiə xərclərimizi ardıcıl olaraq artırmalıyıq. Ümumi büdcə artımına paralel olaraq müdafiə xərcləri də ən azından eyni mütənasibliklə artmalı idi. Amma bunu edə bilmirik. Üstəlik, bu şəraitdə Rusiyanın da dəstəyini itirməyimiz bizi çıxılmaz vəziyyətə salır”.

Beləliklə, Rusiyanın dəstəyinin itirlməsi və Azərbaycanın hərbi xərclərini artırması indi Paşinyan iqtidarı üçün ciddi ittiham mənbəyinə çevrilib. Paşinyan və tərəfdarları bu vəziyyətdə özlərini daha çətin müdafiə edirlər. “Mənim Addımım” fraksiyasının deputatı, Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü Hayk Sarkisyan 2020-ci il üçün dövlət büdcəsində ölkəsinin  hərbi müdafiə xərclərinin 0,8% artırılması məsələsinə toxunarkən bu xüsusda bildirib: “Büdcə vəsaitləri vergi ödəyicilərinin verdiyi vergilərdən formalaşır və hərbi müdafiə xərclərinin artırılması ölçüsü hökumətdən asılı deyil. Hökumətimiz gəlirləri bərabər paylayır və onları xərclərə çevirir. Bu, yalnız bizim hökumətimizin məsələsi deyil. Əvvəlki illərdə də Azərbaycanın hərbi müdafiə büdcəsinin artırılması Ermənistanın hərbi müdafiə büdcəsinin artırılmasını üstələyib”. Erməni deputatın sözlərinə görə, hökumət vəsaitlərin qiymətləndirilməsini, xərclərin həyata keçirilməsini və büdcə paylanmasını ehtiyaclara, zərurətə görə yerinə yetirir: “Məsələn, yolların təmiri hərbi əhəmiyyətə malikdir. Elə xərclər var ki, onlar Müdafiə Nazirliyinə göndərilmir, lakin dolayı yolla ölkəmizin müdafiə möhkəmliyini yüksəldir”. Amma düşmən ölkədə bəyan edilir ki, hakimiyyət tərəfdarlarının arqumenti qətiyyən əsaslı deyil və Azərbaycanın artan üstünlüyünü belə cəfəng formada pərdələmək hakimiyyəti gülünc vəziyyətə salır. O da bildirilir ki, yaranmış vəziyyətdə Azərbaycanın istənilən an hərbi əməliyyata başlayıb lazımi nəticələr əldə etməsinə erməni cəmiyyəti hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ