Cümə axşamı günü, 05 noyabr 2026
     

Ankaranın Suriya uğurları və İrəvanı titrədən səbəb – Qarabağda status-kvonu saxlamaq mümkünsüzləşir

Image


Qardaş Türkiyənin "Sülh çeşməsi" əməliyyatı çərçivəsində Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar PKK terrorçularının bölgədə mövqeyinin əhəmiyyətli dərəcədə sıxışdırılması ilə müşayiət olunur. Artıq əməliyyatın gedişində zərərsizləşdirilən YPG, PKK terrorçularının sayı 600-ə yaxınlaşır. Əməliyyatın gedişində Tel Abyad mahal mərkəzi də tamamilə PKK terrorçularından təmizlənib.

Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib. Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG və onun bağlı olduğu PKK terrorçularından təmizlənib. Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib: "Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq". Türkiyəli ekspert Coşqun Başbuğ bildirir ki, Türkiyə Silahlı Qüvvələrindən başqa heç bir ordu belə bir əməliyyatı bu cür tez və dəqiqliklə icra edə bilməzdi:

“Əməliyyat sürətli və dəqiq şəkildə davam edir. Əməliyyat səhvsiz icra edilir, nə ölkə içərisində, nə də ölkədən kənarda yanlış hədəf vurulub. Dünyada bu tip əməliyyatları bu qədər sürətli və uğurla təşkil edə biləcək tək ordu türk ordusudur”.  Türkiyənin sürətlə irəliləməsi və əldə etdiyi uğurlar Qərbdə, xüsusən də ABŞ-da müəyyən təşviş yaradır. Baş verənlər həm də kürdlərlə Qərb dövlətləri arasında yeni nifaqın yaranmasına səbəb olub. Maraqlıdır ki, Türkiyənin bu uğurlarından ciddi təşviş keçirən tərəflərdən biri də Ermənistandır. Ermənistanın “1in.am” saytı bunun səbəblərini belə izah edir: “Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat Ermənistanda geniş ictimai rezonans doğurub. Erməni nöqteyi-nəzərincə, burada sanki elə də aktual olmayan, lakin eyni zamanda erməni mövcudluğu mövzusu və ya narahatlığı olan bir reallıq kifayət qədər çox yer tutur. Cəmiyyətin bir hissəsi soruşur: “Niyə ABŞ öz müttəfiqi olan kürdləri müdafiə etmədi?”. Və bu sual kontekstində deyirlər: “Niyə Ermənistan təhlükəsizlik baxımından Rusiyaya etibar etməlidir?”.  Rusiya hərbi bazası olmazsa, Türkiyə günün birində Ermənistanı da işğal edə bilər.

Cəmiyyətin digər hissəsi isə sual edir:“Nə üçün ruslar Türkiyəni durdurmur, axı onlar Suriyanın suverenliyinin müdafiəçisi mövqeyindən çıxış edirlər?”. Belə sual verənlər də ola bilər: “Nə üçün Tehran Ankaranın qarşısını almır, axı onun da Suriyada əhəmiyyətli maraqları və iştirakı var?”. Məişət və ya internet səviyyəsində bu suallar, ola bilsin, yerindədir və ya “Bu sualların yeri bu səviyyədir” demək daha düzgün olardı. Çünki məqsəd yalnız simpatiya və ya antipatiyanın arqumentləşdirilməsi olduqda, siyasi səviyyədə bu sualların verilməsi tamamilə yersiz olur. Aydındır ki, Suriyanın şimalındakı kürd qüvvələrini hərə bir səbəblə atıb və ya tərk edib. Özünə xas olan daha açıqlıqla və necə deyərlər, üzgörənlik etməyən ritorika ilə ABŞ prezidenti Donald Tramp çıxış etdi. O, birbaşa bəyan etdi ki, kürdlər İkinci Dünya Müharibəsinədək Amerika maraqlarını yetəri qədər dəstəkləməyiblər.

Ərdoğan Suriyaya müdaxilədən öncə yalnız Trampa deyil, Putinə də zəng edib. Putinin nə dediyi məlum deyil, lakin aydındır ki, ruslar mane olmadılar. Hərəsi bir yol seçməklə, praktiki, heç kim mane olmadı. Hərənin bir motivi, səbəbi vardı. Ola bilsin, gözləyirdilər ki, kürdlər Ankaranın boğazında “qalacaq”. Və ya sadəcə Suriyanın bu parçası Ankaraya çatacaq və müharibə yolu seçilib, çünki başqa yolla alması mümkün olmazdı. Ümumiyyətlə, uzun illərdir Suriyada hadisələrin praktiki olaraq öz dövriliyinə uyğun şəkildə hansı məntiqlə inkişaf etməsi həddindən artıq dumanlıdır. Bir şey aydındır ki, region uzun illər ərzində insan faciəsi mühitinə çevrilib. Lakin böyük siyasət kontekstində bu asılı durum, təbii, ən mühüm vəzifə, maraqlar uğrunda aparılan sərt mübarizədir. Burada ABŞ-ın kürdləri nə üçün qorumadığı və ya rusların nə üçün Türkiyəni durdurmadığı, o cümlədən türklərin Suriyaya necə müdaxilə ediblərsə, bir gün Ermənistana da elə müdaxilə edə biləcəkləri və yenə onları kimsənin durdurmayacağı haqqında düşünmək primitiv olur.

Axı sonunda hər bir dövlətin və xalqın risq və çağırışları, hər şeydən öncə, onun maraqlarının dəqiq ifadə olunması və beynəlxalq güc mərkəzlərinə təqdim olunması ilə şərtlənir. Və bu məsələdə hər hansı bir digər xalqın “nümunəsi”, çox yaxşı və ya faciəli olmasından asılı olmayaraq, heç bir şəkildə “tipik” ola bilməz. Sadəcə, öz davranışını öyrənmək və inkişaf etdirmək məsələsi, necə deyərlər, dərslik materialı ola bilər.

Qlobal inkişaf prosesində hər hansı bir dövlətin və ya xalqın təhlükəsizliyi öz ərazisində hər hansı bir ölkənin hərbi bazasının mövcud olmasından deyil, milli maraqların və təhlükəsizliyin güc mərkəzlərinin maraqları və təhlükəsizliyi ilə nə dərəcədə uzlaşdırılmasından asılı olur. Baza varsa belə, yuxarıda göstərilən müqayisədə olduğu kimi, yenə də bu hərbi bazanın nəyə xidmət edəcəyi şəraitdən asılı olacaq. Aydındır ki, kürdlər bu uzlaşdırmaya nail ola bilməyiblər. Ermənistanın da bütövlükdə, geniş kontekstdə buna nail olduğunu demək olmaz. Bunu şərtləndirən səbəblərdən biri də  Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun saxlanmasının getdikcə çətinləşməsidir.  Ermənistanın strateji vəzifəsi status-kvonun saxlanması olsa da, bu mümkünsüzləşməkdə davam edir”.  Bununla yanaşı, portal Azərbaycanın hərbi cəhətdən güclənməsinin, Türkiyənin regionda artan mövqeyinin və Rusiyanın İrəvandan uzaqlaşmasının prosesə daha böyük sürətlə təsir etdyini də xüsusi vurğulayır. Bu səbəbdən Türkiyənin Suriya qələbələri Ermənistanda böyük ajiotaj yaradır. Hesab edilirk ki, Yaxın Şərqdə istəklərinə nail olduqdan sonra Türkiyənin diqqəti Qafqaza daha çox yönələcək və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ