Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyevlə Qaxariya Gürcüstan-Azərbaycan dostluğunun düşmənlərini məyus etdilər

Image


Gürcüstanın bir dövlət olaraq sosial-iqtisadi inkişafında Azərbaycanın kifayət qədər mühüm rol oynaması heç kimə sirr deyil. Məhz Azərbaycanın həyata keçirdiyi transmilli layihələr nəticəsində bu qonşu ölkə həm də dünya üçün maraq kəsb edir. İki ölkə arasında münasibətlərin belə inkiaşfından narahat olan qüvvələr də az deyil və onların başında Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlayan, Gürcüstana qarşı ərazi iddiaları olan Ermənistan gəlir.

Proseslər bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın onun üçün hansı əhəmiyyət kəsb etdyini rəsmi Tiflis də yaxşı başa düşür. Elə Gürcüstanın yeni baş naziri Giorgi Qaxariyanın ilk səfərini məhz Azərbaycana etməsi də bu xüsusda çox söz deyir. Gürcüstanın xarici işlər naziri David Zalkaliani məsələ ilə bağlı bildirir: "Gürcüstan baş naziri Giorgi Qaxariyanın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir". Onun sözlərinə görə, bu səfər həmçinin beynəlxalq əhəmiyyət daşıyıb: "Bu səfər göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir. Səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunub və regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb edən, olduqca uğurlu nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib".

O vurğulayıb ki, Gürcüstanın baş naziri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə “Keşikçidağ”  məbəd kompleksi ilə bağlı məsələni də müzakirə edib: "İki ölkə arasında istənilən mübahisəli məsələnin strateji tərəfdaşlıq münasibətlərinə uyğun formada həll olunması çox vacibdir. Biz Azərbaycandan məsələ ilə bağlı əhəmiyyətli nəticə ilə qayıtmışıq. Əminəm ki, Gürcüstan və Azərbaycan tərəfi “Keşikçidağ”la bağlı məsələni hər iki tərəf üçün məqbul olan formada həll edə biləcək". XİN başçısı “Keşikçidağ”la bağlı məsələnin olduqca həssas olduğunu qeyd edib. O, ictimaiyyəti məsələ ilə bağlı hər bir söz, ifadə və addıma xüsusi diqqət və ehtiyatla yanaşmağa çağırıb.

 Bakıdan səfərdən qayıdan Giorgi Qaxariya özü isə hökumətin iclasında bildirib ki,

Azərbaycan “Keşikçidağ” monastırını yenidən gürcü zəvvarların ziyarətinə açır. Xatırladaq ki, Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı. Giorgi Qaxariya isə qeyd edir: “Oktyabrın 11-dən etibarən “Keşikçidağ” kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq.  Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”.

Baş nazir qeyd edib ki, “Keşikçidağ” məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir. Qaxariya Gürcüstan vətəndaşlarını “Keşikçidağ” məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”. Xatırladaq ki, Giorgi Qaxariya Bakı səfəri ərəfəsində gürcü Patriarxı ikinci İlya Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət ünvanlayaraq Bakını “Keşikçidağ” monastırına girişi açmağa çağırmışdı. Məktubda yer alan məqamlar onun bu məsələdə heç də gürcü hökumətinin mövqeyinə uyğun davranış sərgiləmədiyini göstərdi. Bu mənada Giorgi Qaxariyanın hökumətin iclasında dedikləri və yalançı vətənpərvərlik ifadələrinin “Keşikçidağ” monastırı ətrafında qalmaqal yaratmaq istəyən qüvvələrə bir mesaj olması da şübhə doğurmur. Baş verənlərlə bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Azərbaycan Gürcüstanın yeni baş naziri Giorgi Qaxariyanın rəsmi səfər etdiyi ilk dövlətdir. Bu sayaq görüşlər, adətən, qonşu başçılarla şəxsi tanışlığa xidmət edir. Lakin Gürcüstan baş nazirinin vəzifəsi çətindir – Gürcüstanın katolikos-patriarxı İliya orta əsrlər “David Qareci” (“Keşikçidağ”) monastır kompleksi ətrafındakı durumu tənzimləmək xahişi ilə ona müraciət edib. İkinci İliyanın Qaxariyanın  Bakı səfəri ərəfəsində elan edilmiş məktubunda deyilir ki, Azərbaycan tərəfi 1938 və 1996-cı illər sazişlərindən uzaqlaşaraq “faktiki olaraq Udabno və Çiçxitura monastırlarını mənimsəyib”. Beləliklə, Qaxariyanın üzərinə çox mürəkkəb missiya qoyulub. Bunun icrası bütünlükdə və yalnız Bakının xeyirxah iradəsindən asılıdır. Bu arada Azərbaycan mediası yazır ki, heç kimlə uzlaşdırmadan öz ərazisində sərhəd məntəqəsi açmaq hər bir dövlətin suveren hüququdur. Bildiilir ki, Azərbaycan ərazisində yerləşmiş tarixi abidələr, o cümlədən xristian abidələri Azərbaycana məxsusdur və bu haqda qərarı ancaq rəsmi Bakı qəbul edir. Belə məsələlərdə ərazi amili üstün olur, fərziyyələr və gümanlar, milli və dini təsəvvürlər deyil… Çağdaş dünyada hüquqi məsələlərdə tarixi fərziyyələr deyil, de-yure ərazi və sərhədlər əsas götürülür: “Qeyri-konstruktiv mövqeyə gəlincə, gürcülərin bu ölkənin bəzi siyasətçilərinin xeyirxah qonşuluqdan çiyrindirən lüzumsuz, hətta fitnəkar davranışını yada salmaları pis olmazdı”.

Bununla belə, “David Qareci” ətrafındakı hadisələr Gürcüstanın ictimai fəallarını yenidən “oyadıb”. Onların qeyri-formal liderləri bu ilin aprelində keçirilmiş aksiyalara bənzər yeni aksiyalar təşkil etməyə hazırlıqdan danışmağa başlayıblar. Onlar o zaman monastır kompleksi ərazisində Gürcüstan bayrağını ən yüksək nöqtələrdən birinə taxıblar, bir sıra başqa hərəkətlər isə Azərbaycan sərhədçilərilə, xoşbəxtlikdən, tezliklə yoluna qoyulmuş xırda insidentlərə səbəb olub. Aydındır ki, hələ dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başa çatmağı haqda demirik, ora baş çəkməyin şərtləri haqda aydın saziş bağlanmaynca iki qonşu ölkənin münasibətlərini  kəskinləşdirmək səbəbinə çevrilmək monastır kompleksinin qismətidir. Hüdudları təyin etmək üzrə birgə Azərbaycan-Gürcüstan komissiyası tərəfindən işlər bir neçə ildir aparılır və nəticəsiz, ləng xarakter alıb”. Burada bir məqamı da qeyd edək ki, sərhədlərin danışıqlar yolu ilə müəyyən olunması bu gün rəsmi Bakı və Tiflisin maraq dairəsindədir. Amma Gürcüstanda müəyyən qüvvələr hələ də məsələyə təxribatçı don geyindirməyə çalışır və burada erməni lobbisinin rolunun olması heç kimə sirr deyil. Bu səbəbdən hesab edilir ki, Tiflis özü belə qüvvələrin neytrallaşdırılması üçün daha sərt hərəkətə keçməlidir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ