şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan - KTMT münasibətləri məsələsinin Ermənistana təsirləri səngimir…

Image


Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  hər hansı bir status üçün müraciət etməsə də, bu məsələ ətrafında Ermənistanda narahatlıq səngimir. Düşmən ölkədə rəsmi və qeyri-rəsmi səviyyədə verilən açıqlamalardan belə bəlli olur ki, Azərbaycan KTMT-yə hər hansı formada qoşulmaqla Ermənistanın mövqeyini burada tam şəkildə sarsıdacaq.

Halbuki, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev elə bu günlərdə bəyan edib ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük üçün müraciət etməyib: "Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir".

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Yuri Borisovun İrəvanda verdiyi son açıqlmalar bu məsələ ətrafında Ermənistanda belə ajiotajın yaranmasına səbəb olub. Borisov həmin vaxt bildirmişdi ki, Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusu almağına qarşı deyil. Məsələyə yenidən qayıdan erməni politoloq Sarkis Artsruni bildirir ki, Moskva, İrəvanın istəklərinə rəğmən, KTMT çərçivəsində Azərbaycanla əməkdaşlığa meyllidir: “Rəsmi ideologiyadan üz döndərsək, Borisovun Rusiyanın imperiya siyasəti kontekstində çox təbii bir fikir açıqladığının şahidi olarıq. Moskva üçün KTMT və AİB postsovet məkanında təsirini rəsmiləşdirməyə çalışan vasitələrdir. Moskva ilə Bakı arasındakı hərbi-texniki, siyasi, iqtisadi münasibətlər müttəfiq xarakterlidir və Moskva tərəfindən Bakının Avrasiya layihələrində iştirakının istənilən formatının məqbul hesab edilməsi təbii haldır. Heç bir şübhə yoxdur ki, gec-tez Bakı belə bir dəvət alacaq və bəlkə də erməni maraqları hesabına başqa bir Rusiya-Azərbaycan pərdəarxası razılaşmasının şahidi olacağıq”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın KTMT-də müşahidəçi statusuna qarşı çıxa bilər, lakin Ermənistanı kənara itələməklə təşkilatın bütün üzvləri Azərbaycanın müraciətinə razı olduqda, “konsensus-mənfi Ermənistan” razılaşması da İrəvan üçün olduqca əlverişsiz və təhlükəli ola bilər: “Əlbəttə ki, təlaşa düşmək və tələsik qərarlar qəbul etmək lazım deyil, ancaq KTMT-də olmağın və ya olmamağın dilemmasını məcbur edən fors-major vəziyyətlərə hazır olmaq lazımdır”. O qeyd edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə zəmanət vermir: “Azərbaycanın bu təşkilatda Ermənistandan daha çox təbii müttəfiqlərinin olduğunu qeyd etmək yersiz olmazdı. Rusiya və Belarusun Azərbaycana silah satması və Qazaxıstanın da tez-tez Bakının əsas lobbiçisi kimi çıxış etməsi təsadüfi deyil. Başqa sözlə, KTMT Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir. Bu kontekstdə Ermənistan rəhbərliyi də fors-major vəziyyətlərə və prinsipal qərarlar qəbul edilməsinə hazır olmalıdır”.

Ermənistanın Rusiyadakı səfiri Arman Melikyan isə bildirir ki, KTMT-yə üzv olmaqla Azərbaycan Qarabağ məsələsində İrəvanı sıxmaq imkanları qazanacaq. Onun sözlərinə görə, Rusiya Azərbaycanın KTMT ilə mümkün qədər sıx əməkdaşlığında maraqlıdır və müşahidəçi statusu növbəti mərhələdə quruma üzv olmaq məsələsində ilkin addım ola bilər: “Qarabağ məsələsində təzyiqlərin artırılması baxımından KTMT ilə sıx əməkdaşlıq rəsmi Bakı üçün də yeni imkanlar aça bilər. Azərbaycanın müşahidəçi statusu alması məsələsində ilk növbədə nəzərə almalıyıq ki, rəsmi Bakı növbəti mərhələdə KTMT-nin tam üzvü ola bilər. Bu halda isə Qarabağ təşkilatın qalan üzvləri üçün həmin təşkilatın birbaşa əməliyyat sahəsində ortaya çıxacaq və rəsmi Bakının tələbilə xüsusi hərbi əməliyyatın hədəfinə çevrilə bilər”.

Erməni siyasi ekspert Aram Amatuni də məsələ ətrafında kifayət qədər bədbindir: “Nizamnaməyə görə, bu məsələlər konsensus yolu ilə həll edilə bilər. Yəni Ermənistan buna qarşıdırsa, Azərbaycan və ya hər hansı bir ölkə KTMT-nin hər hansı bir statusuna sahib ola bilməz. Əlbəttə ki, xatırladılması və ya şərh edilməsi lazım olmayan çox sadə halları nəzərə alaraq, Ermənistan buna qarşıdır. Bəs, məsələ bununla bağlanır, ya yox? Təəssüf ki, yox”. Onun sözlərinə görə, Rusiya Baş nazirinin müavininin açıqlaması bir çoxlarında çoxşaxəli təəssürat yaradıb:
“Bir tərəfdən xatırladırlır ki, Rusiyanın istəyindən asılı olmayaraq qərar bütün üzvlərdən, o cümlədən, əlbəttə ki, Ermənistandan asılıdır. Digər tərəfdən, bir çox insan Rusiyanın, İrəvanın buna mane olmayacağını gözlədiyi üçün, Ermənistana istəyi ilə buna işarə etdiyi təəssüratı altındadır”.
Amatuni bildirib ki, nəzəri olaraq bunu müşahidə etmək mümkündür, amma praktikada istənilən Ermənistan hökumətinin, Rusiyanın istəyinin nə qədər böyük olmasından asılı olmayaraq, Bakıya KTMT statusu verməyə razı ola biləcəyini təsəvvür etmək olduqca çətindir: “Eyni zamanda, aydındır ki, hətta müzakirələr kontekstində, belə deyək, hər hansı qarşılıqlı bir qiymət şəraitində belə buna layiq, bərabər səviyyəli şəkildə olmalıdır. Məsələn, qazın satınalma qiymətinin uzunmüddətli ucuz qaz sazişi olacağı təqdirdə belə Ermənistan bu üzvlüyə razı ola bilməz. Çünki Ermənistan üçün qazın qiyməti, əlbəttə ki, bir çox digər təsirləri ilə vacib bir iqtisadi məsələdir, lakin bu, bərabər səviyyədə deyil. Məsələn, Ermənistana nüvə silahının verilməsi adekvat ola bilər. Əlbəttə ki, bu barədə danışmağın belə ciddi olmadığı görünür, amma buna baxmayaraq, problem müqayisədədir, Ermənistanın razılığı, bu barədə düşünmək mümkün olsa, ekvivalent dəyərə sahib olmalıdır və qiymət baxımından çox yüksək olmalıdır. Amma problem odur ki,  Ermənistanın istəkləri nəzərə alınmır, xüsusən də Rusiya tərəfindən. Ona görə, Bakı istəyinə asanlıqla nail ola bilər. Bu isə Qarabağ məsələsində Ermənistan üçün əlavə problemlər deməkdir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ