şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan sülh danışıqlarında Ermənistana tam psixoloji-siyasi təzyiq mühiti formalaşdırdı

Image


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın keçirdiyi görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi barədə indi müxtəlif maraqlı fikirlər səslənir. Həmin görüşdən belə bəlli oldu ki, tərəflər arasında fikir ayrılıqları olsa da, danışıqlar prosesinin davamı məqbul sayılıb.

Aparılan müzakirələr zamanı isə tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıb. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə edib.

Həmsədrlərlə söhbət zamanı XİN rəhbərləri gərginliyin azaldılması üçün mövcud birbaşa əlaqələrdən tam şəkildə yararlanmağın vacibliyini vurğulayıb. Qeyd edək ki, həmsədrlərin himayəsi altında xarici işlər nazirləri yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəlib. Xatırladaq ki, daha öncə Azərbaycan yalnız nəticəsi olan danışıqları davam etdirməyə hazır olduğunu bəyan etmişdi. İndi hesab olunur ki, əslində danışıqlar vasitəsilə prosesi irəliyə doğru aparmağa müəyyən ümidlər yarandığından, Bakı İrəvanla danışıqlar prosesini davam etdirməyi məqbul sayır. Maraqlıdır ki, belə bir vaxtda Ermənistanda da məsələyə maraqlı yanaşma tərzi sərgilənir. Erməni politoloq Arman Melikyan Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında baş tutan görüşü şərh edərkən bu xüsusda bildirir: “Elə hiss edirəm ki, keçən il Ermənistanda baş tutan parlament seçkilərindən sonra danışıqlar aparan vəzifəlilərimiz tədricən “Madrid prinsipləri” çərçivəsində təqdim edilən danışıqlar gündəminə qayıtmağa başlayıblar”.

Xatırladaq ki, Bakı konfliktin “Madrid prinsipləri” əsasında çözümündə müəyyən düzəlişlərdə maraqlı olduğunu bildirir. “Madrid prinsipləri” isə hələ ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Bu prinsiplər Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasmda sülh danışıqları nəticəsində ortaya çrxan yeganə sənəddir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir. Minsk Qrupu tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilmiş yenilənmiş “Madrid prinsipləri” də əsas etibarı ilə Bakının maraqlarına cavab verir. Ümumiyyətlə, yenilənmiş “Madrid prinsipləri” aşağıdakılardır: Dağlıq Qarabağın ətraf ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi; İradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi; Bütün məcburi köçkünlərin və qaçqınlarən öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ; Sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanəti. Bakı müəyyən dəyişikliklərlə münaqişənin bu prinsiplər əsasında həllini mümkün sayır. Sadəcə, Ermənistan hələ də prosesin irəliyə doğru getməsinə maneə yaradır. Amma Arman Melikyan qeyd edir ki, “Madrid prinsipləri” yenidən dövriyyəyə qayıdır və hazırda bəzi ərazilərinin Azərbaycana qaytarılması proqramının texniki detallarının mövzusu həqiqətən ciddi müzakirə predmetinə çevrilir: “Qorxuram ki, tədricən bəzi ərazilərin Azərbaycana qaytarılması proqramının texniki detallarının mövzusu həqiqətən ciddi müzakirə predmetinə çevrilir. Hətta hələ ki, bu məsələ ilə bağlı dəqiq bir məlumat olmasa belə, bu bizi istənilən halda məsul şəxslərimiz tərəfindən irəli sürülən şərtlərin səsləndirilən prioritetlər sırasından təmamilə kənar qalması reallığına diqqət ayırmağa vadar edir”.

Bununla yanaşı, erməni mediası diqqəti ona yönəldir ki, əvvəlki dövrlərdən fərqli olaraq, vasitəçi ölkələr, xüsusən də ABŞ masa üzərində olan sənədlər əsasında münaqişənin həllində müəyyən irəliləyişlərin olması üçün İrəvana artıq ciddi təzyiq göstərir. Arman Melikyan da vurğulayır ki, “Madrid prinsipləri” və ya “Bolton planı” əsasında ABŞ məsələnin həlli istiqamətində irəliyə doğru addım atılmasını istəyir və bu fonda diqqətini Ermənistan üzərində cəmləşdirərək, İrəvanan müəyyən addımlar atmasını istəiyr. O diqqətə çatdırır ki, “Bolton planı” özündə “ərazilər əvəzinə sülh” prinsipini ehtiva edir. Bu zaman Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır. Vaşinqtonun bunu istədiyinə dair informasiyalar var və ABŞ-ın burada əsas marağı Rusiyanı regiondan çıxarmaq, Ermənistanı Moskvanın hərbi və iqtisadi asılılığından xilas etmək, xüsusilə enerji layihələrinin təhlükəsizliyini təmin etməkdir. ABŞ məsələlərə kompleks olaraq yanaşır və burada Azərbaycanın maraqlarının təmin edilməsi perspektivi aydın görünür. Hərçənd, buna nail olub-olmayacağını sonrakı proseslər müəyyənləşdirəcək. Digər tərəfdən belə görünür ki, ABŞ münaqişədən regiona təsir aləti kimi istifadə etmək məqsədi güdmür, əsas hədəfi regionda geosiyasi maraqlarına zidd olan problemləri həll etməkdir. Vaşinqtonda nazirləri görüşün təşəbbüskarı kimi çıxış edən dövlət katibi Mayk Pompeonun deyil, Con Boltonun qarşılaması isə Qarabağ münaqişəsinə dair “Bolton planı”nın mövcudluğu fikrini bir daha gücləndirib. Və açıq mənbələrdəki informasiyalar ABŞ-ın təkliflərinin Azərbaycanın maraqlarına uyğun gəldiyini deməyə əsas verir.

Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, danışıqlar prosesi “Madrid prinsipləri” və ya “Bolton planı” əsasında getsə də, Azərbaycanın lehinə olan istiqamətdədir. Sadəcə, indi əsas məsələ Ermənistanın danışıqlarda əldə ediləcək razılıqlara nə dərəcədə əməl edəcəyidir. Aydındır ki, İrəvan müvafiq addımlar atmayacağı təqdirdə məsələnin həlli başqa istiqamətə yönələcək. Bu isə iki cəhətdən Ermənistan üçün sərfəli sayılmır. Əvvəla, Ermənistan Azərbaycanın sərt hərbi zərbəsi ilə üzləşməli olacaq. İkinci bir tərəfdən dünya ictimaiyyətinin, o cümlədən vasitəçilərin İrəvana təzyiqləri artacaq. Çünki yuxarıda qeyd olunduğu kimi, artıq onlar da Qarabağ məsələsində dinc müstəvidə müəyyən irəliləyişlərin olmasını istəyir. Amma Ermənistanın buna maneə yaratması indi həmsədlərin özləri üçün də məqbul deyil. İlk növbədə o baxımdan ki, belə vəziyyət həm həmsədrlərin qarşı olduğu müharibəni körükləyir, həm də onların fəaliyyətinin nəticəsizliyini üzə çıxarır. Bu isə həmsədrlərin reputasiyası baxımından da məqbul sayılmır.

Beləliklə, qeyd edilənlər fonunda yaxın tezlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yeniliklərin olması istisna deyil. Azərbaycan bu istiqamətdə niyyətinə hərbi müstəvidə də çatmağa tam hazırdır. Rus politoloq Sergey Markov xatırladar ki, hazırda Azərbaycan Ermənistandan hərbi müstəvidə də çox güclüdür və İrəvanın bunu nəzərə alması olduqca mühümdür:“Azərbaycan davamlı olaraq hərbi gücünü də artırır. Ermənistan görməlidir ki, ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür, əhalisi 10 milyon nəfərə çatıb. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbaycan ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Azərbaycan ordusu müharibəyə hazırdır. Amma Ermənistan barəsində bunu demək olmaz və bu səbəbdən İrəvan mütləq şəkildə reallıqları nəzərə almalıdır”.

Rusiyanın tanınmış ictimai xadimi, tarixçi-alim Oleq Kuznetsov da məsələyə eyni prizmadan yanaşır: “Savaşın yenidən başlanması Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu mənada, yaxşı olardı ki, Ermənistan sülh danışıqlarında real addımlar atmaq cəsarətini, nəhayət, özündə tapa bilsin. Əks təqdirdə savaşın yenidən başlanması qaçılmazdır. Bunu  baş nazir Nikol Paşinyan özü də yaxşı bilir. Onun Vaşintonda nazirlərin görüşü zamanı “müharibə başa çatmayıb” deməsi də bunun göstəricisdir. Azərbaycan və Ermənistan arasında ərazi problemi həll olunmayıb və bu mənada Paşinyan obyektiv şəkildə ortaya çıxan bir faktı ifadə edib. Şok terapiyası vasitəsilə Paşinyan erməni ictimaiyyətinə mövcud olan obyektiv reallıqdan xəbər verib. Ötən bu 25 ildən sonra tərəflərin əsgərlərinin səngərlərdə dayandığı, 2016-ci ilin aprelində genişmiqyaslı, ancaq lokal xarakter daşıyan hərbi toqquşmalar yaşandığı, həftədə bir neçə dəfə cəbhə xəttindən Ermənistana sink tabutlar göndərildiyi, Paşinyanın oğlu Azərbaycanın işğal edilmiş torpaqlarında hərbi xidmət keçdiyi halda, həqiqətən, hansı müharibənin başa çatmasından bəhs etmək olar? Amma bu müharibənin davamının Ermənistan üçün daha dağıdıcı nəticələrə gətirib çıxaracağını da İrəvanda yaxşı bilirlər. Bu səbəbdən Ermənistan artıq real addımlar atmalı, ya da yeni fəlaktələrə hazır olmalıdır”.

Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, indi istər hərbi, istərsə də diplomatik cəbhədə vəziyyət tamamilə Azərbaycanın lehinədir. Bunu həmsədrlər, beynəlxalq ekspertlər və media qurumları da davamlı şəkildə Ermənistan rəhbərliyinin diqqətinə çatdırır. Sadəcə, əsas məsələ budur ki, Ermənistan tərəfi reallıqdan nəticə çıxarıb məntiqlə hərəkət etməli, zəbt edilmiş ərazilərin boşaldılmasına başlamalıdır. Əks təqdirdə düşməni ordumuzun sarsıdıcı zərbələri gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ