şənbə günü, 07 noyabr 2026
     

Tərəfsiz politoloqların son qənaəti – Zaman Azərbaycanın xeyrinə işləyir, vəziyyət Ermənistanın əleyhinə dəyişir

Image


Məlumat verildiyi kimi, iyunun 20-də Vaşinqton şəhərində Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək. Görüş ərəfəsində erməni tərəfinin sərgilədiyi mövqe və cəbhədə artan düşmən təxribatları nazirlərin yenidən bir araya gəlməsindən hansısa yüksək nəticələrin əldə oluna biləcəyini hələlik ciddi sual altına alır. Buna rəğmən, Bakı görüşə ümidlə yanaşır və İrəvanın bundan sonra Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində müvafiq addımlar atacağına inamını gizlətmir.

Ermənistan rəsmilərinin real mövqeyi isə işğalçı tərəfin əslində prosesləri hələ də adekvat şəkildə qiymətləndirməkdə acizlik yaşadığını göstərir. Eyni zamanda, İrəvanın yanaşması qarşı tərəfin sülh prosesində o qədər də maraqlı olmadığını deməyə əsas verir. Bunu nazirlərin görüşü ərəfəsində "Şant" televiziyasına  müsahibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın dedikləri də təsdiqləyir. Azərbaycan və həmsədrlər təərfindən qətiyyətli və birmənalı mövqeyə rəğmən, Paşinyan qondarma qurumun danışıqlar masasına gətirilməsi ilə bağlı verilən suala bu şəkildə cavab verib: “Mən öncədən demişəm ki, yalnız Ermənistan adından danışıqlar apara bilərəm, Qarabağ adından isə yox". Halbuki, bundan əvvəl Azərbaycan və həmsədrlər çox açıq şəkildə bildirmişdilər ki, Qarabağ məsələsində danışıqlar formatının dəyişməsi mümkün deyil. İndi Paşinyanın yenidən bu məsələyə qayıtması danışıqlar prosesini pozmağa yönəlmiş addım olmaqla yanaşı, həm də  savaşı tətikləyən faktor qismində çıxış edir. Ermənistanın müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırması da savaşa xidmət edən məqamlardan sayılır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu xüsusda bildirir: “Ermənistanın elə özü münaqişənin guya “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir. Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır.

Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk Qrupu həmsədrlərinin təklif etdiyi kimi, iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir. Vaşınqton görüşündən gözləntiyə gəldikdə isə, hər bir görüşdən gözlənti, əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır. Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcək. Həmçinin, fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.

Hər halda, proseslərin hansı səpkidə inkişaf edəcəyi nazirlərin Vaşinqton görüşündən sonra daha dəqiq şəkildə bəlli olacaq. Amma yuxarıda qeyd olunduğu kimi, görüş ərəfəsində Ermənistan tərəfindən atılan addımlar sülh prosesində düşmənin maraqlı olmadığını aydın surətdə nümayiş etdirir.  Ermənistan Müdafiə Nazirliyinin Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirməsi də düşməni yalnız güc yolu ilə başa salmaq zərurətini artırır. Bu məqamda müdafiə naziri Zakir Həsənovun son açıqlamaları da təsadüfi xarakter daşımır. Onun sözləriən görə, Azərbaycan Ermənistana yeni aprel dərsi verməyə hazırdır. O qeyd edib ki, 2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: “Müharibəni hərbiçilər başlamır, icra edir. Hələ ki, beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab prezident münaqişənin həlli ilə bağlı işlər aparır”. Z.Həsənov vurğulayıb ki, Azərbaycan ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur: “Azərbaycan ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifdr”.

Nazir onu da deyib ki, Azərbaycan ordusunda aparılan islahatlar uğurla davam edir, ordu inkişaf edir: “Bununla bağlı sübutlar var. Orduya müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır“. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub. Azərbaycan tərəfinin silahlar barədə bu xatırlatmasını isə erməni ekspertləri ciddi təşvişlə qarşılayır. Erməni hərbi ekspert Hayk Nahapetyan bu xüsusda qeyd edir: "Azərbaycan müntəzəm şəkildə Qarabağ probleminin hərbi yolla həll olunmasından danışır və çevrəni yavaş-yavaş daraldır". Onun sözlərinə görə, Azərbaycan tərəfindən həyata keçirilən hərbi təlimlərin sayı bu il 7-dən 13-ə qaldırılacaq: "Hərbi təlimlərin kəmiyyətinin artırılması şəxsi heyətin döyüş vəziyyətinə daha hazırlıqlı olması və mənəvi-psixoloji ruhun yüksəldilməsinə gətirib çıxarır. Azərbaycanın hakimiyyət nümayəndələri tez-tez Türkiyə rəhbərliyi və NATO ölkələri ilə görüşlər təşkil edir, fəaliyyətlərini intensivləşdirir. Azərbaycanın yeni silahlar alması və bunu erməni tərəfinə xatırlatması isə təsadüfi deyil. Bakı həmin silahlardan döyüş meydanında fəal şəkildə istifadə etməyə hazırlaşır". O iddia edib ki, yeni silahların tətbiqi ilə hərbi təlimlərin  intensivliyinin artırılması 2016-cı ilin fevral-mart aylarından etibarən başlayıb: "Bundan sonra isə aprel hərbi əməliyyatları baş verdi. Deyəsən, Azərbaycan sözdən işə keçməyə hazırlaşır və genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq mərhələsi gedir".

Rus hərbi ekspert Aleksandr Xramçixin də Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti şərh edərkən danışıqların dalana dirənməsi fonunda yeni savaşı istisna etmir: "Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlər klassik eskalasiyadır".  Onun sözlərinə görə, münaqişə zonasında baş verən hadisələr, tərəflərin itki verməsi, daha ağır silahlanmalar, PUA və hərbi aviasiya vasitələrinin kəşfiyyat uçuşları klassik eskalasiyadır: "Ermənistan Müdafiə Nazirliyinin kəskin qərarları da həmin məntiqi çərçivələrdə izlənilməlidir. Bir daha təkrar edirəm, bu kimi fəaliyyət eskalasiyadır. Mən Azərbaycan tərəfinin qlobal mənada nə istədiyini başa düşürəm,  Azərbaycan öz resurslarını daha sürətli templə nəzərə alaraq silahlanmasını artırır. Zaman Azərbaycanın lehinə işləyir. Vəziyyət Ermənistanın əleyhinə dəyişir".

Rus ekspertin fikrincə, Azərbaycan, həmçinin, Ermənistan daxilində və İrəvan-Sankt-Peterburq əlaqələrində genişlənən inkişafları da izləyir: "Bu mənada, Naxçıvanda keçirilən hərbi təlimlər heç də təsadüfi deyil. Belə ki, Azərbaycan-Türkiyə tandemi iki problemi həll edir. Bu problemlərdən biri ikitərəfli hərbi əməkdaşlığın dərinləşməsi, digəri isə real ssenarilərə hazırlaşmaq və lazım gələrsə oyuna daxil olmaqdır. Ermənistan Rusiyanın dəstəyini itirməsi fonunda bunlardan nəticə çıxarmalıdır".

Beləliklə, Ermənistanın nümayiş etdirdiyi məntiqdən uzaq fəaliyyət münaqişənin yenidən alovlanması ehtimalının çox yüksək olduğunu göstərir. Çünki Ermənistan rəhbərliyi gözəl anlayır ki, ölkəsilə Azərbaycan arasında bütün parametrlər üzrə, o cümlədən insan resursları və silah sistemləri üzrə nisbət birmənalı olaraq Bakının xeyrinədir və belə bir vəziyyətdə İrəvan üçün müharibə variantı ən təhlükəli seçimdir. Amma bu şəraitdə savaşa şərait yaraıdılması ermənilərin heç də ağıl və məntiqlə hərəkət etmədyini göstərir. Baş verənlər Ermənistan daxilində ixtilafların daha sürətlə münaqişə zonasında əksini tapdığını göstərir. Amma bütün bunlar savaşı tezləşdirməkdən başqa da heç nəyə xidmət etmir. Hazırda Ermənistan üçün ən arzuolunmayan variant hərbi əməliyyatların bərpasıdır, bu isə eyni zamanda Azərbaycan üçün alternativsiz ən uyğun seçimə çevrilir. İrəvanın reallıqları görməyzliyi fonunda Azərbaycanın hərbi əməliyyatları bərpa etməkdən başqa yolu qalmır. Hər halda, hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da ikitərəfli görüşündə proseslərdə müsbət dinamika müşahidə edilməyəcəyi təqdirdə savaş qaçılmaz reallıq kimi çıxış edir.

Erməni ekspert Artur Sakunts isə qeyd edir ki, savaş başlasa, bu, Ermənistana heç bir fayda gətirməyəcək. Onun sözlərinə görə, qarşılıqlı məhvetmə həll yolları qəbuledilən deyil: “Rəsmi yanaşmaya müvafiq şəkildə cavab verməyən hərbi ritorikadan uzaq olmaq lazımdır. Yoxsa Bakı yeni silahlarını yenidən erməni əsgərləri üzərində sınayacaq. Bunun nəticələrini isə üç il əvvəl aprel döyüşlərində görmüşük”. 

Yaranmış durum bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsinin dinc həlli üçün yaxın tezlikdə əməli addım atmasa, düşmənin çox qorxuduğu savaşın başlanması qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ