Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakıdan Qarabağ məsələsində İrəvana ikiqat zərbə - Avropada ən böyük erməni lobbi təşkilatı da parçalandı

Image


Azərbaycanın  region ölkələri ilə münasibətlərini yeni səviyyəyə yüksəltməsi, burada yeni əməkdaşlıq formatlarının əsasını qoyması Dağlıq Qarabağ münaqişəsinin gedişinə də artıq əsaslı surətdə təsir göstərməkdədir. Artıq kifayət qədər aydın görünür ki, rəsmi Bakının Dağlıq Qarabağ məsələsi ilə bağlı apardığı uzunmüddətli siyasət uğurlu nəticələr verir.

Bu fonda ekspertlər açıq mətnlə vurğulayır ki, Ermənistan növbəti ilə Qarabağ mövzusunda uduzmuş bir şəkildə daxil olacaq. Çünki Azərbaycan siyasəti və diplomatiyası sözün əsl mənasında hücumdadır və bu da Qarabağ məsələsinə təsirsiz ötüşmür. Elə bu fonda İrəvanın növbəti ildə Bakının təzyiqlərinə tab gətirə bilməyəcəyini dəqiqliklə söyləmək mümkündür.

Xatırladaq ki, Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev də artıq Qarabağ konfliktinin həllində əlverişli bir şəraitin yarandığını diqqətə çatdırıb: “Hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik“. Rusiyanın “regnum.ru“ portalı isə yazır ki, əslində, Bakı öz uğurlu gedişləri ilə belə bir şəratin yaranmasını təmin edə bilib. Portal Bakının geoiqtisadi, geosiyasi müstəvidə kifayət qədər düşünülmüş addımlar atdığını, xüsusən də Rusiya ilə münasibətlərini möhkəmləndirməsini diqqətə çatdıraraq yazır: “Rusiya XİN başçısı Sergey Lavrov Qara dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının işinə qatılmaq üçün Bakıya səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev Lavrovu qəbul edib. Tərəflər birinci növbədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, 2019-cu ilin birgə işlərindən danışıb, yola salınan ildə görülən işləri incələyiblər.

Söhbətləşməyə nəsə var idi. İki ölkə arasındakı münasibətlər artıq sistemli şəkildə genişlənir, əməkdaşlığın, demək olar, bütün sahələrinə – siyasi, iqtisadi, hərbi-texniki və humanitar – toxunmaqla tutumlu xarakter alır. Bununla yanaşı, Rusiya və Azərbaycan liderləri Putin və Əliyev arasında inamın gərəkli səviyyəsi qurulub ki, bu da mövcud ziddiyyətləri ikitərəfli dialoq əsasında, düzdür, daha çox qapalı rejimdə həll etməyə imkan verir. Bu o haldır ki, Cənubi Qafqaz geopolitik burulğanlıq bölgəsinə aiddir, ABŞ-ın qonşu İrana qarşı sanksiya siyasətinin sərtləşdiyi şəraitdə isə durumun qarışmasına gerçək təhlükələr var.

Və budur, dərhal paradoks: KTMT və Avrasiya İqtisadi İtifaqının üzvü olan Ermənistan yaşanılan “inqilabi” sarsıntılar üzündən bölgəsəl təhlükəsizliyin sistemyaradıcı meydançası rolunda çıxış etməyi tərgidir, ya da özü imtina edir. Bakı və Ankara deyil, Moskva və Bakının tərəfdaşlıq münasibətlərinin alyansın başlanğıcı və davamı olduğu Moskva-Bakı-Ankara üçbucağı obyektivcəsinə nişanlanıb. Eyni şey başqa bir üçbucağa da aiddir – Moskva-Bakı-Tehran. Bu böyük mənzərənin panoraması Moskva-Tehran-Ankara üçbucağı xatırladılmadan yarımçıq olardı – bu çərçivədə Suriya və qismən İraq böhranının tənzimlənməsi məsələləri çözülür. Yəni bu bir faktdır ki, Moskva və Bakı qurulan transbölgə təhlükəsizlik və qarşılıqlı iqtisadi fəaliyyət sisteminin bir hissəsinə çevrilir, başqa bir hissəsi Yaxın Şərqə söykənir. Qaldı Cənubi Qafqaza, məhz Moskva və Bakı potensialca Gürcüstan və Ermənistanda bir çox hadisələrin gedişatını öncədən müəyyən etməyə qabildir. Axı, məsələn, bu gün məhz Azərbaycanda dayanıqlı dövlət idarəçiliyi sistemi biçimlənib.

Cənubi Qafqazdakı geopolitik durumda bu dəyişiklikləri birinci biz deyil, İrəvanda Nikol Paşinyanın hakimiyyətə gəlişinin “bölgədə Gürcüstanda irəliləyiş planında ilişən demokratikləşmə prosesinə təkan vermək üçün” nəzərdə tutulduğunu hesab edən Qərb ekspertləri qeyd edib. Amma etiraf da edirlər ki, “Qərb Ermənistanın demokratik mayakını yandırmağa gecikib”.

Tiflis və İrəvan hələ də struktur dəyişiklikləri yolundadır, amma Avropa Birliyinin daxili problemlərinin kəlləçarxa vurduğu bir durumda Gürcüstan və Ermənistan siyasi çaşqınlıq durumuna düşüb. Bunlara yeni yanaşma hazırlamaq üçün intellektual həmlə etmək, durumu incələmək gərəkdir – bunun üçün uyğun kadrlar və tarixi dönəm lazımdır. Bununla yanaşı, Tiflis və İrəvanın göstərilən demokratik dəyişiklikləri Cənubi Qafqazın “geopolitik sazişçiləri”nə gözlənilən yardımı etməkdən məhrum olan amerikalıların mövqeyinin zəiflədiyi Böyük Yaxın Şərqdəki ölkələrin hərəkət izinə sığışmır. Bölgə münaqişələrilə bağlı daha bir önəmli məqamı göstərək. O da qeyd edilməlidir ki, Qafqazdakı separatçılardan– Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda yalnız Xankəndi köhnəlmiş qeyri-müəyyənliyin həllini gözləməklə donub qalıb.

Maraqlıdır ki, Əliyev Milli Olimpiya Komitəsindəki mərasimdə çıxış edərkən “bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün daha əlverişli durum yaranıb”- fikrini səsləndirib. O, respublikanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə işarə edərək, Rusiya ilə strateji tərəfdaşlıq amilini qabardıb. Lavrov da incə hərəkət edib. O, Azərbaycan prezidentilə görüşdə salamlaşarkən bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Bakı və İrəvan arasında birbaşa dialoqa yardım etmək istəyirik. Mən bilirəm ki, Sizin Ermənistan baş naziri vəzifəsini icra edənlə, həmkarım və dostum Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri vəszifəsini icra edən Zöhrab Mnatsakanyanla təmaslarınız olub. İstəyirik ki, bu tənzimləmə ədalətli və hər iki tərəfə məqbul əsasda baş tutsun. Rusiya öz milli keyfiyyətində və “üçlüyün” – Rusiya, ABŞ, Fransa – iştirakçısı, ATƏT Minsk Qrupunun həmsədri kimi belə anlaşmaların əldə edilməsinə şərait yaratmaq üçün hər şeyi edəcək”.

Doğrudan da, yola salınan ildə Azərbaycan və Ermənistan XİN başçılarının üç görüşü baş tutub, onlar danışıqlar masası arxasında ümumilikdə 10 saata yaxın vaxt keçiriblər. Düzdür, söhbətin məhz nədən getdiyindən yalnız dar bir çevrə agahdır, amma aydındır ki, münaqişə edən tərəflər nəsə konkret bir şeyi müzakirə edirlər. Məmmədyarov və Mnatsakanyanın Milanda ATƏT-ə üzv ölkələrin XİN başçılarının sammitində zamanca son görüşündən sonra isə Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova qeyd edib: “Burada heç bir rəsmi bəyanat gərək deyil, çünki sözügedən sənədlərin qəbulundan və sözügedən təmaslardan sonra aydındır ki, dialoq var, aparılır”. O, Minsk Qrupu həmsədr ölkələrinin Milan bəyanatındakı çağırışı şərh edərək “Dağlıq Qarabağ münaqişəsi tərəflərini iki ölkənin əhalisini barışığa hazırlamaq üçün konkret tədbirlər görməyə” çağırıb. Belə çıxır ki, münaqişənin tənzimlənməsi üçün ehtimal edilən, hər halda müəyyən güzəştli əsaslarda qurulmuş sazişin hazır layihəsi danışıqlar masasının üzərində yatır. Əks halda “əhalini barışığa hazırlamaq”çağırışı məntiqsiz görünür. Qeyd etmək önəmlidir ki, Əliyev və Paşinyan arasında “ayaqüstü dialoq”da məhz Moskva vasitəçi kimi çıxış edib, MDB-nin Sankt-Peterburq sammitində bu dialoq davam etdirilib. İndi Rusiyaya mühüm metodoloji səhv buraxmaq olmaz”. Portal bunlarla yanaşı yazır ki, Moskva Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçəivəsində həllinə indi daha çox maraq göstərir.

Bununla yanaşı, diqqət həm də ona yönəlir ki, Paşinyanın sığınmaq istədiyi Qərb ölkələri də Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə də təsdiq edir. Xatırladaq ki, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. O da mühüm faktdır ki, xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.

Sənəd Avropa İttifaqının öz tərəfdaşlarının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini nəzərdə tutur. Xatırladaq ki, ötən  ilin “Şərq tərəfdaşlığı” sammitində də Avropa tərəfindən eyni mövqe sərgilənib. Avropa birmənalı və yekun olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsi məsələsində artıq ikili mövqe nümayiş etdirmir. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsində, Avroparlamentin iki doktrina qüvvəli bəyannaməsi və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sənəddə ifadə olunmuş bu cür aşkar mövqeyi faktiki olaraq erməni lobbi təşkilatlarının Brüsseldəki bir vaxtlar güclü və nəticə verən fəaliyyətini heçə endirib. Bunu erməni mətbuatı da etiraf edir. Belə ki, “1in.am” portalı 17 noyabr tarixli məqaləsində birbaşa olaraq göstərir ki, “Ermənistanın Avropa dostları” (EuFoA) adlanan əsas lobbi təşkilatında ciddi böhran yaşanır. Bu və Avropa İttifaqında  akkreditasiya olunmuş iki digər erməni lobbi təşkilatının uğurlarının olmamasını maliyyə və kadr çatışmazlığı ilə izah etməyə çalışır. Son sənədlərdə əksini tapmış müddəalar Bakının xarici siyasi strategiyasının qələbəsidir. ABŞ-ın da Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi həm Qərb, həm də Rusiya cəbhəsində İrəvanın Bakı tərəfindən tam məğlubityyətə uğradıldığını göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ