Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan Ermənistanı KTMT-də tam təklədi – Lukaşenkonun Paşinyan üçün ifşaedici açıqlamaları…

Image


Diplomatik sahədə Azərbaycan tərəfindən həyata keçrilən siyasət, yaradılan ikitərəfli, çoxtərəfli münasibətlər fonunda Bakının ən böyük uğurlarından biri də işğalçı Ermənistanın təcrid durumuna düşməsidir.

Bu fonda son dövrələrdə ən çox diqqət çəkən məqam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində baş verənlərdir. Belə görünür ki, Ermənistan yaxın tezlikdə bu qurumda fəaliyyətinə son qoymalı olacaq. Ən azından ona görə ki, qurumun əsas dövlətləri sayılan Rusiya, Belarus və Qazaxıstanla münasibətlərdə Ermənistan özünə kifayət qədər böyük problemlər yaradıb. Məhz bu fonda Rusiya rəhbərliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı erməni mediasında yeni təbliğat da başlanıb. Xüsusən də KTMT-də Ermənistanın baş katibliyi ilə bağlı qərar bu ölkənin mətbuatını çalxalayıb. “Lragir.am“ saytı bu qurumda Nazarbayev və Lukaşenkonun qruplaşdığını iddia kimi irəli sürüb. Qeyd olunub ki, Ermənistana qarşı atılan addımlar planlı şəkildə həyata keçirilib və bütün bunlar Rusiyanın maraqlarına xidmət edir. Elə bu fonda Gümrüdəki rus hərbi bazasının ölkədən çıxarılması məsələsi də erməni mediasında yenidən aktuallaşıb. “1in.am“ saytı Gümrüdə xadimə qadının öldürülməsi faktının araşdırılmadığını, bu yolla Gümrüdə rus hərbçlərinin törətdiyi digər cinayətlərin də ört-basdır edildiyini yazır. Nəşr qeyd edib ki, Gümrüdəki rus hərbi bazası ölkədən çıxarılmayınca onların özbaşınalığı davam edəcək. Radikal "Sasna Tsrer" partiyası da yeni hakimiyyəti Gümrüdəki rus hərbi bazası ilə bağlı müqaviləyə yenidən baxmağa çağırıb. Rusiyaya olan nifrət özünü Avrasiya İttifaqından çıxmaq məsələsində də biruzə verir. Belə görünür ki, Ermənistan daha Rusiya ilə əvvəlki münasibətlərdə olmaq istəmir. Eləcə də Belarusla bağlı bu ölkənin mövqeləri artıq radikal xarakter daşıyır. Yeri gəlmişkən qeyd edək ki, Belarusla problemləri İrəvanın özünün yaratmasına dair Belarus prezidenti Aleksandr Lukaşenko çox maraqlı məqamlar açıqlayıb.

Xatırladaq ki, Lukaşenko bu günlərdə Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb. O, görüşdə bir çox mətləbləri, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb. Lukaşenko KTMT baş katibi məsələsi ətrafında Ermənistan baş naziri ilə blokun digər üzvləri arasında yaşanan mübahisədən danışarkən çox maraqlı məqamlara toxunub. O, faktiki olaraq, Paşinyanı bu qalmaqalın səbəbkarı adlandırıb və onun Qazaxıstan prezidenti Nursultan Nazarbayevə qarşı kəskin reaksiyasını pisləyib:

“Nəyə görə Paşinyan qalan beş prezidentlə razılaşmır? Axı bu sıyığı qarışdıran o özüdür. Beynəlxalq statuslu məmuru, Yuri Xaçaturovu həbs etmək  nəyə lazım idi? Xaçaturov həbs ediləndə və bu sıyıq qarışanda həmin gün, ya ertəsi gün Paşinyan mənə zəng vurdu. Və söhbət belə tamamlandı. Mən deyirəm: “Nikol, mən bilirəm ki, sən demokratik adamsan. Demokratik adam olduğun üçün mən fikirləşmirəm ki, adamı siyasi motivlərlə həbs etmək barədə komanda verəsən. O isə mənə deyir: “Aleksandr Qriqoryeviç, siz ki məni bu planda dəstəkləyirsiniz, o korrupsinerdir, düşməndir, adamlara atəş açıb və sair “ Mən deyirəm: “Nikol, mən hökmən səni dəstəkləyərəm, çünki belə metodları qəbul etmirəm, təbii, Xaçaturov haqda deyilənlər düzdürsə. Yox, sən adamı siyasi motivlə həbs etməyə komanda vermisənsə, allah eləməsin, mən heç vaxt səni dəstəkləmərəm”. Bax mənim cavabım belə olub. Problemi yaradan biz deyilik, odur”.

Belarus prezidenti deyib ki, KTMT-nin Astanadakı sammitində bu mövzu ətrafında müzakirələr olub. KTMT baş katibi postunun Belarus nümayəndəsinə keçməsi məsələsini hamı dəstəkləyib: “Guya mən buna can atmışam ki, öz adamımı ora təyin edim. Qətiyyən yox. Nazarbayev təklif edib, sonra Putin və qalanları dəstəkləyib. Onda biz dedik ki, yaxşı, olsun. Onsuz da bir il sonra nizamnaməyə görə biz öz adamımızı irəli sürməliydik. Yaxşı, qoy olsun. Amma ardınca bu uğultu başladı. Məsələ xoşagəlməz formada mətbuata çıxdı. Sonra Nazarbayev Astanada sammitin ardından müsahibə verməyə getdi. Ondan soruşurlar: “Növbəti baş katib kim olacaq?” O isə deyir: “Belarus olacaq, biz bu barədə razılaşdıq”. Və Nikol Nazarbayevə kəskin reaksiya verir. Bura bax, o ki patriarxdır. Sən ki, səliqəli şərq adamısan. Nursultana hamı hörmət edir. Bu biabırçılıqdır ki, biz KTMT-yə rəhbər seçə bilmirik”.

Lukaşenko Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə də danışıb: “Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?”. Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur: “Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən susum”. Lukaşenko bildirib ki, Belarus “Polonez” raket sistemlərini əslində Ermənistana da təklif edib. Amma ermənilər bu sistemləri almağa maraq göstərməyib: “Bəli, azərbaycanlılar mənə yad deyil, amma biz sizinlə, yəni ermənilərlə həmişə bir yerdə olmuşuq və bizə Azərbaycana silah satdığımız üçün irad bildirmək lazım deyil. Və nəyə görə tənqid edirlər, raket kompleksinə görə...Ona görə də budur, gərək siz biləsiniz: “Polonez” raket komplekslərini alanda və silahlanmaya daxil edəndə sınaqlara erməniləri də çağırdıq, azərbaycanlıları da, rusları da”. Belarus prezidenti deyib ki, sınaqlar zamanı Azərbaycan tərəfi həmin silahın yüksək dəqiqliyə malik olduğuna əmin oldu və onu Bakıya satmağı xahiş etdilər: “Biz isə krediti qaytarmalıydıq, çinlilər bunu bizə kreditə vermişdilər...Mən onda Azərbaycan tərəfinə dedim: “Yaxşı, mən kompleksi sizə satıram və ermənilərə də dedim, amma bilirdim ki, problem olacaq:. Lakin ermənilərə yenə bildirdim: “Mən sizə də analoji kompleksi satmağa hazıram”. Ermənilər imtina etdilər, ona istinad etdilər ki, onlarda artıq Rusiyadan alınan “İsgəndər” kompleksləri var”.

Lukaşenko Azərbaycanın onun ölkəsinə hər zaman dəstək verdyini də bildirib. Bu fonda onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Xatırladaq ki, bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qaza görə yaranan borcun təcili ödənilməsini tələb edirdi. “Qazprom” xəbərdarlıq edirdi ki, borc ödənilməsə, Belarusun qaz təchizatını dayandıracaq. Belə vəziyyətdə Belarus prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə əlaqə saxlayıb və bir neçə həftəliyə iri məbləğdə borc xahiş edib. Azərbaycan prezidenti bu xahişi təmin edib və Belarusa təcili kredit verib. Belarus tərəfi borcu tezliklə ödəyib.

Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Azərbaycanla münasibətlər barədə danışarkən həmin epizodla bağlı bunları deyib: “Daha bir məqam. O vaxt mənə Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”. Bütün bunlar bir daha təsdiq edir ki, indi Belarus, eləcə də Rusiya və Qazaxıstan üçün Azərbaycanla münasibətlər Ermənistanla müqayisədə daha önəmlidir. Məhz bu vəziyyətdə də İrəvanın KTMT-dən qovulması, Azərbaycanın tezliklə burada müşahidəçi statusu alması, eləcə də adları çəkilən hər üç ölkənin Qarabağ məsələsində Azərbaycana hərtərəfli dəstək verməsi də əsas gözləntilər sırasındadır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ