Cümə axşamı günü, 24 iyul 2025
     

“Azərbaycanın geosiyasəti”

Image

Milli Təhlükəsizlik siyasətinin səkkizinci əsas istiqaməti Azərbaycanın ekoloji təhlükəsizlik siyasətidir.

Elm və texnikanın son yüz ildə sürətlə inkişafı bütövlükdə yer kürəsində iqlimin istiləşməsi cənub və şimal yarımkürələrində buzlaqların artması, bu səbəbdən də yeni-yeni xəstəliklərin ortaya çıxması ekologiyaya, təbiətə, o cümlədən insanlara və hər hansı bir dövlətə təsirsiz ötüşmür, bu və ya digər şəkildə ekoloji problemlər yaranır və yaranmaqda davam edir. Müəllif qeyd edir ki, ekoloji təhlükəsizliyin təmin edilməsi hər bir dövlət üçün öz ərazisində və onun ətrafında təhlükəli ekoloji vəziyyətlərin qarşısının alınması, onların mənfi nəticələrinin maksimum aradan qaldırılması üzrə milli tədbirlər sisteminin yaradılması və və həyata keçirilməsini ehtiva edir.

"Ekoloji təhlükəsizlik haqqında” qanunda göstərilir ki. Azərbaycanın ekoloji təhlükəsizlik siyasətinin əsas məqsədi insan həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havasını, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin nəticəsində yaranan təhlükələrdən qorumaq kimi xarakterizə edilir.

Odur ki, bu qanunda Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyənləşmişdir:

· ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi;

· ekoloji təhlükəsizliyi ümumdünya, regional və yerli səviyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

· biosferin və onun bütün komponentlərinin qorunub saxlanılması və ekoloji cəhətdən təhlükəsizlik şəraitinin yaradılması;

· ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan ekoloji fəaliyyətinin təmin edilməsi;

· təhlükəli və fövqəladə vəziyyətlərin qarşısının alınması, bununla bağlı tədbirlər planının hazırlanması və ardıcıl həyata keçirilməsi;

· ətraf mühitə mənfi təsir edən təsərrüfat və digər fəaliyyət növlərinə nəzarət olunması və s.

Əli Həsənov yazır: "Ekoloji təhlükəsizliyin təmin olunması Azərbaycan dövlətinin və müvafiq strukturlarının qarşısında bir çox cari və strateji vəzifələrin həlli məsələsini qoymuşdur. Bunların sırasına aşağıdakılar daxildir:

· təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;

· təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;

· ekoloji təhlükəsizliklə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək;

· ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;

· ekoloji təhlükəsizliklə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s.” (s. 998)

Qeyd edək ki, qanunda yazılanları müvafiq strukturlar son illər daha çox həyata keçirirlər, bununla ciddi məşğul olurlar. Belə ki, elə bu yaxınlarda ekoloji təhlükəsizliklə bağlı ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-cı ilin yanvar ayında (Olaylar, 2 fevral, 2016, № 19) Ekoloji Fəaliyyətin Effektivliyi hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı 180 ölkə arasında 31-ci yerdə müəyyənləşdirib. Bununla da reytinq sıralamasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dövlətlərdən ön mövqe tutmuş olub.

Eyni zamanda Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında birinci yeri tutub.

Əldə edilən bu göstərici ölkədə ətraf mühit sahəsində son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir.

Daha bir uğurlu göstərici isə Ekoloji Fəaliyyətin Effektivliyi indeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycanın 180 ölkə arasında beşinci yeri tutmasıdır. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşələrin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11.8 faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, KİV-də aparılan təbliğat hesabına əhalinin maarifləndirilməsi və sairədir.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planına uyğun olaraq Abşeron yarımadasında və digər ərazilərdə neftlə çirkinləşmiş sahələrin təmizlənməsinə start verilmiş və bu iş davam etməkdədir.

Azərbaycan ekologiyasının sağlamlaşdırılması və bioloji müxtəlifliyinin qorunub saxlanılması ekoloji təhlükəsizlik siyasətinin mühüm vəzifələrindən biridir. Ölkəmizdə bioloji müxtəliflik və meşə ekosistemlərinə təhdidlər aşağıdakılardır:

· köçəri ekstensiv maldarlığın sürətli inkişafı;

· elektrik enerjisinin və təbii qazın fasilələrlə verilməsi nəticəsində meşələrdə ağacların kəsilməsi (Qeyd etmək yerinə düşərdi ki, 2015-ci ilin statistik məlumatına görə ölkədə yaşayış yerlərinin 90 % qazlaşdırılıb və bu, meşələrdə ağacların kəsilməsinin qarşısını alıb- kur Y. O. );

· ekosistemlərin tərkibi və coğrafi yayılmasının dəyişməsi, ziyanvericilərin artması;

· səhra, quraqlıq və yarımquraqlıq ekosistemlərində şəraitin pisləşməsi;

· erroziya proseslərinin, dağlıq ərazilərdə sel, sürüşmə və qar uçqunlarının baş verməsi;

· buzlaqların əriməsi, bulaqların və çayların quruması;

· meşə yanğınlarının artması və s.

Nəhayət, Əli Həsənov milli təhlükəsizlik siyasətinin səkkizinci istiqamətinə yekun vuraraq yazır: "Müasir dövrdə yaranmış ekoloji və sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycanın ekoloji siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

· ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və onun mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulların tətbiq edilməsi;

· indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii ehtiyatlardan və tükənməyən alternativ enerji mənbələrindən istifadə olunması;

· qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi və s. (s. 1009-1010)


Son söz əvəzi

Beləliklə, Əli Həsənovun "Azərbaycanın geosiyasəti” adlı möhtəşəm kitabda düşündüyüm və yazdığım fikirləri hörmətli oxucularla bölüşdükdən sonra hansı nəticəyə gəlmək olar?

Təbiidir ki, kitabı günün kitab hadisəsi adlandırsaq yanılmarıq, çünki bu əsərdə yazılanlar, qeyd olunanlar ( 1. Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları, 2. Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri, 3. Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri, 4. Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münaisbətləri; beynəlxalq regional və milli təhlükəsizlik siyasətinin əsasları) nəinki dövlətimizin əsas siyasətinin sütununu təşkil edir, bu həm də dövlət siyasətinin preroqativləri hesab edilir. Göstərilən istiqamətlərdə düzgün siyasətin aparılması dövlətimizin nüfuzunu regionda və dünyada yüksəltməklə yanaşı, dövlətimizin vətəndaşlarının rifahını yüksəldir, onun etibarlığını qazandırır, çünki "hakimiyyətin mənbəyi xalqdır” müddəası 1995-ci ildə qəbul olunmuş Ana Yasamızda yazılıb.

Müəllifin kitabı oxucunu daha çox nə ilə özünə cəlb edir:

1. Dilin sadəliyi. Demək olar ki, müəllif əsasən "akademik” deyilən dil üslubundan uzaqlaşmaqla xalqın başa düşəcəyi yazı üslubuna üstünlük verib. Bu da kitabın oxunaqlığını, yaxın tariximizdəki problemləri anlmaqda, dərk etməkdə və bunun ardınca fikir və mühakimə yürütməkdə oxuculara çətinlik törətmir, əksinə oxucuların bu sahədə məntiqə söykənməsinə yardımçı olur.

2. Hörmətli professor "Azərbaycanın geosiyasəti”ndə onun milli, regional, dünya geosiyasətindən bəhs etməklə yanaşı, bu geosiyasətə təsir edəcək geoiqtisadi, hərbi-geostratji sahələrini də dərindən izləyir, durumu qiymətləndirir, ondan çıxış yollarını göstərir. Bu təqdirəlayiqdir, çünki, bəzi bu sahə üzrə ekspertlərimiz, mütəxəssislərimiz çox zaman geosiyasətdən yazarkən, yaxud bu mövzudan bəhs edərkən, onun siyasi çalarlarını göstərməklə kifayətlənir, buna yanaşmada və ya geosiyasətin yürüdülməsində əsas yük olan geoiqtisadi və hərbi-geostrateji maraqların irəli gəlməsindən olan fikirləri oxuculara mufəssəl çatdıra bilmirlər. Bu baxımdan Əli Həsənov bu kitabında ( bunu onun o biri kitablarına da şamil etmək olar) geosiyasətin əsas yükü sayılan iqtisadi və hərbi-geostrateji xüsusi olaraq bölmələrə ayırır və bu iki sahənin geosiyasətə necə təsir etməsini geniş şəkildə oxuculara çatdırır.

3. Əsərdə Azərbaycanın tarixindən bəhs edən müəllif çalışır ki, heç bir təhrifə yol verməsin, Azərbaycan keçmişdə, yaxud tarixdə necə olubsa, kimlər tərəfindən işğal edilibsə və ya hansı dövlətlərin tərkibində mövcudluğunu qoruyubsa, tarixdə hansı dövlətlərin adları çəkilərsə Azərbaycan ehtiva olunar və digər tarixi fikirləri obyektiv təhlil edir, bu və digər qonşularımıza üstünlük vermədən hər tarixi hadisəni olduğu kimi yazır.

4. Eynilə müasir dövrdə xarici siyasətin əsaslarını təhlil edəndə Əli Həsənov dünya dövlətlərinə, o cümlədən qonşularımıza münasibətdə onların mənfi və müsbət tərəflərini qeyd edir, tənqiddən çəkinmir, hər bir dövlətin Azərbaycana münasibətində yaxşı və pis tərəfini göstərir. Əlbəttə, bu müəllifin məsələyə obyektiv yanaşmasından irəli gəlir. (Bəllidir ki, bəzi bu sahə üzrə çalışan mütəxəssislər hansısa dövlətlərin marağından irəli gələn geosiyasi fikirləri irəli sürmək haqqında fikirləşir, strateji tərəfdaşı olan hansısa dövlət haqqında mənfi fikir söyləməkdən çəkinir, çünki düşünür ki, bu tərəfdaşın imicinə və beynəlxalq nüfuzuna xələl gətirməklə yanaşı, geoiqtisadi və hərbi-geostrateji məsələlərdə də ciddi təsir edə bilər).

5. Müəllifin əsəri konseptualdır, xronoloji və məntiqi ardıcıllığı kitabın hər bölməsində, fəslində, hətta paraqraflarında da özünü göstərir.

6. Diqqətəlayiq haldır ki, Əli Həsənov öz əsərinin fəlsəfəsini də yaradıb, belə ki, 1008 səhifəlik əsərin ortasında "Azərbaycan” deyilən bir dövlətin durduğunu qeyd edir və hər məsələyə Azərbaycanın marağından yanaşır, dövlətin daha da inkişaf etməsi üçün "daha nələr etmək lazımdır?” fikirlərini oxucularla bölüşdürür. Bu zaman oxucuda bütün bu hadisələrin gedişatında iştirak etmək hissi baş qaldırır. Bəlkə də bu müəllifdə spontan yaranıb, yaxud o bunu bilərəkdən düşünüb belə bir fəlsəfi sistem yaradıb ki, oxucu əsərin sehrinə düşsün. Qeyd etməliyəm ki, düşür də.

  1. Nəhayət, əsər aktualdır, dövlətimizin yürütdüyü siyasətlə səsləşir. Təbiidir, geosiyasət, geoiqtisadiyyat elə bir mühərrik və çevik mövzudur ki, bu sahələr üzrə gəlişmələr hər gün deyil, hətta hər saat dəyişə bilər. Bu kitabın üstünlüyü ondadır ki, əsərdə bütün bölmələr üzrə nəzəri və fəlsəfi fikirlər konseptual göstərilib və bunun bir növ nəzəri, fəlsəfi və praktiki bazası yaradılıb. Bu da kitabın ömrünü daimilik edir.

Yunus Oğuz



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ şirkətləri üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

23.07.2025 / 18:46
Ağdam – dünən işğal, bu gü inkişaf!

23.07.2025 / 18:37
Trampın İlham Əliyevdən paylaşdığı videonun arxasında unikal məqam...

23.07.2025 / 18:30
BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb

23.07.2025 / 18:23
Prezident Əliyev ali təhsildə növbəti islahat addımı atdı...

23.07.2025 / 18:10
"Rusiya anladı ki, Azərbaycan onun iddia etdiyi kimi deyil"...

23.07.2025 / 17:57
Azərbaycan mediası qarşısında yeni vəzifələr qoyuldu...

23.07.2025 / 17:53
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayıldı

23.07.2025 / 17:43
İki standartlı siyasət aparan UNESCO növbəti zərbəni Trampdan aldı...

23.07.2025 / 17:30
Azərbaycan neft ölkəsindən süni intellektə sərmayə qoyan ölkəyə çevrilir - Əliyev bəyan etdi...

23.07.2025 / 17:24
Nəsimidə oğurluq edən 3 nəfər saxlandı

23.07.2025 / 17:12
Trampdan Obamaya şok ittiham - çevriliş cəhdində əli olub, mühakimə olunmalıdır...

23.07.2025 / 16:57
Şəki Şəhərində bir qrup media nümayəndələrinə mükafatlar təqdim olunub

23.07.2025 / 16:54
Əbülfəz Abuzərli milli komandada məşqçi kimi fəaliyyətə başlayıb

23.07.2025 / 16:36
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

23.07.2025 / 16:10
Bakıda məişət tullantılarını kənara atan 15 nəfər barəsində inzibati tədbir görülüb

23.07.2025 / 15:57
Suriya Türkiyədən rəsmən hərbi dəstək istədi... - Türkiyə MN açıqladı...

23.07.2025 / 15:41
Tariximizin ən şərəfli səhifəsinin qəhrəman oğlu - şəhid Asif Kərimov...

23.07.2025 / 15:33
Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı...

23.07.2025 / 15:15
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər...

23.07.2025 / 14:53
DİN çimərliklərdə nəzarətsiz qalan azyaşlılarla bağlı çağırış etdi - ani nəzarətsizlik...

23.07.2025 / 14:33
Azərbaycan və Seneqal arasında imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910