Cümə axşamı günü, 22 oktyabr 2026
     

Rusiya 6 min meyiti Ukraynaya əvəzsiz qaytarır - dalda humanizmə aid olmayan məqsəd var...

Image


Akif Nağı: “Rusiyanın bu addımını humanizm jesti kimi dəyərləndirmək mümkün deyil”

İstanbulda keçirilən görüşdən sonra Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, ağır yaralıların siyasi qərarlar olmadan mütəmadi olaraq mübadiləsi üçün komissiya yaradılması barədə razılıq əldə olunub.

Medinski qeyd edib ki, Rusiya tərəfi 6 min müharibə qurbanının cəsədini birtərəfli qaydada Ukraynaya təhvil verəcək.

Medinski həmçinin bəyan edib ki, Rusiya və Ukrayna ən böyük məhbus mübadiləsi barədə razılığa gəliblər. “Biz ən genişmiqyaslı mübadilə haqqında razılığa gəldik. Gələn çərşənbə axşamı üçün. Bütün ağır yaralılar, ağır xəstələr dəyişdiriləcək. Bu, bizim tərəfimizdən humanitar jestdir", - deyə Medinski bildirib.

Onun sözlərinə görə, gənc əsgərlər (yaşı 25-dən aşağı) hamısı eyni düsturla dəyişdiriləcək.

"Eyni zamanda, ümumi mübadilə tavanı hər tərəfdən mindən az olmayacaq, bəlkə də daha çox olacaq", - Medinski qeyd edib.

Bundan əlavə, Moskva və Kiyev siyasi qərarlar olmadan müntəzəm olaraq ağır yaralı əsgərlərin mübadiləsi üçün komissiya yaradacaqlar. Xəstə və ağır yaralılar “hamı üçün” prinsipi ilə dəyişdiriləcək.

"Bütün ağır yaralılar və ağır xəstələr "hamı hamı üçün" prinsipi ilə dəyişdiriləcək. Bu, bizim tərəfimizdən humanitar jestdir", - Medinski bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar iyunun 2-də İstanbulda baş tutub və bir saatdan çox davam edib. Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ukrayna tərəfini müdafiə naziri Rüstəm Umerov təmsil edib.

Rusiya 6 min əsgərin meyitini, ağır yaralıları, yaşı 25-ə dək olan gənc əsgərləri Ukraynaya böyük həvəslə verir. Bu nədir, humanitar jest, yoxsa arxasında başqa niyyətlər var?

Rusiya indiyə qədər bu addımı atıb meyitləri, yaralıları niyə Ukraynaya qaytarmırdı ki, indi bunu edir?

Medinskinin də açıqlamasından görünür ki, özü də bu proses birtərəfli qaydada olacaq. Yəni Ukraynanın Rusiyanın meyitlərini verib-verməməsindən asılı olmayaraq Rusiya “meyitləri qaytaracağıq” deyir. Bu həqiqətən də humanitar məsələlərdən irəli gəlirsə indiyə qədər niyə bunu etmirdilər?

Ekspertlər hesab edir ki, Rusiyanın bu təşəbbüsünün arxasında mütləq başqa niyyətlər durur. Bəzi ekspertlərə görə, 6 min meyitin saxlanılmasının çətin bir şey olduğu məlumdur, bunun üçün xüsusi soyuducular və sair lazımdı. Təbii, bu da böyük vəsait tələb edir.

Rusiya bəlkə o xərcdən yaxasını qurtarmaq üçün bu addımı atır, bəlkə yaralı əsgərləri müalicə etmək xərcindən boyun qaçırmaq istəyir? Çünki onları saxlamaq, yedizdirmək, müalicə etmək məsələsi var ki, bunlara Rusiyanın gücü çatmır. Məsələyə ikinci bir tərəfdən yanaşmaq lazımdır. Əgər doğrudan da Rusiya humanist davranırdısa onda nə üçün Ukrayna hökumətinin ona təqdim etdiyi 5 min ukraynalı uşağın adı yazılan siyahıya reaksiya vermir? Ukrayna Rusiyaya 5 min uşağın siyahısını verib ki, o uşaqlar zorla Ukraynanın işğal olunmuş ərazilərindən aparılıblar və Rusiya onları geri qaytarmalıdır. Bu humanist addımdırsa, humanist jestdirsə, bəs Rusiya o 5 min uşağı niyə Ukraynaya vermir?

Taleyi nəməlum qalan 5 min ukraynalı uşaqla bağlı məlumat verməyən, onların qaytarılması üçün heç bir addım atmayan Rusiya birdən-birə 6 min meyiti geri qaytarmaq barədə bəyanat verir. Bu humanizmə sığışmayan addım olmaqla, əslində o meyitlərin saxlanması üçün çəkilən xərcdən boyun qaçırmaq çabasından başqa bir şey deyil.

“İstər meyitlərin, istərsə də əsirlərin saxlanılması böyük vəsait tələb edir, Rusiya da bu vəsaiti onlara xərcləmək istəmir və onları əvəzsiz qaytaracağını bəyan edir”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyadan humanitar addım gözləmək çətin məsələdir: “Putin rejiminin mahiyyəti elədir ki, heç kəs heç vaxt onlardan humanist addım gözləmir. Humanistlik onlara yaddır. Rusiyanın bəyan etdiyi məsələlərə gəlincə, belə görsənir ki, müharibənin başa çatmasında maraqlıdırlar. İstəyirlər ki, müharibəni Rusiyaya sərf edən şərtlər daxilində bitirsinlər. Yəni atəşkəs, yaxud sülh müqaviləsi onların şərtləri çərçivəsində imzalansın, hərəkətləri də o məqsədə xidmət edir. Baxmayaraq ki, həddən artıq çətin vəziyyətdədirlər, Ukraynanın hücumları Rusiyanı az qala şoka salıb, eyni zamanda əhali arasında təşviş var, təlaş var, hökumətə inamsızlıq var. Putin özlərini müdafiə etmək üçün xərcləri daha da artırmaq məcburiyyətindədir. Amma yenə də öz mövqeyini saxlamağa çalışır. Bilirsiz ki, son İstanbul görüşündə də ortaya iddialı tələblər qoydular. Ukraynanın 4 vilayətinin Rusiyanın nəzərətində olmasını, Krımın ümumiyyətlə unudulmasını tələb edirlər, Ukraynanın qarşısına şərtlər qoyurlar ki, Ukrayna hərbsizləşdirilməlidir, NATO-ya daxil olmaq planlarından imtina etməlidir və sair. Tələblərindən geri çəkilmək fikirləri yoxdur. Başa düşmürlər ki, dünya miqyasında necə faciələr baş verə bilər, müharibə bütün çərçivələri keçib, artıq heç bir prinsipə əməl olunmur, Ukrayna Rusiyanın istənilən nöqtəsini vurur, Rusiya da dinc əhalini nəzərə almadan Ukraynaya zərbələr endirir. Rusiyanın cinayətləri bir qədər də artır. Başa düşmürlər ki, cinayət içindədirlər, başqa suveren bir dövlətin ərazisinə hücum ediblər, orda hərbi əməliyyatlar həyata keçirirlər, işğalla məşğuldurlar, onların işğalı nəticəsində yüzminlərlə insan həyatını itirib, yüzminlərlə insanın həyatı təhlükə altındadır. Hələ də öz cinayətlərini dərk etmək istəmirlər”.

A.Nağı bildirdi ki, Rusiyanın birdən-birə 6 min ukraynalı əsgərin meyitini, eyni zamanda əsirləri əvəzsiz qaytarmasını humanist addım kimi dəyərləndirmək olmaz. “İstər meyitlərin, istərsə də əsirlərin saxlanılması böyük vəsait tələb edir, Rusiya da bu vəsaiti onlara xərcləmək istəmir və onları əvəzsiz qaytaracağını bəyan edir. Bu məsələnin digər tərəfi də var ki, 6 min hərbiçinin meyitinin, xeyli sayda yaralı əsirin qaytarılması Ukrayna cəmiyyətinə çox böyük sarsıdıcı təsir göstərə bilər. 6 min meyit o deməkdir ki, Ukraynanın elə bir yeri olmayacaq ki, ordakı insanların evinə meyit getməsin. Bu o insanlara psxixoloji təsir göstərəcək. Yəqin ki, Rusiya da bunu fikirləşib.

Rusiyanın 5 min ukraynalı əsir uşağı qaytarmaq istəməminə gəlincə, ola bilsin, o uşaqlardan gələcəkdə hansısa məqsədlər üçün istifadə etməyə çalışırlar. Görünür, o uşaqların saxlanılmasına Rusiya əlavə xərc çəkmir, xərc çəksə də bunu məqsədlərinə çatmaq üçün çəkər. Rusiyada valideynsiz uşaqların saxlanıldığı müəssisələr var ki, ukraynalı əsir uşaqları da ora yerləşdiriblər. Ola bilsin, o uşaqları xüsusi ixtisaslaşmış hərbi müəssisələrə, xüsusi xidmət orqanlarının təhsil məktəblərinə yerləşdiriblər ki, gələcəkdə onlardan Ukraynanın özünə və digər dövlətlərə qarşı istifadə etsinlər. Bu səbəbdən də 5 min əsir uşağın Ukraynaya qaytarılması məsələsində Rusiya məsuliyyətdən yayınmağa, gerçəkliyi, faktı danmağa çalışır. Rusiyanın bu addımı humanist idisə onda niyə 5 min uşağı Ukrayanaya qaytarmır? Çünki məqsədi humanizm deyil. Bu baxımdan Rusiyanın bu addımını humanizm jesti kimi dəyərləndirmək mümkün deyil. Bu onların hiyləgər addımı ola bilər.

Rusiya bilir ki, Ukrayna cəmiyyətində yaxınlarının meyitlərinin qaytarılmasını istəyənlər var, onlar bunu gözləyirlər. Burda əhalini hakimiyyətə qarşı qaldırmaq meylləri də var ki, Rusiya meyitləri verir, siz niyə götürmürsüz? Rusiyanın bir məqsədi də Ukrayna daxilində qarşıdurma yaratmaq ola bilər. Yəqin ki, Ukrayna cəmiyyəti də bunu yaxşı başa düşür və hökümətlərini müdafiə etmək, onun qərarını gözləmək mövqeyini tutacaqlar, təmkinli olacaqlar”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ