Cümə günü, 12 iyun 2026
     

PKK-nın 46 illik siyasi və hərbi arxivi haradadır?..

Image


1978-ci ildə yaradılan PKK terror təşkilatı fəaliyyətini tamamilə dayandırdığını elan edib. Bu gün ən çox müzakirə edilən məsələlərdən biri PKK terror təşkilatının özünü buraxması ilə yanaşı onun illərdən bəri mövcud olan siyasi və hərbi arxivinin harada olmasıdır.

PKK-nın ləğv olunması müsbət hadisədir.

Bəs PKK-nın 46 illik siyasi partiya və hərbi arxivinin taleyi necə olacaq, necə həll olunmalıdır bu? İndi o arxiv hardadır?

Mətbuatda 2019-cu ildə Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Mardin bölgəsində həyata keçirdiyi “Kıran-2” antiterror əməliyyatı çərçivəsində PKK-nin iyirmi illik arxivinin ələ keçirildiyi yazılır. 2023-cü ildə bu terror təşkilatına aid olan 30 illik arxivin ələ keçirildiyi yazılırdı. Təbii ki, bu deyilənlər PKK-nın arxivinin tamı deyil, kiçik hissələrdir. Bu gün maraqlı olan PKK-nın siyasi və hərbi arxivi ilə bağlı məsələdir.

Məhərrəm Zülfüqarlı: “PKK-nın siyasi və hərbi arxivi ilə bağlı məsələdə bir neçə variant nəzərdən keçirilməlidir”

Professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, PKK-nın ləğv olunması Türkiyənin tarixi üçün əlamətdar hadisədir. “Düzdür, neçə illərdir davam edən terrorçu hərəkətlər birdən-birə aradan qaldırılmayacaq, ancaq aldadılmış kürd xalqı bundan nəticə çıxaracaq.

Qaldı arxiv məsələsinə, bu çox qəliz məsələdir. Yəni PKK-nı Sovet KQB-si yaradıb. Sovet KQB-sinin arxivlərinin açılması problem olduğu kimi PKK arxivlərinin açılması da problem ola bilər.

Məsələn, 1992-ci ildən başlayaraq bir sıra siyasi qüvvələr, müxalifət tələb edirsə də ki, arxivlər açılsın, açılmadı. Vaxtilə AXC hakimiyyətinin ən məsul vəzifələrində çalışan iki şəxs müsahibə verərək arxivlərin açılmasına mane olan insanları ifşa etməyə başladılar. Yəni demək istəyirəm ki, birdən-birə PKK arxivlərinin açılması məsələsi heç də asan deyil. O arxivlər açılarsa çox böyük qarşıdurmalar ola bilər. Ona görə də, fikrimcə, ya amnistiya elan olunmalıdır ki, arxivlər açılsa heç kəsə qarşı cinayət işi açılmasın, ya da qarşıdurma olmaması üçün bir müddət bu məsələ təxirə salınmalıdır”.

M.Zülfüqarlı qeyd etdi ki, Sovet rejimindən xilas olduqdan sonra Baltikyanı ölkələrdə arxivlər açıldı, amma Azərbaycanda Sovet dövrü KQB arxivləri açılmadı: “PKK arxivlərinin açılması məsələsi də çox qəliz məsələdir. Fikrimcə, PKK-nın siyasi və hərbi arxivi ilə bağlı məsələdə bir neçə variant nəzərdən keçirilməlidir”.

M.Zülfüqarlı ehtimal edir ki, ola bilsin, PKK-nın 1978-ci ildən bəri formalaşan və gizli saxlanan arxivi Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən əldə edilib, amma indiki halda o arxivin açılması nə Türkiyə, nə də keçmiş PKK üçün xoş heç nə vəd etmir, bu səbəbdən də onun açılması müvəqqəti olaraq təxirə salınmalıdır.

Elşad Həsənov: “PKK-nın arxivi Türkiyə dövlət arxivində saxlanılacaq, qorunacaq, çünki orda hələ alimlərin, jurnalistlərin tədqiq edəcəyi məsələlər çoxdur”

Siyasi ekspert Elşad Həsənov da “Bakı-Xəbər”ə bildirdi ki, son illər Türkiyənin əldə etdiyi ən böyük nailiyyətlərdən biri məhz PKK-nın özünü buraxması oldu. “Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı güclü siyasətin nəticəsində baş verdi.

Ümumiyyətlə, PKK 27 noyabr 1978-ci ildə Abdulla Ocalanın rəhbərliyi ilə Markisist-Leninçi ideologiya əsasında yaranıb. Məqsəd Türkiyə ərazisində “müstəqil Kürdüstan dövləti” qurmaq olub.

1984-cü il avqustun 15-də onlar Türkiyə ərazisində Şendilli və Eruh qəsəbələrinə silahlı hücum etməklə həmin dövrdən silahlı dəstələr şəklində fəaliyyətə başlayıblar. PKK-nın əsas fəaliyyəti Türkiyədə olsa da, İraqın Şimalında, Suriyada və Avropa ölkələrində, o cümlədən Moskvada təşkilati strukturları və əlaqələri mövcud idi. Onu da deyim ki, Türkiyə NATO ölkəsi olduğuna görə PKK-nın yaradılmasında, maliyyələşdirilməsində SSRİ KQB-sinin müəyyən işləri olub. Bir neçə il əvvələ qədər onların Moskvada təşkilatları vardı və Krasnodarda PKK üzvlərinin təlimlərinin keçirilməsi haqqında da qəzetlərdə informasiyalar getdi. Yəni son dövrə qədər SSRİ KQB-si onlara dəstək olub. Hətta Primakovun PKK-nın ideoloqlarından biri olduğunu irəli sürürdülər. Bu da iki Varşava müqaviləsi ölkəsi və NATO ölkələri arasında gedən ciddi mübarizənin nəticəsi idi. SSRİ istəmirdi ki, Türkiyə NATO ölkəsi kimi inkişaf etsin və ona görə də daxildə onlara qarşı ciddi mübarizələr təşkil edir, o cümlədən də milli münaqişə salmaq üçün işlər aparırdı. Bu da danılmaz faktlardır, sübut olunub. Bu haqda mətbuatda çoxlu yazılar gedib.

Ancaq PKK Türkiyə, ABŞ, Avropa İttifaqı ölkələri və NATO tərəfindən terror təşkilatı olaraq tanınıb. Onu da bildirim ki, 1984-cü ildən bugünə bu terror təşkilatının həyata keçirdiyi terror aktları nəticəsində terrorçular da daxil olmaqla 40 mindən artıq insan həyatını itirib.

Abdulla Ocalan 1999-cu ildə Keniyanın paytaxtı Nayrobidə Türkiyə kəşfiyyatının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib və Türkiyəyə gətirilib. Hazırda da ömürlük həbsdədir”.

E.Həsənovun sözlərinə görə, bu terror təşkilatının hardasa müəyyən dövrlərdə 5-10 min arası döyüşçüsü olurdu və bunların əlavə olaraq ideoloqları da vardı. “Belə bir terror təşkilatının son günlərə qədər yaşaması üçün onların Avropada olan təşkilatlarından və yaxud Türkiyənin özündə terrorla qorxutmaq yolu ilə maliyyə dəstəyi alırdılar, bu maliyyə ilə də fəaliyyət göstərirdilər. Son illər Türkiyə dövlətinin apardığı siyasət, MİT-in apardığı əməliyyatlar nəticəsində PKK xeyli zəiflədi. Xüsusilə də Öcalan həbs olunandan sonra onun təşkilatında parçalanmalar baş verdi. Artıq əhaıinin böyük hissəsində PKK-nın hərəkətləri narazılıq doğurdu, eyni zamanda Türkiyədə yaşayan kürdlər tərəfindən onlar qınanılırdı. Aparılan siyasi danışıqlar yolu ilə bu il fevralın 25-də Abdulla Ocalan silahdaşlarına müraciət edərək PKK-nın buraxılmasının vacib olduğunu dedi. Bu da İraqın Kürdüstan əyalətində keçirilən 5-ci və sonuncu qurultayda PKK-nın buraxılması elan edildi”.

E.Həsənov hesab edir ki, PKK terror təşkilatının ləğv olunması və barış, sülh olması üçün Türkiyəyə ABŞ və başqa dövlətlər də dəstək verib. “Bu çox böyük tarixi zəfərdir.

PKK-nın siyasi və hərbi arxivinin taleyinin necə olması məsələsi də diqqəti çəkir. Hesab edirəm ki, PKK-nın arxivi Türkiyə dövlət arxivində saxlanılacaq, qorunacaq, çünki orda hələ alimlərin, jurnalistlərin tədqiq edəcəyi məsələlər çoxdur. Bundan sonra o məsələlərdə kimlərin əlinin olması və sair məsələlərlə bağlı çoxlu faktlar ortaya çıxacaq. Bunlar hamısı gələcəkdə baş verəcək.

PKK-nın siyasi və hərbi arxivinin konkret olaraq harda olması, harda saxlandığı hələlik bizə mətbuatdan məlum deyil. Hesab edirəm ki, o arxivin bir hissəsi İraq Kürdüstanında onların əsas dayaq nöqtələrində saxlanılır. Ola bilsin ki, PKK-nın rəhbərliyi, nümayəndəliyi ələ keçməsin deyə həmin arxivləri yandırıblar.

Hesab edirəm ki, Türkiyənin dünyanın yeni nizamının qurulduğu bir dövrdə, yeni inkişafın ardınca belə bir zəfəri əldə etməsi qardaş ölkəni daha da gücləndirəcək. Biz görürük ki, Türkiyə regional bir ölkədən qlobal bir dövlətə çevrilir...” - deyə bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

11.06.2026 / 18:23
Paşinyan Bakı-Tiflis-Qarsa alternativ yaradır - 1 milyard dollar lazım olacaq...

11.06.2026 / 18:12
Paşinyan Putindən seçki təbriki və dəvət gözləyir - bundan imtina etməyəcəyəm...

11.06.2026 / 17:45
Tramp İrana "çox ağır zərbə"nin anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

11.06.2026 / 17:30
Əli Əsədov iclas keçirdi, yeni qərar qəbul edildi

11.06.2026 / 17:27
“Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

11.06.2026 / 17:22
Paşinyan Ermənistanın KTMT-dən çıxarılması ehtimalından danışdı - heç nə edə bilmərik...

11.06.2026 / 17:10
Ermənistanın keçmiş müdafiə naziri barədə qiyabi həbs qərarı çıxarıldı...

11.06.2026 / 16:53
Hüseyn Cəfərov: “Otuz il axtarılıb, lakin tapılmamağının səbəbi o idi ki, axtaranlar mixi yazının necə olduğunu tam bilmirdilər” - MÜSAHİBƏ

11.06.2026 / 16:47
Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

11.06.2026 / 16:40
Azərbaycan Ermənistana 17 vaqon dizel göndərdi...

11.06.2026 / 16:35
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi - FOTO

11.06.2026 / 16:12
ABŞ İranı can damarından vurdu - su anbarları bombalandı...

11.06.2026 / 15:53
"Bala Göyçə” əməliyyatında şəhid oldu - sonradan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu...

11.06.2026 / 15:35
Uşaqların internet təcavüzündən müdafiə tədbirləri böyük rezonans doğurub...

11.06.2026 / 15:10
Serbiya prezidenti istefa verə bilər - Vuçiç baş nazir olmaq istəyir...

11.06.2026 / 14:49
Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif”...

11.06.2026 / 14:32
"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin əbədiliyinin təminatçısıdır" - Vüqar Rəhimzadə

11.06.2026 / 14:21
“İdrak” liseyindəki atışmaya görə daha bir nəfər məsuliyyətə cəlb olundu...

11.06.2026 / 14:08
Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı...

11.06.2026 / 13:54
Məhərrəm ayının başlanacağı tarix açıqlandı

11.06.2026 / 13:26
Azərbaycanla İran Araz çayı üzrə yeni tarixi saziş imzaladılar...

11.06.2026 / 13:11
"Bakubus" büdcədən 100 milyon aldı, 51 milyon "batırdı" - hara və nələrə...

11.06.2026 / 12:33
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

11.06.2026 / 12:30
İranda parlament iclasları məhdudlaşdırılıb -Səbəb?

11.06.2026 / 12:30
Zelenski Putinə və Trampa yazdlqlarından lazımı nəticəni aldı...

11.06.2026 / 12:14
Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

11.06.2026 / 12:05
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

11.06.2026 / 12:02
Qazaxıstanda gənə təhlükəsi-475 nəfər tibbi yardım üçün müraciət edib

11.06.2026 / 12:00
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ